8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda siyasi gərginlik arta bilər

4 May 2024 13:59
İraqda siyasi gərginlik arta bilər

Bakı,AzerVoice

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani Amerika Birləşmiş Ştatlarına bir həftəlik səfərdən sonra Bağdada qayıtdıqdan bir gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın paytaxtına səfər edib.
Əl-Sudaninin 2022-ci ilin sonunda vəzifəyə gəldikdən sonra ilk dəfə Vaşinqtona səfəri “uğurlu” kimi qiymətləndirilsə də, Türkiyə prezidentinin İraqa son 13 ildə ikinci səfəri “tarixi” kimi qiymətləndirilib.
Məlumat üçün bildirək ki, İraqın baş naziri Vaşinqtonda ABŞ prezidenti Co Baydenlə ölkə daxilində açıq-aşkar rəqiblərlə və müəmmalı hadisələrlə qarşılaşdığı bir vaxtda görüşdü.

Məlumdur ki, Bayden inadkar rəqibi, keçmiş prezident Donald Trampa qarşı onun taleyüklü seçki mübarizəsi aparır.

Prezident Ərdoğana gəlincə, Əl-Sudani onunla görüşü zamanı çox önəmli bir layihə olan “İnkişaf yolu” layihəsi imzalanıb və bu layihə ilk növbədə İraqda baş naziri Əl-Sudanini uğuru kimi təqdim edilir.

İraqda “İnkişaf yolu” layihəsi , siyasi dairələrdə Ərdoğanən bələdiyyə seçkilərində məğlubiyətindən sonra Ədalət və İnkişaf partiyasının özünü gücləndirmək istəyi kimi təqdim edilir.

Qeyd edək ki, əslində “İnkişaf yolu” layihəsi əslində 1953-ci ildə İraqın Baş Naziri Nuri əl-Səid tərəfindən irəli sürülün bir layihə idi.

Məlumat üçün bildirək ki, Əl-Sudaninin hakimiyyətə gəlməsindən sonra, sünnilər və kürdlər tərəfindən demək olar ki, tam dəstək alıb, lakin artıq şiələrdən tam dəstək görmür.

Qeyd etmək yerinə düşər ki, şiəsiyasi qüvvələri, konkret olaraq onun namizədliyini bu vəzifəyə irəli sürmüşdülər. Bu gün İraqda şiə qruplar arasında siyasi gərginlik və fikir yarılıqları durmadan artmaqdadır.  Ehtimal edilir ki, bu siyasi gərginlik ölkədə İran modeli İslamı tətbiq etməyə çalışan şiələr və ənənəvi şiələr arasında daha da artsın.

Bu gün İraqdakı siyasi şiə pruplara nəzər salındıqda onların vahid bir mərkəzdən idarə olunduğu düşünülsə də bu heç də belə deyil.Əslində onlar bəzən bir-biri ilə yarışan, bəzən də toqquşan üç qüvvədən ibarətdir:

Parlamentdə və hökumətdə iştirak edən qüvvələr və partiyalar
Parlamentdən çəkilmiş və hazırda hökumətdə iştirak etməyən “Sədr Hərəkatı”nı və bəziləri silahlı fraksiyalarını özündə birləşdirən “koordinasiya çərçivəsini”
“Xalq Səfərbərlik Qüvvələri”nin qanadları (Rəsmi təhlükəsizlik qurumu olan, lakin həmişə bunun siyasi prosesin bir hissəsi olmadığını bəyan edirlər)

Əl-Sudani hakimiyyəti ələ aldıqdan və “məhsuldar diplomatiya” terminini qəbul etmişdi bə ölkədə buna uyğun “qucaqlayıcı” siyasət yürüdəcəyini bildirmişdi. Hakimiyyə gəldikdən bir il yarım keçib və bu gün Əl-Sudani bu siyasətin səmərəli olduğu düşüncəsinə hakimdir.

İraqda siyasi gərginlik arta bilər
Məqalədə: #İraq

Mövzu üzrə digər xəbərlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib
Avto İcmal və Testlər

Ford İraqda yeni rəsmi distribyutor təyin edib

7 Sentyabr 16:04
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq

İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir

7 Sentyabr 13:51
Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub
Siyasət

Ərbil və Bağdad münasibətlərinin inkişafı müzakirə olunub

7 Sentyabr 13:46

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.