Bakı,ArabAZ

Bir çox ərəb ölkələrində heç də birmənalı qarşılanmayan İslami Müqavimət Hərəkatına (HƏMAS) qarşı təbii ki, Azərbaycanda da münasibət birmənalı olaraq müsbət və ya mənfi deyil. Maraqlısı odur ki, HƏMAS-ı müdafiə edənlər və onu tənqid edən Azərbaycan vətəndaşları arasında bu qurum haqqında ciddi informasiya qıtlığı mövcuddur.  Azərbaycandakı HƏMAS-ı tənqid edən vətəndaşlar bunu onunla izah edir ki, bu təşkilat ermənistan işğalçı ordusu ilə həmrəydir və eyni düşüncəyə sahibdir.
Maraqlıdır görəsən HƏMAS-ın  sabiq Qarabağ münaqişəsinə münasibəti nə idi?

Qeyd edək ki, HƏMAS yalnız Fələstin daxilində müqavimət göstərir və bu təşkilatın Fələstin ( eyni zamanda İsrail) hüdudları kənarlarında hər hansı hərbi və ya siyasi fəaliyyəti olmayıb. Xüsusən də türk dilli öklələrdə qurumun hər hansı siyasi və hərbi fəaliyyəti yoxdur və olmayıb.

Digər tərəfdən Azərbaycanın öz ərazilərini bərpa etməsi bu təşkilat tərəfindən də müsbət qarşılanıb.
Belə ki , 44 günlük Vətən Müharibəsində HƏMAS Azərbaycanı şanlı qələbə münasibətilə təbrik edib.

2020-ci il 11 Noyabrda  HƏMAS-ın sözçüsü Sami Əbu Zuhri Twitter hesabında verdiyi açıqlamada bunları bildirib : “Biz Azərbaycanı qələbə və torpaqlarının geri qaytarılması münasibətilə təbrik edirik. Bu, işğalın bütün formalarına qarşı mübarizənin təbii nəticəsidir.”

Əbu Zuhri eyni zamanda Zühri Azərbaycan xalqına sabitlik və firavanlıq arzulayıb, həmçinin Ankaranın Azərbaycanın haqlı mübarizəsində  siyasi dəstəyini yüksək qiymətləndirib.

Ətraflı burdan oxuyun


Dolayısıyla bir çoxlarının iddiasının əleyhinə olaraq, HƏMAS heç bir halda Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasının tərəfdarı olmamaqla yanaşı, heç vaxt bu işğalın tərkib hissəsi olmayıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version