8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Qumarın İnsana Zərəri: Nəfs insanın evini necə yıxır

25 Mart 2025 18:00
Qumarın İnsana Zərəri: Nəfs insanın evini necə yıxır

BAKI, AzerVoice, Səməd Əyyubov

Sərvət və uğur qazanmaq arzusu insan həyatının ayrılmaz hissəsidir. Lakin bu arzu bəzi hallarda həddindən artıq tamahkarlığa və psixoloji çöküşə səbəb olur. Xüsusilə qumar kimi bir baş bəlası, insanın ehtiraslarını idarə etməsini çətinləşdirir və onun həyatını alt-üst edir. Ədəbiyyat, fəlsəfə və psixologiya bu mövzuya geniş yer ayırmışdır. Bu məqalə qumar asılılığının və tamahkarlığın insana göstərdiyi mənfi təsirlərə nəzər salmağa çalışacağam.

İlk növbədə qumar və tamahkarlığın təbiətini, onların bir-birindən necə fərqəldiyinə nəzər salaq.
Tamahkarlıq, insanın kifayət qədər mala-mülkə sahib olduğu halda, daha çoxuna ehtiyacı olması və bu yolda heç bir maneəni tanımaması ilə xarakterizə edilir. İnsan, var-dövlətini hətta ailəsini də risk altına qoya bilər, bu bəzi hallarda insanın özünün təbiətindən və xarakterindən də asılıdır. Qumar isə, bir uçurumdur - sürətli qazanc ümidi ilə riskə gedən bir fəaliyyət növüdür. Ancaq qumarda həmişə uğur qazanan deyil, uduzan daha çoxdur.

Psixoloq Mark Qriffits bildirir ki, qumar asılılığı beynin mükafatlandırma sistemini manipulyasiya edərək insana qısa müddətli həyəcan hissi yaşadır. Ancaq bu, bir növ "aldadıcı xoşbəxtlik"dir, digər mənada – illyuziyadır. Çünki qumarbazlar qazandıqları məbləği yenidən oyuna qoyaraq daha böyük məbləğlər uduzurlar.

Psixiloji araşdırmalar göstərir ki, qumar oynayan insanın beyni narkotik istifadə edən şəxslərlə eyni reaksiya verir. Bu isə, onun bir növ narkotik asılılığı kimi işlədiyini sübut edir.

Qumar asılılığı və tamahkarlıq həmçinin ədəbiyyatda da öz yerini tapıb.

Aleksandr Puşkin – "Qaratoxmaq qız" (Пиковая дама). Bu əsər tamahkarlığın və qumar ehtirasının bir insanı necə məhv edə biləcəyini göstərən ən məşhur nümunələrdən biridir. Əsərin qəhrəmanı Herman, qısa yoldan zəngin olmaq istəyir və sirli kartların ona uğur gətirəcəyinə inanır. Ancaq tamahkarlıq onu son nəticədə dəli edir və o ruhi xəstəxanaya aparılır. Bu əsər, taleyin ironiyasını və insanın öz tamahının qurbanı ola biləcəyini əks etdirir.

Fyodor Dostoyevski – "Qumarbaz" (Игрок). Dostoyevski bu romanında şəxsi həyatından ilhamlanıb. Özü də qumar asılılığından əziyyət çəkən yazıçı, əsərdə baş qəhrəman Aleksey İvanoviçin qumara necə aludə olduğunu və tədricən həyatını necə məhv etdiyini təsvir edir. O, sevgi, pul və güc uğrunda mübarizə aparır, lakin nəticədə hər şeyini itirir. Bu, qumarın psixoloji təsirlərini realistik şəkildə təsvir edən ən güclü romanlardan biridir.

Tomas Mann – "Feliks Krulun Etirafları" (Bekenntnisse des Hochstaplers Felix Krull). Bu əsər əsasən tamahkarlıq mövzusuna həsr edilib. Bu əsərdə qəhrəman saxtakarlıq yolu ilə cəmiyyətdə yüksəlməyə çalışır. O, uğur və zənginlik uğrunda hər şeyi etməyə hazırdır. Əsər, pul və güc ehtirasının insanı necə manipulyasiya edə biləcəyini nümayiş etdirir.

Məşhur ekpertlərlər də bu barədə öz fikirlərini bildiriblər.

İqtisadçı Nassim Taleb, qumar barədə belə deyir:

"İnsanlar sürətli qazanca aldanaraq riskləri dəyərləndirməyi unudurlar. Qumar, insanı yalnız itirənə qədər rahat hiss etdirir."

Psixiatr Karl Yung, tamahkarlığı insanın nəzarət edə bilmədiyi bir instinkt olaraq izah edir:

"İnsan içindəki gücü hiss etdikcə daha çox istəyir. Ancaq onu idarə edə bilməyəndə, bu güc insanın özünü məhv edir."

Pul və psixologiya mövzusunda araşdırmaları ilə tanınan Daniel Kahneman isə belə deyir:

"İnsan beyni itkiyə daha çox reaksiya verir, nəinki qazanclara. Bu səbəbdən, qumarbazlar uduzduqca daha çox oynayırlar – çünki itkiləri bərpa etmək istəyirlər."

Elmi araşdırmalar göstərir ki, tamahkarlıq və qumar ehtirası insana qısamüddətli həyəcan versə də, uzunmüddətli perspektivdə onu məhv edir.

Pul və uğur hərisliyi idarə olunmadığı halda, insanın həm psixoloji, həm də maddi cəhətdən tənəzzülünə düçar olur.

Bu səbəbdən, hətta böyük filosoflar belə insanları bu cür vərdişlərdən uzaq durmağa çağırmışlar. Əsas məsələ, insanın arzularını və ehtiraslarını nəzarətdə saxlaması və özünü tanımasıdır. Əks halda, Herman və Aleksey İvanoviç kimi faciəli talelərdən qaçmaq mümkün olmayacaq.

Digər bir tərəfdən qumar haqqında Uilliyam Şekspir "Kiminsə uduzması hesabına qazanc əldə etmək – Bu, insanın öz vicdanını masaya qoymasıdır."- deyir.

Məqalədə: #Səməd Əyyubov

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
Pakistan İngiltərə ilə Test seriyasında revanş axtarır
09:15
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
Husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 73 nəfər yaralanıb
09:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.