9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İran zəvvarlarının aksiyaları nəticəsində 402 nəfərin öldüyü Məkkə insidenti

1 Avqust 2024 09:00
İran zəvvarlarının aksiyaları nəticəsində 402 nəfərin öldüyü Məkkə insidenti

Bakı,AzerVoice

1987-ci il iyulun 31-də Məkkədə Həcc ziyarəti zamanı şiə zəvvarlar ilə Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri arasında 400-dən çox insanın ölümü ilə nəticələnən qarşıdurma baş vermişdi. Sonralar bu hadisə "iğtişaş" və ya "qırğın" kimi təsvir edildi.

Əslində bu hadisə 1979-cu il İran İnqilabından sonra şiə İran və sünni Səudiyyə Ərəbistanı arasında artan gərginliyin nəticəsi idi.

1981-ci ildən iranlı zəvvarlar hər il Həcc ziyarəti zamanı İsrail və ABŞ əleyhinə siyasi nümayiş təşkil edirdilər. Səudiyyə rəsmiləri bu siyasi mesajları Səudiyyə kral ailəsi üçün təhlükə hesab etmədiyi üçün hər hansı tədbir görmürdü.

İnqilabdan sonra İran bəyan etdi ki, “Həcc və müqəddəs yerlər beynəlxalq nəzarət altında olmalıdır və təkcə səudiyyəlilər tərəfindən idarə olunmamalıdır”.

Şiə zəvvarlar və Səudiyyə təhlükəsizlik qüvvələri arasında ilk böyük qarşıdurma 1981-ci ildə baş verdi. 1981-ci ildə İran zəvvarları, İslamın müqəddəs yerlərindən olan Məscidül-Həram və Peyğəmbər məscidində açıq şəkildə siyasi şüarlar səsləndirməyə başladılar. Bu hadisələrin ardınca Səudiyyə təhlükəsizlik qüvvələri ilə şiə zəvvarlar arasında bir nəfərin həlak olması ilə nəticələnən şiddətli toqquşma baş verdi.

Elə həmin il Səudiyyə Ərəbistanın kralı Xalid İran ərazisini işğal etməyə davam edən Səddam Hüseynə “bu axmaq iranlıları əz” deyə məktub göndərmişdi.

1987-ci ildə nümayişlərin qarşısını almaq üçün görülən tədbirlər zamanı Səudiyyə polisi və Səudiyyə Ərəbistanı Milli Qvardiyasının bir qrupu ilə şiə zəvvarlar arasında qarşıdurma yarandı. Nə qədər zəvvarın öldüyü və necə öldüyü isə mübahisəlidir.

İran və Səudiyyə Ərəbistanının bir birini ittiham etdiyi bu hadisədə 402 nəfərin həlak olduğu bildirilir. Onlardan 275-i iranlı zəvvar, 85-i Səudiyyə polisi və 42-si digər ölkələrdən olan zəvvarlardır. Səudiyyə rəsmiləri zəvvarların silahlı olduqlarını və izdiham zamanı öldüklərini bildirdi. İran rəsmiləri isə səudiyyəlilərin açdığı atəş nəticəsində çoxlu sayda insanın həlak olduğunu iddia etdi.

Hadisənin ardınca İran prezidenti Əli Xamneyi "İndi təbliğat aparırlar və iddia edirlər ki, bu hadisə şiə və sünni arasında müharibədir. Bu yalandır! Əlbəttə, müharibə var, amma bu müharibə Amerikanın İslam anlayışı ilə gərçək inqilabçı İslam arasındadır", - deyə bildirmişdi.

1987-ci il avqustun 3-də bir milyon iranlı Tehranda İslam Şurası binasının qarşısına toplaşaraq “İntiqam” şüarları səsləndirdi. Həmin gün İran lideri Ruhullah Xomeyni səudiyyəliləri zəvvarların qisasını almaq üçün Səudiyyə ailəsini devirməyə çağırdı.

1987-ci il hadisəsindən sonra üç il ərzində İran hökuməti tərəfindən iranlılara Həcc ziyarətinə qadağa qoyuldu. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi və əvvəlki illərdə icazə verilən iranlı zəvvarların sayını 150 mindən 45 minə endirdi.

1991-ci ildə İran və Səudiyyə Ərəbistanı iranlı zəvvarların bir daha Həcc ziyarətinə getməsinə razılıq verdikdən sonra diplomatik əlaqələr bərpa edildi. Zəvvarların ümumi sayı 115.000 olaraq təyin olundu və iranlıların nümayişləri üçün xüsusi yer ayrıldı. Bu razılaşma ilə iranlı zəvvarlar 1990-cı və 2000-ci illərdə çox az və ya heç bir insident olmadan illik nümayişlərini davam etdirdilər. Onların nümayişləri Məkkədəki kampuslarının hüdudları ilə məhdudlaşdırıldı.

İran zəvvarlarının aksiyaları nəticəsində 402 nəfərin öldüyü Məkkə insidenti
Məqalədə: #İran #Səudiyyə Ərəbistanı #Məkkə #Həcc

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
12:12
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
Ər-Riyadda Təhlükəsizlik və Tarix Dialoqu başa çatıb
12:03
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
Səudiyyə Ərəbistanında bir sıra bölgələrdə təhlükə xəbərdarlığı verilib
11:48
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
İqlim dəyişikliyi beynəlxalq təhlükəsizlik gündəminə daxil edilməlidir-Əmr Musa
11:20
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.