Çərşənbə, 29 İyl 2026
ArabAZ-Ən Yaxın Şərq
  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər
Ad image
  • 🔥
  • Arab
  • ArabLyrics
  • ArabShow
  • Sport
Font ResizerAa
ArabAZ-Ən Yaxın ŞərqArabAZ-Ən Yaxın Şərq
Axtar

MENU

  • Redaktorun seçimi
  • Səudiyyə Ərəbistanı
  • Qətər
  • BƏƏ
  • Təhlil
  • Arab+
  • İraq
  • Xəbər lenti
Bizi izləyin
© ArabAZ. Bütün hüquqlar qorunur.
Təhlil » İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası

İyul 29, 2026 7:59 axşam
Paylaş
Paylaş

Suriyadakı “İŞİD” terror təşkilatı fəaliyyət strategiyasını köklü şəkildə dəyişərək “elitar qüvvələr” modelindən “klaster tipli gizli hüceyrələr” sisteminə keçib. Təşkilat ənənəvi “əraziyə nəzarət” taktikasını “rəqibləri daxildən yaralamaq və nüfuz etmək” üsulu ilə əvəzləyib. Silahlı qruplaşmaları hədəf almaqdan mülki əhalini vurmağa yönələn “İŞİD”, “Ənsar əs-Sünnə səriyyələri” kimi özünə bağlı olan, lakin bir-biri ilə birbaşa əlaqəsi bulunmayan şəbəkələrdən istifadə edir. İyerarxik strukturdan adaptasiya oluna bilən torvari formasiyaya və yıpratma müharibəsi aparan qruplara transformasiya olunan təşkilat bu yolla daxili parçalanma, hərbi çevriliş yaratmaq və ya mövcud gərginliklərdən yararlanaraq yenidən səhnəyə qayıtmaq məqsədi güdür.

  • Könül Xasıyeva sənətinin ərəb musiqisindəki dəqiq analoqu kimdir?
  • Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu siyasətlə vidalaşdı
  • İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?
  • İŞİD-in Suriyadakı virtual dünyası və yeni terror strateqiyası
  • Tunisdə iqtisadiyyata yön verən qadın sahibkarlar kimlərdir?
  • Avropadan Dəməşq və Hələbə birbaşa reyslər başlayır

Təşkilat 2026-cı ildə necə döyüşür?

Keçmiş rəhbəri Əbu İbrahim əl-Haşimi və hazırkı lideri Əbu Həfs əl-Haşimi dövründə təşkilat rəhbərin sadəcə bir rəmz olduğu, maliyyə resurslarının isə “Səlahiyyətli Komissiya”nın əlində toplandığı bir struktura keçib. Bu dövrdə “Virtual Xilafət” konsepsiyası ön plana çıxarılıb. Bu runsial yanaşma internet üzərindən intensiv təbliğat aparmaqla rəqəmsal xilafət formalaşdırmaq, yeni bərk nüvə toplamaq, özünü maliyyələşdirmə imkanları yaratmaq və təhlükəsizlik boşluqlarını pusmaq məqsədi daşıyır. “İŞİD” “ruh döyüşçü” (qeyb olan döyüşçü) və “uzun qol döyüşləri” taktikası ilə yenidən ərazi hakimiyyətinə zəmin hazırlamaq strategiyası yürüdür.

note icon

Ən çox oxunan

  • Qətərin dəniz nəqliyyatı sektorunda 28 faizlik artım
  • Bu gün ABŞ İraqın işğalına başladı, buna iran da dəstək oldu
  • Bağdad ABŞ və İran arasında vasitəçiliyə hazırdır -XİN
  • Salman Rüşdi məhkəmədə ifadə verib

Suriyada təşkilatın döyüş strukturu Hərbi Şura tərəfindən idarə olunan dörd əsas ox üzərində qurulub. Hərbi Şura strateji planlaşdırma, döyüşlərin idarə olunması, hücumların hazırlanması, hərbi əmirlərin fəaliyyətinin qiymətləndirilməsi və silah-sürsatın idarə edilməsi funksiyalarını yerinə yetirir. Bununla yanaşı, ideoloji əsaslara söykənən ideoloji ideyalarla fəaliyyət göstərən fərdi və müstəqil hüceyrələrin formalaşdırılmasına xüsusi diqqət yetirilir.

Təşkilatın nəşrlərinin təhlili göstərir ki, Suriyadakı fəaliyyət nəzəriyyəsi təlim, maliyyə və təhlükəsizlik üsullarını, eləcə də Təhlükəsizlik Aparatının nəzarəti altında olan “yıpratma müharibəsi qrupları” vasitəsilə müxtəlif hədəfləri vurmağı əhatə edir.

Xarici münasibətlər üzrə ekspert İsam əl-Bədri rəsmi açıqlamasında bildirib ki, “İŞİD”in 2026-cı ilin birinci yarısındaki fəaliyyəti artan dərəcədə “şəbəkə dözümlülüyü” və azxərcli, lakin yüksək təsirli əməliyyatlara əsaslanır. Təşkilat partizan müharibəsi, təhlükəsizlik boşluqlarından istifadə və hədəflənmiş ideoloji təbliğatın birləşməsinə dayanan daha dərin rəqəmsal və şəbəkələşmə mərhələsinə qədəm qoyub.

