5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

İsrail tərəfindən vurulmuş Yəmənin Hudeyda limanının əhəmiyyəti

23 İyul 2024 11:36
İsrail tərəfindən vurulmuş Yəmənin Hudeyda limanının əhəmiyyəti

Bakı, AzerVoice

Təxminən 20 İsrail F-15 təyyarəsi tərəfindən vurulan Yəmənin Hudeyda limanı nəhəng alov və tüstünün səmaya qalxması ilə son illərin ən çətin dövrlərindən birini yaşayıb.

Hudeyda limanı İranın dəstəklədiyi husilər tərəfindən 2014-cü ildən bəri Sana mərkəzli qurulan hökumətin nəzarəti altında idi. Bura ölkənin qərbində Qırmızı dənizin ən mühüm limanı hesab edilir və ölkəyə daxil olan humanitar yardım və ticarət mallarının əsas yolunu özündə cəm edirdi.

Benyamin Netanyahu hökumətinin bəyanatına görə, İsrailin Hudeyda limanına olan hücumu, Husilərin 19 iyulda Təl-Əvivə pilotsuz uçan aparatla edilən hücumuna cavab olaraq həyata keçirilmişdi. Husilərin Təl-Əvivdəki ABŞ konsulluğu binası yaxınlığında həyata keçirdiyi bu hücumda 1 israilli ölüb, 10 nəfər isə yaralanmışdı.

Qeyd edək ki, Husilər İsrailin Qəzzaya hücumlarına cavab olaraq 31 oktyabr 2023-cü il tarixindən etibarən Yəmən sahillərində İsrail şirkətləri ilə əlaqəli olan ticarət gəmilərini ələ keçirir, bəzilərinə pilotsuz uçuş aparatları və raketlərlə hücum edirlər.

Husilər həmçinin Qəzza zolağı və Fələstinlə həmrəylik çərçivəsində İsrailin Qaradəniz, Ərəb Dənizi və Hind okeanındakı gəmilərinin işğal olunmuş Fələstin (İsrail) limanlarına getməsinə mane olublar. Bu qərarın, İsrailin Qəzza zolağında hücumları başa çatana qədər davam edəcəyini bildiriblər.

ABŞ-ın rəhbərliyi ilə qurulan koalisiya isə husilərin bu hücumlarına cavab olaraq 12 yanvar 2024-cü ildən Yəmənin müxtəlif bölgələrindəki hədəfləri vurmağa başlayıb.

Vaşinqton və Londonun müdaxiləsi və gərginliyin artması nəticəsində Husilər artıq bütün ABŞ və Britaniya gəmilərini də hərbi hədəfləri arasında saydıqlarını bildirmişdilər.

Hudeyda limanı Yəmənin qərb sahilinin mərkəzi hissələrində Qırmızı dənizdə yerləşir və ölkənin əsas xarici ticarət limanı hesab olunur.

Bölgənin Şərqlə Qərb arasında qlobal ticarət fəaliyyətinə yaxın olması səbəbindən liman 1961-ci ildə o zamanlar Sovet İttifaqının dəstəyi ilə tikilmişdi.

Şərqdən qərbə müxtəlif əmtəə və neft ticarəti həyata keçirən gəmilərin keçdiyi limanın yaxınlığında, əks istiqamətdə şərqlə qərb arasında dəniz sahəsinin dibindən keçən beynəlxalq internet xətləri mövcuddur.

Müharibədən sonra ölkəyə çatan humanitar yardımlarla yanaşı, Yəmənin keçmişdə şahidi olduğu böyümə və inkişaf prosesinin tələb etdiyi müxtəlif ixrac və idxal məhsulları ilə hər cür əmtəənin ticarəti məhz bu liman vasitəsilə həyata keçirilir.

Hudeyda limanı Qırmızı dəniz sahilindəki digər limanlarla müqayisədə strateji mövqeyi, beynəlxalq daşıma-nəqliyyat xətlərinə yaxınlığı, dalğalardan və su axınlarından təbii mühafizəsi, musson küləklərinə məruz qalmaması kimi bir sıra üstünlüklərə malik olması baxımından unikal hesab olunur. .

Göndərmə zolağının uzunluğu 10 min 433 dəniz mili, eni 200 metr və dərinliyi təxminən 10 metr olan liman, maksimum 31 min ton yükgötürmə qabiliyyətinə malik konteyner gəmilərini qəbul etmək potensialına malikdir.

2014-cü ilə qədər limanda uzunluğu 250 metr olan iki dokdan əlavə, ümumi uzunluğu 1461 metr olan səkkiz dok olub və limanın dokları neft tankerlərinin və digər neft məhsullarının boşaldılması üçün ayrılmışdı.

Qeyd edək ki, yanğının böyüklüyünü və yüksələn tüstünü ortaya qoyan görüntülərdə İsrailin Hudeyda limanındakı neft və neft məhsulları anbarlarını da qəsdən bombaladığı görünür.

İsrail bu hücumu ilə Yəmənin artan yanacaq ehtiyacını ödəməkdə əlavə çətinliklərlə üzləşməsinə səbəb olub.

Humanitar vəziyyətin ağırlaşdığı bir dövrdə, Hudeyda şəhərinin ən mühüm elektrik stansiyalarından biri, eləcə də neft obyektlərinin ofisləri də İsrail tərəfindən vurulub.

Qeyd edək ki, Yəmən hökumətinin 2010-cu il məlumatlarına görə, limanda ümumi sahəsi bir milyon kvadratmetrdən çox olan 12 anbar qismən və ya tamamilə İsrail bombardmanlarına məruz qalıb.

İsrail tərəfindən vurulmuş Yəmənin Hudeyda limanının əhəmiyyəti
Məqalədə: #İsrail #Yəmən #Husilər #Hudeyda limanı

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

4 Sentyabr 21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

4 Sentyabr 21:20
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

4 Sentyabr 20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

4 Sentyabr 20:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.