8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

"Tiryək Çini necə yıxdı?!"

28 May 2024 19:06
"Tiryək Çini necə yıxdı?!"

Bakı,AzerVoice

Anti narkotik təbliğatı apararkən tiryək və onun törəyənlərindən, cəmiyyətə vurduğu zərərdən olduqca geniş məlumatlar veririk. İlkin dövrlərdə isə tiryək bu qədər zərərli məqsədlər üçün istifadə olunmurdu. Bütov cəmiyyəti necə məhv etdiyini isə bu yazımızda işıqlandıraq.

Tiryək (afyon/opium) e.ə. IV- II minilliklərdə Şumer və Het kitabələrində "xoşagələn" bitki kimi qeyd olunur. Het dilində "haşşika" (xaşxaş) kimi səslənən bu bitki sonradan tibbi vasitə kimi istifadə olunmağa başladı. Heredotun müalicə məqsədilə geniş istifadə etdiyi tiryək Yunanıstanda və Anadolu torpaqlarında da əkilirdi. Eramızın əvvəllərində Berqamalı Qalen 60 fərqli tibbi xam maddə ilə qarışdıraraq dərman halına salmışdı. İbn Sina tiryəkdən göz xəstəliklərində və s. istifadə edirdi.

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi nin sədri ekspert Emil Maqalov
Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri ekspert Emil Maqalov

Tiryəkin tibbdən kənarda bihuşedici maddə kimi istifadəsi getdikcə öz sərhədlərini aşmağa başladı. Belə olduqda əkilib-  becərilməsinə və ticarətinə tələbat artdı. Aludəçi olub, həddindən artıq istifadə edən insanlarda ürəkbulanma, zəhərlənmə, nəhayət, koma halına düşmə halları müşahidə olunurdu. Bu səbəbdən bir çox dövlətlər, imperiyalar tiryəkin kütləvi istifadəsini, kənardan idxalını dayandırmağa çalışırdı. Bunlardan biri də 17-18-ci əsrlərdə Çin imperatoru idi.

• Qədim dövrlərdən Ərəb tacirləri vasitəsilə tiryək ilə tanış olan çinlilər yeni dövrdə İngilislərin tiryək bəlası ilə üz- üzə qaldılar. Baxmayaraq ki, Çin iki əsr əvvəl Portuqaliya krallığına boyun əyməmişdi, İngilislər bunu çox ağır şəkildə tətbiq etməyi bacardılar. Malakka boğazı vasitəsilə Çinin Makao ərazisinə çıxan Portuqal gəmiləri, əvvəlcə bu əraziləri də işğal edəcəklərini düşünürdü. Lakin, Çin ordusu nizamlı və güclü olduğundan Portuqal səyyahları yalnız yer haqqı ödəməklə Makao torpaqlarında ticarət edə bildilər. İngilis tacirləri və fransız missionerləri də çinlilərin istədiyi qaydada ticarət edə bilirdilər.

Amerikadakı müstəmləkələrini itirən Böyük Britaniya şərqdə yeni xammal qaynağı axtarışında idi. Hindistanı öz müstəmləkəsinə çevirib tiryək plantasiyaları da salan Britaniya digər bölgələri də koloniyasına çevirmək niyyətində idi. Çinlilər ingilislərə çini qablar, çay, ipək parçalar və s. satır qarşılığında isə ancaq gümüş pul qəbul edirdilər. Tsin xanədanlığının ərazisində xarici mallar alınmırdı. Alınsa da gümüş pulları ingilislərə geri vermirdilər. Krallığın ərazsində çin mallarına böyük tələbat vardı. Beləliklə, çinlilər ingilisləri gümüşdən müflis etmişdilər. Amerikadakı gümüş, qızıl mədənləri də əldən çıxdığına görə, ingilislər yeni həmləyə əl atdılar. Hindistanda yerlilərə tiryək istehsal etdirib Çin bazarına daxil edirdilər. Vəziyyətin öz seyrindən çıxdığını görən imperator 1757-ci ildə Çinə tirkək gətirilməsini qadağan edən fərmanlar vermişdi. Kanton limanından başqa bütün ölkə ərazisi "qapalı ölkə" sisteminə keçmişdi. Belə olduqda ingilislər qeyri- qanuni yollarla tiryək satmağa davam etdilər. Artıq çin evlərinə, orduya kimi daxil olan tiryək əhalini bitkin hala salmışdı. Aludəçi olan xalq dəridən qabıqdan çıxıb tiryək alırdı. Əlindəki gümüşləri də əldən çıxaran əhali çay, ipək, çini qabları pul əvəzində tiryək ilə dəyişirdi.

 1839-cu ildə imperator tərəfindən verilən yeni fərmana əsasən tiryəklə dolu olan bütün xarici gəmilər Çin sularından uzaqlaşdırılmalı idi. Mühasirəyə alınan ingilis və amerikan tacirləri təslim oldu və 20,3 min qutu tiryək limanlarda yandırıldı. Bu hadisə 1840-1042 birinci Tiryək, 1856-1860 ikinci Tiryək müharibələrinə səbəb oldu. İşin fəlakət yanı bu idi ki, yenilməz Çin ordusunun əsgərləri tiryək asılılığından zəifləmiş, döyüş qabiliyyətini əvvəlki kimi saxlaya bilməmişdilər. Əllərində primitiv silahlar olan Çin ordusu toplu- tüfəngli İngilis donanması qarşısında aciz qaldılar. Nəticədə, 1842 - Nankin, 1860- Pekin qeyri-bərabər müqavilələri ilə Çin İngiltərənin yarımmüstəmləkəsinə çevrildi, Kanton və digər  limanları İngilislərin sərəncamına verdi, Honkonq adası itirildi, qarşıdakı bir əsr müddətində özünə gələ bilmədi.

Bundan istifadə edən Yaponiya, Fransa, Amerika və Rusiya da Çindən öz xeyirlərinə istifadə etdilər. Bu dövrü Çində aşağılanma və təhqirolunma dövrü kimi səciyyələndirirlər.

 Göründüyü kimi bir zamanlar "xoş hal" edən narkotik, tiryək, xaş-xaş böyük fəlakətlərə gətirib çıxarır. Gizli yollarla ölkəyə daxil olan narkotik bir neçə il sonra cəmiyyətə və ölkə iqtisadiyyatına ciddi zərərlər vurub xalqı müflis, dövləti isə rüsvay edəcəkdir. Narkotikin hər növündən uzaq durmaq hər bir fərdin vicdan borcu və məsuliyyətidir. 

"Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyi"nin sədri ekspert Emil Maqalov

"Tiryək Çini necə yıxdı?!" "Tiryək Çini necə yıxdı?!"
Məqalədə: #Emil Maqalov

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları
Cəmiyyət

Məktəblərdə intizam problemləri: səbəblər və çıxış yolları

29 Oktyabr 2025 10:40
Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov
Cəmiyyət

Narkomaniyadan Qurtulmaq Üçün Maddi Vəziyyət Çox Önəmlidir - Emil Maqalov

23 İyul 2025 15:37

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.