Bakı, Arab.AZ

Bir qrup kiberekspert sosial şəbəkələrdə İsrail ordusunun əsgər və zabitləri və eləcə də onların ailə üzvləri haqqında təhlükə yarada biləcək məlumatların yayılmasında İran hakerlərinin günahlandırırlar.  İddia olunur ki, bəzi Fələstin və həmasyönlü hesablar tərəfindən paylaşılan bu məlumatlar ilk növbədə psixoloji təzyiq kimi isitfadə olunur.

İsrail ordusu bunun öz hərbi sirlərinə təsiri ilə bağlı vəziyyəti yumşaltmağa çalışsa da, bu əməliyyatın miqyasından və nəticələrindən narahat olmağa başlayıb. Hətta əsgər və zabitlərə onların təhlükəsizliyi barəsində xəbərdarlıq edib.

Hesab edilir ki, bu kimi konsperativ və şəxsi məlumatların yayılması, İsrail, HƏMAS, Hizbullah və İrana xidmət edən digər silahları qruplaşmaların da daxil olduğu müharibənin tərkib hissəsidir. İsrail bunu sadəcə özü üçün deyil, eyni zamanda müttəfiq olduğu digər dövlətlərin də orduları üçün təhlükə hesab edir.

İsrail mediası iddia edir ki, bu məlumatların toplanmasının arxasında Rusiyanın bu sahədə yüksək inkişaf etmiş təcrübəsindən bəhrələnən və dünyanın hər yerində hakerlərdən istifadə edən İran durur.

İsrail Milli Kiber Qurumunun Əməliyyatlar Departamentinin rəhbəri Dana Turan, sosial şəbəkələrdə məlumatların təhlükəsizliyini təmin edən bir çox məlumat bazalarında boşluqların və zəif bağlantıların olduğunu bildirib.

O hesab edir ki, bu kimi məlumatların əldə edilməsində haker peşəkarlığı ilə yanaşı, istfadəçilərin olduqca zəif şifrələrdən istifadə etməsi də rol oynayır.

Digər bir tərəfədən İsrail ordusunun sözçüsü bildirib ki, kiber müharibələr müasir həyatın bir hissəsinə çevrilib. O qeyd edib ki, ordu yalnız bu yaxınlarda “HƏMAS-ın ordu və əsgərlər haqqında məlumat toplama cəhdlərini dayandıra bilib”.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version