Bakı.ArabAz

Heç bir ölkə tərəfindən tam olaraq tanınmadığı 3 il ərzində Taliban hökuməti daxildə möhkəmlənməsinə paralel olaraq bəzi diplomatik uğurlara da nail oldu.

Ən diqqətəlayiq hadisə Talibanın ilk dəfə ötən iyunun sonunda beynəlxalq ictimaiyyətlə iqtisadi dəstək və narkotiklərlə mübarizəni müzakirə etmək üçün Doha danışıqlarında iştirakı oldu.

Qətərə gedən Əfqanıstan nümayəndə heyətinə rəhbərlik edən hökumət sözçüsü Zabihullah Mücahid “Kabilin təcrid vəziyyətindən çıxmasını” alqışlayıb. O, “Frans Press” agentliyinə müsahibəsində deyib ki, : “Əfqanıstandakı vəziyyəti nəzərə almaq şərti ilə müsbət görüşlərin keçirilməsini dəstəkləyir”.

Mürəkkəb danışıqlardan sonra Kabil Əfqanıstandakı “gender aparteidini” tənqid edərək, üçüncü Doha raunduna vətəndaş cəmiyyətinin heç bir nümayəndəsini, xüsusən də qadınları dəvət etməmək üçün Birləşmiş Millətlər Təşkilatının və 20 ölkənin razılığını qazandı.

Keçmiş sərkərdə Gülbəddin Hikmətyarın nəvəsi Obaidullah Baher üçün Doha konfransı vacib idi.

Dohada çıxışı zamanı Baher qadınların təhsildən və iş mühitinin bir hissəsindən kənarda qalmasına işarə edərək, “Qadınların problemini beynəlxalq ictimaiyyət həll etməyəcək və yalnız Taliban əlverişli mühit yaratmağa qadirdir” deyib.

Bu gün bütün probıemlərə baxmayaraq, Əfqanıstanın qonşu ölkələr və İslam ölkələri ilə çox yaxşı münasibətlərimiz var. Əfqanıstanda 40-a yaxın ölkənin səfirlikləri və ya konsulluqları var.

3 il əvvəl Kabildə Qərb səfirliklərinin bağlanmasına baxmayaraq, Çin, Rusiya, İran, Pakistan,Azərbaycan və Orta Asiya respublikaları (Tacikistan istisna olmaqla) Kabillə faktiki diplomatik əlaqələr qurub.

Həmçinin Moskva “Taliban”ı terror təşkilatları siyahısından çıxarmağa hazırlaşır və Pekin son 3 ildə Kabilə ilk səfirini təyin edib.

Digər tərəfdən Birləşmiş Millətlər Təşkilatı Avropada “ən böyük xarici terror təhlükəsini” təmsil edən İŞİD-in regional qolunun fəaliyyətindən narahatlığını ifadə edib.
İŞİD Suriya və İraqda məhvindən sonra Əfqanıstan ərazisində İŞİD Xorasan peyda olsa da Taliban onlarla uğurlu mübarizə aparıb.

Hökümət sözçüsü Mücahid bir çox hücumlara görə məsuliyyət daşıyan İŞİD-Xorasana istinad edərək deyib ki, “İŞİD fenomenini təxminən sıfıra endirə biliblkər”. Lakin buna baxmayaraq Taliban bu faktı təsdiq edəcək heç bir sübut təqdim etməyib.

Bu gün Birləşmiş Millətlər Təşkilatı hər hansı xalq etirazının qeyri-mümkün göründüyü İslam Əmirliyində “Fəziləti Təbliğ və Pisliklərin qarşısının alınması” ( Əmr bil Məruf və Nəhy ən Munkər)  Nazirliyinin briqadalarının yetişdirdiyi “qorxu mühitini” pisləyir.

Buna cavab olaraq hökümət sözçüsü Mücahid deyir ki, : “Biz totalitar olduğumuz fikrini qəbul etməyəcəyik”.

Əfqan qadınlar Heratda bir müəssisədə zəfəran qablaşdırmaqda işləyirlər (Arxiv – AFP)

Lakin Əfqanıstandakı vətəndaş cəmiyyəti fəalının sözlərinə görə, “Taliban getdikcə sərtləşib. “Və onlar daha sərt olacaqlar.”

Belə bir şəraitdə Taliban hakimiyyətinin əvvəlində ilkin repressiv tədbirlərə qarşı nümayiş keçirən və döyülən və ya həbs olunan qadınlar indi evlərinin divarları arxasında simvolik olaraq etiraz edirlər.

Mücahid təsdiq edir ki, “hökumətin xalqın səsinə qulaq asmasını müəyyən edən mexanizmlər” var ki, bunlardan ən görkəmlisi ruhanilər və qəbilə şeyxlərinin yerli şuralarıdır.
“Bu  system Demokratik hökumətlərdə mövcud olanlardan fərqli ola bilər, lakin (amma) İslama uyğundur.” – deyə o bildirib.

Dünya Bankı bildirir ki, iqtisadiyyatı xeyli geriləyən Kabil büdcəsinin böyük bir hissəsini təhlükəsizliyə: orduya, polisə və kəşfiyyata ayırır.

Cavabında Mücahid  : “Biz təhlükəsizlik vəziyyətinə nəzarət edirik. Bu, bizim prioritetimiz idi.”-deyir.

Siyasi baxımdan seçkilər, siyasi partiyalar, azad mətbuat olmayan yerdə görünən və ya eşidilən müxalifət yoxdur. Lakin sakinlər 40 ildən çox davam edən müharibədən sonra təhlükəsizliyi qoruduğu üçün Taliban rejiminə minnətdardırlar.

Bu patriarxal cəmiyyətdə heç də bütün əfqanlar qadınlara qarşı repressiv tədbirlərdən şoka düşmür.

Digər tərəfdən, başqaları immiqrasiya etməyə can atırlar, xaricdə viza və ya sığınacaq ərizəsi almağı gözləyirlər və ya hətta təhlükəli miqrasiya yollarını seçirlər.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version