5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

Savaşdan sonra Qəzza zolağına kim hakim olacaq?

HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi sonrası,savaş bitməsə də artıq bir çoxları savaşın yaxında bitəcəyi siqnallarını verməkdədirlər. Ağıllarda olan ilk sual isə budur ki, Qəzza zolağına HƏMAS sonrası kim hakim olacaq? Fələstinlilər qeyd edirlər ki, Qəzza zolağının gələcək taleyinin müəyyən edilməsi onların öz işidir və heç bir halda hər hansı bir ərəb dövlətinin və eləcə də kənar hakimiyyəti qəbul etməyəcəklər.

29 Oktyabr 2024 09:45
Savaşdan sonra Qəzza zolağına kim hakim olacaq?

Bakı, AzerVoice/ArabAZ

HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın öldürülməsi sonrası,savaş bitməsə də artıq bir çoxları savaçın yaxında bitəcəyi siqnallarını verməkdədirlər.

Ağıllarda olan ilk sual isə budur ki, Qəzza zolağına HƏMAS sonrası kim hakim olacaq?

Fələstinlilər qeyd edirlər ki, Qəzza zolağının gələcək taleyinin müəyyən edilməsi onların öz işidir və heç bir halda hər hansı bir ərəb dövlətinin və eləcə də kənar hakimiyyəti qəbul etməyəcəklər.

İsrailin planı nədir?

İsrail müharibədən sonra Qəzzada HƏMAS-ın idarəçiliyini əsla qəbul etmir, lakin bununla yanaşı, Qəzzanın Abbas administrasiyası tərəfindən də idarə edilməsini rədd edir.

Digər tərəfdən, hökumət üzvləri də daxil olmaqla, İsraildəki ifrat sağçı fiqurlar 2005-ci ildə İsrailin Qəzza zolağından çıxmasından sonra oradan çıxarılan yəhudi yaşayış məntəqələrinin geri qaytarılmasını təklif edirlər.

İsrail təhlükəsizlik mənbəsi bu yaxınlarda France-Presse agentliyinə bildirib ki, “ordu lazım olduğu qədər orada qalacaq”. Təhlükəsizliyi təmin etdikdən sonra növbəti addımı düşünməyin vaxtı çatacaq”, – deyə vurğulayıb: Mənbə qeyd edib ki, “İndi məqsəd Qəzzaya nəzarət etmək deyil”.

İsrailin bir sıra KİV-ləri müharibədən sonrakı dövrdə beynəlxalq qüvvələrin iştirakı barədə məlumat verib, bunun Qəzza zolağının yenidən qurulması üçün maliyyə yardımı və ya hərbi mövcudluğa nəzarət olub-olmadığını dəqiqləşdirməyib.

Fələstinlilərin rolu nədir?

Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Administrasiyası Qəzza zolağında mövcud olmağa çalışır və hökumət işçilərinin hələ də işlədiyi bələdiyyələrdə mövcuddur.

HƏMAS hərəkatı müstəqil Fələstin hökuməti (texnokratlar) yaratmağa razılaşıb. HƏMAS müharibə bitdikdən sonra onun tərkibində iştirak etməyəcək, lakin bir şərtlə- texnokratların tərkibi ilə bağlı HƏMAS-la məsləhətləşmələr mütləqolmalıdır.

Fələstin prezidenti Mahmud Abbas bu yaxınlarda Qəzza zolağının Fələstin dövlətinin ayrılmaz hissəsi olduğunu və onun məsuliyyəti altında olduğunu bildirərək, Qəzzanın İordan çayının qərb sahilindən ayrılmasına səbəb olacaq istənilən addımı rədd edib.

Eyni zamanda, hazırda İsrailin hərbi nəzarəti altında olan Qəzza ilə Misir arasındakı Rəfah keçidinin yenidən açılması ilə bağlı danışıqlar gedir.

Fələstin əraziləri üzrə ixtisaslaşmış tədqiqatçı Xavier Guignard hesab edir ki, “heç kim bir çox təhlükəsizlik və siyasi problemlərin olduğu kompleks yenidənqurma prosesinin diqqət mərkəzində olmaq istəmir və heç kim israillilərə donor olmaq istəmir”.

Digər tərəfdən İsraildə keçirilən rəy sorğusunun nəticələrinə görə, israillilər Fələstin dövlətinin yaradılmasına həmişəkindən daha çox qarşıdırlar.

Məqalədə: #İsrail #Fələstin #HƏMAS

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.