9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

BMT İsraili yeni bir siyahıya əlavə etdi

12 İyun 2024 11:20
BMT İsraili yeni bir siyahıya əlavə etdi

Bakı. AzerVoice:

Birləşmiş Millətlər Təşkilatı (BMT) münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına İsrail ordusu və təhlükəsizlik qüvvələrini də əlavə edib.

Bu barədə BMT-nin baş katibi Antonio Guterresin 2023-cü ilin məlumatlarını ehtiva edən və hələ ictimaiyyətə açıqlanmayan “Uşaqlar və Silahlı Münaqişə Hesabatı”nda məlumat verilib.

Münaqişələrdə uşaqlara qarşı zorakılığın 2023-cü ildə dəhşətli həddə çatdığı bildirilən hesabatda "Münaqişələrdə uşaqlara qarşı ciddi pozuntular 2023-cü ildə 21 faiz artıb" deyə qeyd edilir. Həmçinin hesabatda uşaqların ölümünə və yaralanmasına səbəb olan hadisələrin əvvəlki ilə nisbətən 35 faiz artdığı, 2023-cü ildə uşaqlara qarşı 32 min 990 ciddi pozuntu qeydə alındığı deyilir.

Hesabatda qeyd olunur ki, 2023-cü ildə 5 min 301 uşaq öldürülüb, 6 min 348 uşaq yaralanıb, 8 min 655 uşaq silahlı birləşmələr sıralarına cəlb edilib, 5 min 205 uşağın humanitar yardıma çatmasının qarşısı alınıb. 2 min 491 uşağın silahlı qruplarla əlaqəsi səbəbiylə həbs olunub, 4 min 356 uşaq isə qaçırılıb.

Qəzzada baş verən son hadisələrə fonunda, hesabatda İsrail və işğal olunmuş Fələstin torpaqlarında uşaqlara qarşı ciddi pozuntuların 1,5 dəfə artdığı və bu çərçivədə 8 min 9 ciddi pozuntu faktının qeydə alındığı qeyd edilib. 4 min 360 uşağa qarşı törədilən bu pozuntuların 113-ü İsrail, 4 min 247-si isə fələstinli uşaqları əhatə edir.

Məlumata görə, Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 4 min 247 fələstinli uşağa qarşı 7 min 837 qanun pozuntusu olub və pozuntular İsrail ordusu və israilli məskunlaşmaçılar tərəfindən törədilib.

Hesabatda 5 min 698 pozuntunun İsrail ordusu və təhlükəsizlik qüvvələri tərəfindən törədildiyi vurğulanıb. Həmçinin İsrailin 906 fələstinli uşağı həbs etdiyi bildirilib. Əlavə olaraq, İsrail ordusu Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə uşaqların humanitar yardıma çatmasına da mane olub.

Hesabatda "İsrail ordusu və təhlükəsizlik qüvvələrinin Qəzzada, işğal altındakı İordan çayının qərb sahilində və Şərqi Qüdsdə öldürdüyü və yaraladığı uşaq sayı qarşısında dəhşətə gəlirəm. İsrail ordusunun Qəzzada keçirdiyi hərbi əməliyyat nəticəsində yaranan ölüm və dağıntılar indiyə qədərdir heç vaxt görülməmiş səviyyədir" - deyə BMT-nin baş katibi Antonio Quterreş öz fikirlərini əlavə edib.

Hesabatda qarşıdurmalar zamanı uşaqlara qarşı pozuntuların ən sıx olduğu yer İsrail və işğal altında olan Fələstin torpaqları olmaqla birlikdə Konqo Demokratik Respublikasında isə 3 min 764, Myanma və Somalidə 2 min 799, Nigeriyada 1995, Sudanda isə 1721 ciddi pozuntu olduğu bildirilir.

BMT İsraili yeni bir siyahıya əlavə etdi
Məqalədə: #Qəzza #İsrail #Fələstin #BMT

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.