Bakı, ArabAz

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada can itkisi 40 min 878-ə yüksəlib.

ArabAz xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi açıqlama verib.

İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 2  hücum həyata keçirdiyi və bu hücumlarda daha 17 fələstinlinin həyatını itirdiyi, 56 fələstinlinin isə yaralandığı bildirilib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 878, yaralıların sayı isə 94 min 454-ə yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə rəsmilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version