9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Sui-qəsdə məruz qalan siyasi liderlər

15 İyul 2024 15:48
Sui-qəsdə məruz qalan siyasi liderlər

Bakı, AzerVoice

Tarix boyu bir çox siyasi lider sui-qəsdə məruz qalıb, onlardan bəziləri öldürülüb, bəziləri yaralanıb, bəziləri isə sui-qəsdən yayına biliblər.

AzerVoice xəbər verir ki, Donald Trampa qarşı baş verən sui-qəsd hadisəsindən sonra bu vaxta qədər dünya liderlərinin üzləşdiyi sui-qəsd hadisələri gündəm olub.

Tarixdə iz qoyan dünya liderlərinə qarşı edilən sui-qəsd cəhdlərinin siyahısı ABŞ prezidenti Con Kennedidən, Səudiyyə Ərəbistan kralı Feysəl bin Əbdüləziza, habelə Hindistanın ilk qadın baş naziri olan İndira Qandiyə qədər uzanır. Aşağıda sui-qəsədə mərzu qalmış dünya liderləri haqqında qısa məlumat verməyə çalışacağıq.

Con Kennedi

ABŞ-ın 35-ci prezidenti olan Con Kennedi 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb.

Bu hadisə tarixə “Kennedi sui-qəsdi” kimi düşüb. Haqqında bir çox nəzəriyyə irəli sürülən bu sui-qəsd kitablarda və film səhnələrində də yer alıb. Sui-qəsdin icraçısı kimi tutulan Li Harvi Osvald həbsdə olarkən Cek Rubi tərəfindən öldürülüb.

İndira Qandi

Hindistanın ilk qadın baş naziri olan İndira Qandi 31 oktyabr 1984-cü ildə Sikh mühafizəçiləri tərəfindən sui - qəsdə məruz qalaraq öldürülüb. Qandinin öldürülməsindən sonra Hindistanda Sikhlərə qarşı hücumlarda minlərlə insan həlak olub.

Faysal bin Abdulaziz

1964-cü ildən 25 mart 1975-ci il öldürülənə qədər Səudiyyə Ərəbistanında hakimiyyətdə olan Faysal bin Abdulaziz ölkədə televiziyaların qurulması, qız məktəblərinin açılmasına şərait yaratmaqla yanaşı həmçinin bir sıra islahatlar da həyata keçirib.

O, ABŞ-ın Yom Kippur müharibəsində İsrailə dəstək göstərməsi səbəbiylə Neft İxrac Edən Ərəb Ölkələri Birliyinin (OPEC) neft embarqosu qərarı almasında və tarixdə “1973-cü il neft böhranı” kimi tanınan hadisədə mühüm rol oynayıb.

Kral Faysal öz sarayında qardaşı oğlu Faysal bin Musad tərəfindən güllələnərək öldürülüb.

Yitzhak Rabin

İsrailin keçmiş baş naziri Yitzhak Rabin də qətlə yetirilən liderlər arasındadır. İsraillə Fələstin arasında sülhün bərqərar olması üçün göstərdiyi səylər onun həyatının sona çatmasına səbəb olub

Belə ki, Rabin 1993-cü il sentyabrın 13-də Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında iki dövlətli həll təşəbbüsü üçün razılaşdırılmış Oslo Razılaşmasını imzalamışdı.

Keçmiş Leyborist Partiyasının lideri olan Rabin 4 noyabr 1995-ci ildə Tel-Əvivdə qatıldığı mitinqdən sonra israilli “ifrat sağçı” Yiqal Əmir tərəfindən güllələnərək öldürülüb.

Park Chung-hee

Cənubi Koreyada 1961-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən prezident Park Chung-hee 1979-cu il oktyabrın 26-da restoranda öz dostu Kim Jae Kyu tərəfindən güllələnərək öldürülüb

Ölkəni “dəmir yumruqla” idarə etdiyi bildirilən Parkın “Cənubi Koreyaya demokratiyanı geri qaytarmaq səbəbindən” Kəşfiyyat Rəhbəri olan Kim tərəfindən öldürüldüyü bildirib.

Olof Palme

İsveçin keçmiş baş naziri olan Olof Palme həm ABŞ, həm Sovet İttifaqı, həm də Cənubi Afrikadakı irqi ayrı-seçkilik rejimini tənqid edirdi. Palme hökuməti eyni zamanda 1984-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb.

Palme 1986-cı il fevralın 28-də həyat yoldaşı ilə Stokholmun ən işlək küçələrindən birində mühafizəçilərinin müşahidəsi olmadan getdiyi kinoteatrdan çıxarkən bir nəfərin ona arxadan yaxınlaşaraq atəş açması nəticəsində dünyasını dəyişib. BU hadisə ilə bağlı terror təşkilatı PKK-nın şübhəlilər arasında yer aldığı dəfələrlə qeyd edilsə də, qətllə bağlı suallar bu gün hələ də davam edir.

Ənvər Sədat

Keçmiş prezident Camal Əbdül Nasirin ölümündən sonra Misirdə hakimiyyətə gələn Ənvər Sədat İsraillə yaxın əlaqələr saxladığı üçün öldürülüb.

Sədatın prezidentliyi dövründə 6 oktyabr 1973-cü ildə ərəb ölkələri, o cümlədən Misir və İsrail arasında “Yom Kippur” müharibəsi başlayıb. Bu müharibədən sonra Qahirə ilə Təl-Əviv arasında 'Misir-İsrail Sülh Müqaviləsi' əldə edilib.

Misir Prezidenti Sadat 6 oktyabr 1981-ci ildə, 6 oktyabr müharibəsinin (Yom Kippur) 8-ci ildönümünü qeyd etmək üçün keçirilən rəsmi parad zamanı sonradan İslami Cihad Hərəkatının üzvləri olduqları ortaya çıxan Misir ordusunun zabitləri Xalid əl-İslambuli və onun dostları tərəfindən güllələnərək öldürüldü.

“Dindar prezident” kimi tanınan Sədat ərəb ölkələrini 1967-ci il sərhədləri ilə İsraili tanımağa çağırdı, lakin o, “satqın” elan edilərək öldürüldü.

Qeyd edək ki, sonuncu dəfə dünən ABŞ prezidentliyinə namizəd Donald Tramp mitinqdə çıxış edən zaman ona sui- qəsd cəhdi olaraq atəş açılıb.

Nəticədə sabiq prezident qulağından yaralanıb, mərmilərdən biri isə mitinqdə izləyici olan qadına dəyərək onun həlak olmağına səbəb olub.

Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər Sui-qəsdə məruz qalan siyasi liderlər
Məqalədə: #Donald Tramp #siyasi liderlər #sui-qəsd #Con Kennedi #İndira Qndi #Feysəl bin Əbdüləziz #Yitzhak Rabin #Park Chung-hee #Olof Palme #Ənvər Sədat

Mövzu üzrə digər xəbərlər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.