6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

HƏMAS dəyişir: Müqavimətdən cihadçı ritorikaya

HƏMAS-ın siyasi mövqeyini itirməsi, onu daha radikal və beynəlxalq miqyaslı zorakı taktikalara yönəltmə ehtimalını artırır.

4 Aprel 2025 09:00
HƏMAS dəyişir: Müqavimətdən cihadçı ritorikaya

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

HƏMAS hərəkatının liderlərindən Sami Əbu Zührinin xaricdə əməliyyatlar həyata keçirmək çağırışı, hərəkatın artıq son kartlarını ortaya qoymağa hazırlaşdığını göstərən bir göstəricidir.Ən azından bir çox soyasi analitiklər bu fikirdədirlər. Bu çağırışın arxasında Qəzza zolağında hakimiyyətini davam etdirmək ümidinin tükənməsi, İsrailin hərəkatın hərbi strukturlarını tamamilə dağıtmaq niyyətinin aydın şəkildə ortaya çıxması və Fələstin əhalisi arasında baş qaldıran HƏMAS əleyhinə xalq etirazları dayanır.

Əbu Zühri bazar ertəsi günü belə deyib: “Dünyanın harasında olursa olsun, silah daşıya bilən hər kəsi hərəkətə keçməyə çağırıram.” Bu, ABŞ prezidenti Donald Trampın fələstinlilərin Qəzzadan çıxarılmasını nəzərdə tutan planına qarşı çıxmaq məqsədi daşıyır. O, İsrail baş naziri Benyamin Netanyahunun HƏMAS liderlərinə silahı yerə qoymaq və Qəzzanı tərk etmək çağırışına münasibət bildirərək: “Bu, o deməkdir ki, müharibənin məqsədi Trampın köçürülmə planını həyata keçirməkdir… Bu şeytani plana qarşı dünyanın hər yerində silah daşıya bilən hər kəs hərəkətə keçməlidir”-deyib.

Bu kontekstdə İsrailin Milli Təhlükəsizlik Şurası çərşənbə axşamı xəbərdarlıq yayıb. Bildirilir ki, HƏMAS da daxil olmaqla “terror” qrupları, Pasxa bayramı tətili müddətində xaricdəki yəhudi və israilli hədəflərə hücum etməyə çalışa bilər”.İSrail rəsmiləri hesan edir ki, Bu xəbərdarlıq HƏMAS ilə onu doğuran ana təşkilat — Müsəlman Qardaşları (İxvan) arasında ideoloji və fəaliyyət baxımından dərin bağların mövcudluğuna işarə edir. Onların fikrincə HƏMAS iddia etdiyi kimi, milli güclərlə əməkdaşlığa deyil, təşkilatın maraqlarını ön plana çəkən radikal strategiyalara üstünlük verir.

Bəzi ərəb ekpertlər hesab edir ki,Misirdə və digər ölkələrdə Müsəlman Qardaşları təşkilatı da, HƏMAS-dan əvvəl, siyasi hakimiyyəti itirdikdən sonra şiddətə və meyl göstərmişdir. 2013-cü ilin iyunundakı inqilabdan sonra, bu təşkilat üzvlərinin və HƏMAS-dan ayrılmış şəxslərin Misir ordusuna və dövlət strukturlarına qarşı zorakı hərəkətlərdə iştirak etdiyi iddia edilir.

Londonda yayımlanan “Əl-Ərəb” qazetinin məlumatına əsasən isə, HƏMAS-ın indiki yanaşması — israilliləri deyil, yəhudiləri hədəfə almağa çağıran və xaricdəki mülki hədəfləri nişan alan əməliyyat tərzi — onun tarixi müqavimət xəttindən uzaqlaşmasını, təşkilatın öz maraqlarını Fələstin məsələsinin üzərinə qoyduğunu göstərir.

“Bu İxvanın beynəlxalq təşkilat modelinin və ideoloqlarının təsirini güclü şəkildə əks etdirir.Bu, ilk dəfə deyil ki, İxvan təşkilatının bir qolu, ağır siyasi məğlubiyyətdən sonra radikal taktika tətbiq edir.İxvan, siyasi dialoq qabiliyyətini itirdikdən sonra saf radikalizmi mənimsəmiş və praktiki olaraq siyasi islamın məğlubiyyətini zorakı taktikalarla ört-basdır etməyə çalışmışdır.Siyasi islamın bu şəkildə zorakılığa yönəlməsi, siyasətdə tam ümidsizlik yaşadıqlarını və gələcəkdə siyasi rol oynamaq ümidlərinin qalmadığını göstərir. HƏMAS-ın hazırkı vəziyyəti göstərir ki, hərəkat Qəzzadakı siyasi rolunun bitməsindən sonra “Əl-Qaidə” kimi təşkilatların üslubunda xaricdə partlayışlar və sui-qəsdlər təşkil etməyi planlaya bilər.

Müsəlman Qardaşlarının və onun regional qollarının "təxirə salınmış fövqəladə plan" adlandırılan yanaşması mövcuddur. Bu plan təşkilat qurucusu Həsən əl-Bənnanın ideyalarına əsaslanaraq deyir ki, əgər siyasi vasitələrlə hakimiyyət əldə etmək mümkün deyilsə, maksimum zorakılıq tətbiq edilməlidir” ”-deyə qəzet eddia edir.

Məqalədə: #Fələstin #HƏMAS #HƏMAS və Hizbullah əlaqələri #İsrail və HƏMAS müharibəsi #İran və HƏMAS əlaqələri #Qəzzanın bərpası 2025 #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Hizbullah və Qəzza həmrəyliyi #Qəzza böhranı və Qərbin mövqeyi #7 Oktyabr HƏMAS hücumu #HƏMAS-ın qəfil hücumu #HƏMAS İsrailə necə hücum etdi? #HƏMAS-ın girovlarla bağlı siyasəti #HƏMAS və İsrail münaqişəsi #Həmasın təşkilati strukturu #Xalq HƏMAS-ın uzaqlaşdırılmasını istəyir #HƏMAS-ın raket atışları təxliyələrə səbəb olur #İsrailin HƏMAS-a qarşı siyasəti #HƏMAS və İsrail #HƏMAS radikallaşması #HƏMAS və Müsəlman Qardaşları əlaqəsi #Sami Əbu Zührinin çağırışı #HƏMAS xarici əməliyyatları #İsrail və HƏMAS qarşıdurması #Qəzza siyasi vəziyyət #Fələstin müqavimət hərəkatı #Donald Tramp və Fələstin planı #Benyamin Netanyahu HƏMAS siyasəti #Əl-Qaidə ilə HƏMAS arasında oxşarlıq #Siyasi islamın radikallaşması #İxvanın beynəlxalq şəbəkəsi #HƏMAS-ın gələcək strategiyası #HƏMAS Qəzzanı itirirmi? #HƏMAS niyə radikallaşır? #HƏMAS və Müsəlman Qardaşları arasında nə əlaqə var? #HƏMAS siyasi gücünü itiribmi?

Mövzu üzrə digər xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?

15:00
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34

Son Xəbərlər

Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
20:56
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
20:41
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.