10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Husilərdən ideoloji səfərbərlik və məcburi silahlı təlim

Onlar cəmiyyətin müqavimətinə baxmayaraq, əyalətdəki universitet tələbələrinə məcburi məzhəb dərsləri və silah təlimləri keçmədən məzuniyyət şəhadətnamələrinin verilməyəcəyi elan ediblər.

22 Yanvar 2025 09:00
Husilərdən ideoloji səfərbərlik və məcburi silahlı təlim

BAKI,AzerVoice

İranın Yaxın Şərqdə, xüsusiən də Livan və Suriyada zəifləməsindən sonra Tehranın maddi dəstəyi ilə ayaqda duran Husilər daha yerli əahliyə qarşı daha aqressif siyasət nümayiş etdirməyə başlayıblar.

Husilər Yəmənin Sənadan 193 km cənubda yerləşən İb əyalətində məzhəbi dəyişikliyi həyata keçirmək səylərini artırıblar. Onlar cəmiyyətin müqavimətinə baxmayaraq, əyalətdəki universitet tələbələrinə məcburi məzhəb dərsləri və silah təlimləri keçmədən məzuniyyət şəhadətnamələrinin verilməyəcəyi elan ediblər.

Husilər tərəfindən bütün Yəmən universitetlərində qurulan və tələbə-fəaliyyətlərini izləmək, nəzarətdə saxlamaq məqsədilə yaradılmış "Tələbə Forumu" adlı qurum, əyalətdəki üç universitetin tələbələrini məcburi şəkildə "Əl-Əqsa tufanı kursu" adı ilə keçirilən məzhəb dərslərinə qatılmağa məcbur edib.

Tələbələrə göndərilən bildirişlərdə hər iki cinsdən olan tələbələrin səhər saat 8-də təlimə qatılmalı olduğu, bütün iştirakçıların dərs zalında olmasının vacibliyi vurğulanıb və dekanların nəzarəti altında iştirakın yoxlanılacağı qeyd olunub.

Silah təlimi ilə yanaşı ideoloji təbliğat

Bəzi tələbələrin ifadələrinə görə, onlardan bir həftəlik məzhəb yönümlü ideoloji kurslarda iştirak tələb olunur. Bu müddətdə silah təlimləri də keçirilir. Təlimlər zamanı Husilərin liderlərinin çıxışları və məcburi mühazirələr dinlədilir. Bu mühazirələrdən biri, qrupun qurucusu olmuş və 20 il əvvəl hökumət qüvvələri ilə qarşıdurmada öldürülən liderin qardaşı tərəfindən təqdim edilir.

Bundan əlavə, Husilər tələbələr arasında döyüşə təşviq edən və "kafir" adlandırdıqları şəxslərə qarşı nifrəti artıran təbliğat aparırlar. Həmçinin, Livanın "Hizbullah" lideri Həsən Nəsrullahın həyatından bəhs edilən və onun mədh edən filmlər nümayiş etdirilir.

Bu ideoloji və məzhəbi məcburiyyətlər Husilərin nəzarətində olan bütün universitetlərdə tətbiq edilir. Onlar təlimlərdə iştirak etməyən tələbələri yekun imtahanlardan kənarlaşdırmaqla hədələyirlər. İştirak edənlər isə hər dərsdə əlavə 10 bal qazanır. Tələbələr həmçinin məcburi olaraq şəxsi məlumat formalarını doldurmalı və İsrailə qarşı döyüşmək üçün səfərbərlik kampaniyasına qoşulmalıdırlar.

Mənbələrə görə, bu təlim proqramlarının ilk mərhələsindən sonra tələbələr silah təlimlərində iştirak etməyə məcbur edilirlər. Husilərin lideri bu təlimlərdən 814 min nəfərin məzun olduğunu bildirib.

Məcburi təlimlər və təhsil işçilərinə təsir

Husilərin məzhəb dəyişikliyinə yönəlik səyləri yalnız tələbələrlə məhdudlaşmır. Bu məcburiyyətlər İb əyalətindəki bütün məktəblərdə müəllimlər, təlimatçılar və idarəçilərə də tətbiq olunur. Mənbələrə görə, müəllimlər zorla böyük məktəblərə toplanır, burada həm ideoloji, həm də silah təlimlərinə məruz qalırlar. Onların ailələrinə isə bir həftəlik iştirakdan sonra geri qayıdacaqları bildirilib.

Müəllimlər, 8 ildir ki, Husilər tərəfindən maaş almamaqlarına baxmayaraq, xüsusi məktəblərdə işləyərək ailələrinə dəstək olmağa çalışırlar. Ancaq bir həftəlik təlim müddətində onlar qida dükanlarına borclanaraq ehtiyaclarını qarşılamağa məcbur qalırlar.

Məqalədə: #Yəmən #Husilər #Hizbullah #Həsən Nəsrullah #Həsən Nəsrullah sui-qəsdi #yuxuda tufan #Livan və Suriya #Əl-Əqsa tufanı

Mövzu üzrə digər xəbərlər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Husilərin sıralarında afrikalılar: Babülməndəbin iki sahili arasında nələr baş verir?

9 Sentyabr 09:00
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
ArabAZ analitika: Geosiyasi təhlillər

"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari

8 Sentyabr 16:26
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
ArabAZ analitika: Geosiyasi təhlillər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək

7 Sentyabr 15:58
Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

7 Sentyabr 09:00

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.