Suriya və İraqda təşkilat pusu qurmaq, qəfil zərbələr endirmək, həssas bölgələrdə hərbi daşımaları və avtobusları hədəf almaq kimi taktikalar işlədir. Əl-Bədri əlavə edib ki, ABŞ-İran müharibəsi fonunda Suriya, İraq və Livanda təhlükəsizlik vəziyyətinin pisləşməsindən istifadə edən təşkilatın yaxın dövrdə hücumların tezliyini artıracağı gözlənilir.

Həmçinin oxuyun

Hökuməti nümayişlərlə devirməyə imkan verməyəcəyik
İordaniya yaşıl hidrogen mərkəzi olur
Şahzadə İman ana olmağa hazırlaşır- Kraliça Raniya

“İŞİD” və operativ adaptasiya

Təşkilatın 2026-cı ildəki strategiyası nöqtə hücumları, hədəflənmiş suiqəstlər, daxili gərginlik yaratmaq üçün yerli və xarici hərbi birləşmələrin içərisinə gizli hüceyrələr yerləşdirmək və cəmiyyətdə şübhə və parçalanmanı dərinləşdirmək üçün mülki şəxsləri vurmaqdan ibarətdir.

Beynəlxalq terrorizm və əməliyyatlar üzrə tədqiqatçı, briqada generalı Hatim Sabir qeyd edib ki, təşkilat öz hüceyrələrini Dəməşq və onun ətrafı, həmçinin Lazkiyyə və onun kənd yerlərində (Suriya sahili) strateji oxlar üzrə paylayıb. Bu kiçik vahidlər məsafədən idarə olunan partlayıcı qurğular vasitəsilə xarici döyüşçülərin — uyğur, türkistanlı, tacik, özbək və Fransanın “Qürəba” batalyonunun rəhbərlərini və tanınmış simalarını suiqəstlə aradan qaldırmaq tapşırığı alıblar.

General Sabirin sözlərinə görə, təşkilat Dəməşq kilsəsinə hücum və Fransa Prezidenti Emmanuel Makronun iqamətgahı yaxınlığında törədilən terror əməliyyatı kimi “kiçik hücumlar” və fərdi suiqəstlər üsuluna yönəlib. Suriyadakı struktura “Əbu Aişə” şərti adlı “vali” rəhbərlik edir. Onun tabeliyindəki elitar qüvvələrə və yerli şəbəkələrə Əbu Mücahid əd-Deyri, Əbu Musab əs-Samirrai, Əbu əl-Qasım əl-İdlibi, Əbu Məhəmməd əl-Həsəkavi və Əbu əl-Mötəsim əl-İraqi kimi təhlükəsizlik rəhbərləri başçılıq edir. Bu şəxslər valinin əmri ilə səhradan şəhərlərə, Dəməşq, Lazkiyyə, Raqqa və Deyr əz-Zorun mərkəzinə çəkiliblər.

Suriyada ümidsizlik “İŞİD”-in yeganə ümididir

“Əl-Qaidə” və sələfi-cihadçı xəttə mənsub onlarca müttəfiq təşkilatın varlığı “İŞİD”ə fəaliyyətini davam etdirmək, gizli hüceyrələrini yenidən təşkil etmək və hökumət qüvvələrinin gözündən yayınmaq imkanı verir.

Yekun olaraq, Suriyada “İŞİD” operativ adaptasiya və təhlükəsizlik boşluqlarını mənimsəmə mərhələsindədir. Əməliyyat göstəriciləri göstərir ki, təşkilat gizli hüceyrələr, əldəqayırma partlayıcılar və yönəldilmiş suiqəstlər vasitəsilə partizan müharibəsi aparır. Bu təhlükəyə qarşı uğurla mübarizə aparmaq üçün milli səylər dəstəklənməli, siyasi gərginliklərə son qoyulmalı və Suriya dövlətinin imkanlarına uyğun olaraq hüquqi, sosial və profilaktik mexanizmlərdən ibarət kompleks strategiya tətbiq edilməlidir.

Rufiz Hafizoglu
Bu məqaləni paylaş
Email Linki kopyala Çap et
Ad image

Oxşar məqalələr

LivanSuriyaTəhlilYaxın Şərq

Suriya ordusu Hizbullaha qarşı göndərilə bilərmi?

Müəllif:
ArabAZ News
Digər xəbərlərTəhlil

Ağıllı şəhərlər üçün trilyonlarla dollar

Müəllif:
ArabAZ News
İranLivanRedaktorun seçimiTəhlilYaxın Şərq

Livan cəbhəsindəki İran izinin şok detalları

Müəllif:
ArabAZ News
İraqRedaktorun seçimiTəhlil

İraq regional müharibədən iqtisadiyyatını necə qoruyur?

Müəllif:
ArabAZ News
ArabAZ-Ən Yaxın Şərq
Facebook X-twitter Youtube

Haqqımızda

ArabAZ portalı 2024-cü ildə MENAPress Media Agentliyi tərəfindən təsis edilib. İnformasiya resursunda başda Yaxın Şərq olmaqla, ümumilikdə ərəb dünyasında baş verən xəbərlərlə yanaşı, analitik təhlillər yer alır. info@arab.az
İmtiyaz sahibi Rufiz Hafizoğlu

Məlumat
  • Haqqımızda
  • Əlaqə
  • Məxfilik siyasəti
  • İstifadə şərtləri
  • Reklam və əməkdaşlıq
Top Kateqoriyalar
  • Livan
  • Fələstin
  • Suriya
  • Şimali Afrika
  • Digər xəbərlər

© ArabAZ. Bütün hüquqlar qorunur.