Səudiyyə Ərəbistanının Bələdiyyələr və Mənzil Təsərrüfatı Nazirliyi ər-Riyad, Şərq vilayəti və Məkkədən sonra Mədinə şəhərində də təxminən 19 milyon kvadratmetr “boş torpaq” ərazisini tikinti və ya dövriyyə mərhələsinə daxil etdiyini açıqlayıb.
Bu təşəbbüs daşınmaz əmlak təklifinin sürətləndirilməsini, şəhər hüdudlarında torpaq investisiyalarının həvəsləndirilməsini, torpaqdan istifadənin səmərəliliyinin artırılmasını və bazarda tarazlığın təmin edilməsini hədəfləyir.
ArabAZ xəbər verir ki, çərşənbə günü nazirlik Mədinə bölgəsində tikinti və dövriyyəyə cəlb edilən boş torpaqların ümumi sahəsinin 19 milyon kvadratmetrə çatdığını bəyan edib. Bu göstərici boş torpaqlar və boş mülklər üzrə rüsum sisteminin tətbiqinin şəhərsalma və inkişaf sahəsində artan müsbət təsirini sübut edir.
Bildirilib ki, qeydə alınan sahələrin 12 milyon kvadratmetri artıq tikintisi başa çatmış, 2 milyon kvadratmetri dövriyyəyə daxil olmuş, 5 milyon kvadratmetri isə hal-hazırda tikinti mərhələsində olan torpaqlardır. Bu da istifadəsiz qalmış ərazilərdən səmərəli yararlanmağa, Mədinədə mənzil və şəhərsalma təklifini artırmağa imkan yaradır.
Səudiyyədə 445 milyon dollarlıq infrastruktur layihələri başladı
Boş torpaqlardan toplanan rüsum gəlirləri Mədinə bölgəsində 9 inkişaf və mənzil layihəsinin maliyyələşdirilməsinə dəstək olub. Bu vəsaitlər infrastrukturu, bələdiyyə xidmətlərini gücləndirməyə və əhalinin həyat keyfiyyətini yüksəltməyə yönəldilib.
Boş torpaqlar üzrə rüsum proqramı müəyyən edilmiş coğrafi zonalar daxilində tətbiq olunur. Eyni zamanda, torpaqlarını inkişaf etdirməkdə qərarlı olan mülkiyyətçilərə texniki standartlara uyğun olaraq rəsmi möhlət verilir. Bu addım prosesi sürətləndirməyə və istifadəsiz torpaqları iqtisadiyyata töhfə verən layihələrə çevirməyə xidmət edir.
- Ərəbləri ən çox tanıdığı Azərbaycan idmançısı – Zabit Səmədov
- Süni intellektlə çəkilən Səudiyyə filmi – Şama təqdim olunub
- Seymur Nəsirov Əfqanıstan Tələbələr Birliyi tərəfindən təltif olunub
- Vaşinqton və ər-Riyad arasında nüvə sazişi imzalanıb
- Yaxın Şərqdə azərbaycanlılar: Şişirdilmiş rəqəmlər və gerçəklər
Bundan başqa, Daşınmaz Əmlak Tikinti Xidmətləri Mərkəzi (“İtmam” / İcra) 35-dən çox rəqəmsal xidməti özündə birləşdirən inteqrasiya olunmuş platforma vasitəsilə torpaq sahiblərinə icazələrin və təsdiqlərin alınmasında dəstək göstərməyə davam edir.
Digər regionlardakı göstəricilər
Mədinədə əldə olunan nəticələr proqramın krallığın digər bölgələrindəki uğurlarının davamıdır:
Ər-Riyad: 71 milyon m² torpaq sahəsi cəlb edilib (29 milyon m² tikintisi başa çatan, 20 milyon m² dövriyyədə olan, 21 milyon m² tikintisi davam edən). Rüsumlardan 27 layihə maliyyələşdirildilib.
Şərq vilayəti: 146 milyon m² torpaq sahəsi cəlb edilib (49 milyon m² tikintisi başa çatan, 61 milyon m² dövriyyədə olan, 36 milyon m² tikintisi davam edən). 16 layihə dəstəklənib.

Məkkə: 28 milyon m² torpaq sahəsi cəlb edilib (13 milyon m² tikintisi başa çatan, 9 milyon m² dövriyyədə olan, 5 milyon m² tikintisi davam edən). 14 layihəyə maliyyə dəstəyi verilib.
Nazirlik vurğulayıb ki, rüsumların tətbiqi və tikinti xidmətlərinin dəstəklənməsi dayanıqlı şəhərsalmanı təmin edir və Səudiyyə Ərəbistanının Vision 2030 strategiyasının hədəflərinə töhfə verir.


