9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Yeni Livan, yeni Qəzza... Bəs yeni Yəmən nə vaxt olacaq?

20 Yanvar 2025 09:04
Yeni Livan, yeni Qəzza... Bəs yeni Yəmən nə vaxt olacaq?

BAKI,AzerVoice,Hind Əl –Aryani, Yəmənli jurnalist və araşdırmaçı

Mən Livanda doqquz il yaşamışam, o ölkəni çox sevmişəm və o, həyatımda bir çox şeyi dəyişib. Bu barədə bir neçə məqalə yazmışam. Amma bu məqalədə azərbaycanlı oxuculara Livanda, xüsusilə Hizbullahın Husi qruplaşmalarını təlim və dəstəklə təmin etdiyi bölgələrdə gördüklərim haqqında danışmaq istəyirəm. O dövrdə yazdığım bir məqalədə Yəmənin Livan kimi olmasını istəmədiyimi söyləmişdim. Amma indi Yəmən Livan kimi, hətta Livandan daha betər oldu. Regionda ciddi hadisələr yaşanadı və Livan ciddi şəkildə dəyişir, bəs Yəmən dəyişəcəkmi?

Yəmən İranın istədiyi kimi diolayısıyla Livan kimi oldu. Heç bir mədəni bazaya sahib olmayan silahlı qruplaşma ölkənin idarəetməsini ələ aldı. Livanda yaşayarkən dövlətin zəifliyinin şahidi olurdum, Hizbullah isə qəhrəman, hörmətli və möhtərəm sayılırdı. Livandakı vəziyyət zamanla Yəmənə də sirayət etdi.
Livan və Yəmən arasındakı oxşarlıqlar
Əli Abdullah Saleh hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bütün siyasi tərəfləri, o cümlədən husiləri birləşdirən milli dialoq baş tutdu. Lakin nəticədə hökumət devrildi və xaricə qaçdı. Bu qaçış hökumətin nüfuzunu itirməsinə səbəb oldu. Həmin anı fürsət bilən husilər "otel hökuməti" deyə hökumətlə istehza edərək ölkədə nüfuz qazandılar və əsas şəhərlərə nəzarət etməyə başladılar. Bu vəziyyət Livandakı kimi zəif bir dövlətin və güclü bir silahlı qruplaşmanın varlığı ilə nəticələndi.
Husilər özlərini Hizbullah kimi göstərmək istəyirdilər. Onlar adlarını "Ansar Allah" olaraq dəyişdirib bu adı beynəlxalq ictimaiyyətə qəbul etdirdilər. Öz nəzarət etdikləri əraziləri təhlükəsiz edərək hakimiyyətlərini gücləndirdilər. Lakin illər keçdikcə onların korrupsiyası, ayrı-seçkiliyi və ədalətsizliyi üzə çıxdı. Ailə adı insanlara üstünlük və ya rədd edilmə səbəbinə çevrildi.
Husilər bir çox insanı işdən çıxararaq yerinə husi ailələrindən olan şəxsləri təyin etdilər. Vergilər artırıldı, iş adamları təzyiqlərə məruz qaldı, insanların torpaqları "vəqf torpaqları" adı ilə ələ keçirildi. İllərlə dövlət qulluqçularının maaşları ödənmədi. Bu vəziyyət xalqın narazılığını artırdı.
Yəmən İsrail ilə qonşu deyil və əraziləri işğal edilməyib. Ancaq Qəzzədə baş verən hadisələr husilərə özlərini müqavimət qəhrəmanları kimi göstərmək üçün fürsət oldu. Beləliklə, onlar idarəçilikdəki uğursuzluqlarını gizlədə bildilər. Husilərə qarşı çıxanlar "Amerikanın və İsrailin agentləri" kimi damğalandılar.
Livanda artıq Hizbullaha qarşı səslər yüksəlir və daxili, xarici dəstəklə güclü bir dövlət qurulması arzusu yaranıb. Bu, yəmənlilərdə də oxşar ümidlər yaradıb. Hökumətin korrupsiyası və ölkəyə qayıtmaması narazılıq yaradıb, lakin dəyişikliklərə ümid var.
Husilər son vaxtlar maaşların bərpa ediləcəyini elan etsələr də, maaşların bölüşdürülməsi ilə bağlı planlar narazılıq yaradıb. Qəzzədə atəşkəsin elan olunması ilə husilərin "müqavimət" imici də sarsıla bilər. Yəmənə sülh və sabitlik gələcəkmi? Heç kim bilmir. Ancaq biz ümid edirik ki, yəmənlilərin əzabları sona çatar və ölkəyə sülh, təhlükəsizlik və güclü dövlət idarəçiliyi geri qayıdar.

Məqalədə: #Hind Əl –Aryani

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.