9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Ümmətin Bəlası – Hissiyatçılıq

1 May 2025 13:56
Ümmətin Bəlası – Hissiyatçılıq

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

İslam ümmətinin bu gün qarşı-qarşıya olduğu ən ciddi problemlərdən biri – hətta bəlkə də birincisi – həddindən artıq hissiyatçılıqdır. Halbuki İslam imanla bərabər ağılı, düşünməyi və analiz etməyi də bir ibadət kimi önə çıxarır.

“Şübhəsiz ki, göylərdə və yerdə mömin bir qövm üçün (Allahın qüdrətini göstərən) dəlillər vardır.”
(Casiyə, 3)

“De: Gəzin yer üzünü və baxın əvvəlkilərin aqibəti necə olmuşdur!”
(Rum, 42)

Bu ayələr göstərir ki, İslam sadəcə qəlb dini deyil, həm də düşüncə, ibret və nəticə çıxarma dinidir. Allah insanı ağılla təchiz etmiş və bu ağlın istifadəsini iman həyatının ayrılmaz hissəsi etmişdir.

Duyğuların Yeri və Həddi

Duyğular yerli-yerində olduqda qiymətlidir: ibadətdə, Allahdan qorxmaqda, günahlardan çəkinməkdə və mərhəmət göstərməkdə. Lakin düşünmək, təhlil etmək, gələcək üçün strategiya qurmaq zamanlarında duyğular ikinci planda qalmalıdır.

“Onlar namazlarında huşu içində olanlardır.”
(Muminun, 2)

“Rəbbindən qorxan kimsə üçün bu (Qur'an) əlbəttə bir öyüddür.”
(Naziat, 45)

Bu ayələrdən göründüyü kimi, duyğuların yeri daha çox ibadət və Allah qorxusu ilə bağlı sahələrdir. Ancaq ictimai-siyasi məsələlərdə düşüncə ön plana çıxmalıdır.

Təhlil Etmədən Hərəkət Etmək və Səhvlərdən Dərs Almamaq

Təəssüf ki, ümmət olaraq əqli təhlil tələb edən mövzularda da hisslərə qapılır, sanki şeir söyləyirmiş kimi danışırıq. Bu isə bizi metodik düşüncə tərzindən uzaqlaşdırır. Nəticədə səhvlərimizdən nəticə çıxarmağı bacarmırıq.

“Onlar yer üzündə gəzmədilərmi ki, ürəkləri ilə anlayalar, qulaqları ilə eşidələr? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki qəlblər kor olar.”
(Həcc, 46)

“And olsun ki, Biz onlara sözə (Qurana) yaxşıca düşünmək üçün elə bir Kitab gətirdik ki, iman gətirən bir qövm üçün onda mərhəmət və öyüd-nəsihət vardır.”
(Əraf, 52)

Buradan açıq şəkildə görünür ki, Allah bizdən təhlil, qəlblə deyil, ağlın şüuru ilə nəticə çıxarmağı istəyir.

İctimai-Siyasi Bəsirət Problemi

Bu gün müsəlman cəmiyyətlərində ictimai-siyasi bəsirət problemi ciddi şəkildə özünü göstərir. Halbuki bir yerdə zəifiksə, bunun səbəblərini real şəkildə araşdırmalı, ona uyğun sağlam nəticələr çıxarmalıyıq.

“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, onun doğruluğunu araşdırın...”
(Hucurat, 6)

“Ey iman gətirənlər! Allahdan qorxun və sözünüzü düz danışın!”
(Əhzab, 70)

Bu ayələr media və informasiya dövründə düzgün, qərəzsiz və məsuliyyətli yanaşma prinsipini açıq şəkildə ifadə edir.

Media və Duyğu Manipulyasiyası

Mənşəyi şübhəli media orqanları, təqdim etdikləri video və səs yazıları ilə ümmətin düşüncə sferasında “hisslərin burulğanı” yaradır. Bu isə imperializmin əlində bir vasitəyə çevrilir.

“Onların (kafirlərin) səni yoldan çıxarmaq üçün söylədiklərinə səbir et və onlardan gözəl şəkildə uzaq dur.”
(Muzzəmmil, 10)

“Sizə nə olub ki, Allah yolunda və 'Rəbbimiz! Bizi bu zülm edən xalqın şəhərindən çıxart və bizə öz qatından bir qoruyucu və yardımçı göndər!' - deyə yalvaran aciz kişilər, qadınlar və uşaqlar naminə vuruşmursunuz?”
(Nisa, 75)

Bu ayə, hisslərin deyil, əsaslı və məqsədli davranışın lazım olduğunu göstərir. Yəni duyğularla deyil, haqq tərəfdən dayanaraq tədbir almaq əmr edilir.

Nə Etməli?

Çıxış yolu Quranı oxumaq, Rəsulullahın həyatını dərindən öyrənmək və mütaliə ilə bəsirəti gücləndirməkdən keçir. Çünki maarifləndikcə bəsirət artır, bəsirət artdıqca isə sağlam və sabit düşüncə formalaşır.

“Bu (Quran), aləmlər üçün bir xəbərdarlıqdır. Sizdən düz yolda olmaq istəyənlər üçün.” (Təkvir, 27–28)

“Əgər onlar bu yolda sabit qalsaydılar, Biz onlara bol ruzi verərdik.”
(Cin, 16)

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.