Bakı, Arab.AZ

İsrail ordusunun son həftədə ikinci dəfə Qəzza zolağının mərkəzi hissəsində bir çox ərazinin boşaldılmasını tələb etməsindən sonra HƏMAS BMT və beynəlxalq ictimaiyyəti Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməyə çağırıb.

Arab.AZ xəbər verir ki, bu barədə HƏMAS-ın verdiyi yazılı açıqlamada qeyd edilib.

“İsrail ordusu Qəzza zolağının şimalından və cənubundan yüz minlərlə insanın yaşadığı Əl-Məğazi Qaçqınlar Düşərgəsi Əl-Məsdər kəndinin, Vusta şəhərinin bölgələrinin və digər geniş ərazilərin boşaldılması üçün çağırışlar etməyə davam edir.” – deyə açıqlamada vurğulanıb.

Bəyanatda qeyd edilib ki, İsrail bu addımları ilə soyqırım və etnik təmizləmə siyasətini genişləndirir.

“Faktlar təsdiq edir ki, davam edən soyqırımda həyatını itirən minlərlə insan İsrailin təhlükəsiz olaraq təsnif etdiyi məktəblər, qurumlar və çadırlar kimi qaçqın mərkəzlərində öldürülüb.” – deyə açıqlamada bildirilib.

Xatırladaq ki, avqustun 17-də İsrail ordusu Qəzzanın mərkəzi hissəsində, o cümlədən Maqazidə yaşayanlardan dərhal evlərini tərk etmələrini istəyib.

Hafiz Rufizoğlu

Share.

Şərhlər bağlıdır.

Exit mobile version