8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrail “HƏMAS”ın əsirlərin cəsədlərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edəcəyindən ehtiyat edir

İsrail rəsmiləri, “HƏMAS”ın yalnız dörd nəfərin cəsədini təhvil verməsindən sonra “dərin şok və məyusluq” ifadə ediblər. Bu, İsrailin gözlədiyindən xeyli azdır və Təl-Əviv bu addımı razılaşmanın pozulması kimi qiymətləndirib.

14 Oktyabr 2025 12:15
İsrail “HƏMAS”ın əsirlərin cəsədlərindən danışıqlarda təzyiq vasitəsi kimi istifadə edəcəyindən ehtiyat edir

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail rəsmiləri, “HƏMAS”ın yalnız dörd nəfərin cəsədini təhvil verməsindən sonra “dərin şok və məyusluq” ifadə ediblər. Bu, İsrailin gözlədiyindən xeyli azdır və Təl-Əviv bu addımı razılaşmanın pozulması kimi qiymətləndirib.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, əgər “HƏMAS” qalan cəsədlərin təhvil verilməsində tam əməkdaşlıq göstərməsə, bu, gələcək danışıqlarda təzyiq vasitəsi yaratmaq məqsədi daşıyan addım kimi dəyərləndiriləcək.

Dörd cəsəd Təl-Əvivə gətirilib

İsrailin “Ynet” portalının məlumatına görə, dörd cəsəd bazar ertəsi axşamı Təl-Əvivdəki Milli Tibbi Ekspertiza Mərkəzinə gətirilib. Onların şəxsiyyəti rəsmi olaraq hələ müəyyənləşdirilməyib. “HƏMAS” isə bəyan edib ki, cəsədlər Daniel Peretz, Bipin Joshi, Guy Eluz və Yossi Sharabiyə məxsusdur - onlar 2023-cü il 7 oktyabr hücumları zamanı girov götürülən şəxslər arasında olublar.

İsrail rəsmiləri “HƏMAS”ın “digər cəsədlərin harada olduğunu bilmədikləri” iddiasına inanmadıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, bu, Şarm əl-Şeyxdəki danışıqlar zamanı verilən bəyanatlarla ziddiyyət təşkil edir, çünki o vaxt “HƏMAS” daha çox sayda cəsədin yerini bildiyini etiraf etmişdi.

Razılaşmanın pozulması və mümkün sanksiyalar

Mövcud razılaşmaya əsasən, “HƏMAS” bütün əsirləri - sağ və ya ölü – bazar ertəsi saat 12:00-a qədər təhvil verməli idi. Bu müddət İsrail qüvvələrinin Qəzzənin “sarı xətt” adlanan bölgəsinə geri çəkilməsindən sonra başlayan 72 saatlıq atəşkəsin sonuna təsadüf edirdi.

Lakin “HƏMAS”ın yalnız dörd cəsədi qaytarması Təl-Əvivdə kəskin qəzəb doğurub. Müdafiə Nazirliyi xəbərdarlıq edib ki, “HƏMAS” tam əməkdaşlıq göstərməsə, cəza tədbirləri tətbiq ediləcək. Bu tədbirlər çörək bişirmə materiallarının, mobil evlərin və əsas ərzaq məhsullarının Qəzzəyə girişinin məhdudlaşdırılmasını əhatə edə bilər.

Eyni zamanda İsrail vasitəçilərə sərt xəbərdarlıqlar göndərib, onları “HƏMAS”a təzyiq göstərərək daha çox cəsədin təhvil verilməsini təmin etməyə çağırıb.

“Tarixi gün” ümidləri puç oldu

İsrail hökumət mənbələri bildiriblər ki, bu hadisə “əsir məsələsində tarixi dönüş nöqtəsi” kimi qiymətləndirilən günün üzərinə kölgə salıb.

ABŞ Prezidenti Donald Trampın müharibənin başa çatdığını elan etdiyi bir vaxtda, İsraildə dərin məyusluq və qəzəb dalğası yaranıb. Rəsmilər hesab edirlər ki, “HƏMAS” cəsədləri saxlayaraq gələcək danışıqlarda üstünlük qazanmaq istəyir.

Girov ailələri birlikdə yayımladıqları bəyanatda hadisəni “rahatlıqla qəbul edilə bilməyəcək açıq pozuntu” adlandırıblar.

“Bu, HƏMAS tərəfindən razılaşmanın açıq şəkildə pozulmasıdır. Bütün cəsədlər geri qaytarılmadan heç bir mərhələnin davam etdirilməsini qəbul etmirik.”-deyə əsir ailələri komitələri bəyanat yayıblar.

Ailələr İsrail hökumətinə və vasitəçi ölkələrə çağırış ediblər.

“Əgər HƏMAS öhdəliklərini yerinə yetirmirsə, İsrail də öz öhdəliklərini yerinə yetirməməlidir. Biz 28 girov və cəsədin hamısının geri qaytarılmasını tələb edirik. Heç kəs unudulmayacaq - sonuncu əsir vətənə dönənə qədər.”-deyə çağırışda deyilir.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #HƏMAS #İsrail XİN #İsrail zabitləri #İsrailə qarşı boykotlar #Qəzza hücumu #İsrail cinayətləri #Qəzza blokadası #Uşaq ölümü Qəzza #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00
Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı
ArabAZ analitika: Geosiyasi təhlillər

Pakistanda yeni hərbi doktrina - Hərbi Dəniz və Hərbi Hava Qüvvələri bir mərkəzə bağlandı

7 Sentyabr 09:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ArabAZ analitika: Geosiyasi təhlillər

ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır

6 Sentyabr 20:56

Son Xəbərlər

Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
Səudiyyə Ərəbistanı xaricə ötürülən iş yerlərini ölkəyə qaytarmağı planlaşdırır
15:20
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
Livan böhrandan çıxış üçün strateji büdcəyə keçməyə hazırlaşır
14:48
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.