12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Misir–İsrail münasibətlərində gərginliyin səviyyəsi nə qədərdir?

Hazırda prezident, hökumət, hətta xarici işlər naziri səviyyəsində İsraillə heç bir əlaqə yoxdur. Əlaqə yalnız Sülh Müqaviləsinin təhlükəsizlik bəndlərinin icrası üzrə ortaq hərbi komitə vasitəsilə və Misirin Qəzzada atəşkəs vasitəçiliyi ilə bağlı koordinasiyası çərçivəsində aparılır.

4 Avqust 2025 11:32
Misir–İsrail münasibətlərində gərginliyin səviyyəsi nə qədərdir?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Misir ilə İsrail arasında münasibətlərdə nəzərəçarpan və artan gərginlik yaşanır. Bu gərginlik siyasi, hökumət və diplomatik rəhbərlik səviyyəsində rəsmi soyuqluq mərhələsinə çatıb. Bununla belə, tərəflər arasında yalnız ortaq təhlükəsizlik məsələləri və Qəzzadakı müharibə ilə bağlı əlaqələr davam edir.

Hazırda prezident, hökumət, hətta xarici işlər naziri səviyyəsində İsraillə heç bir əlaqə yoxdur. Əlaqə yalnız Sülh Müqaviləsinin təhlükəsizlik bəndlərinin icrası üzrə ortaq hərbi komitə vasitəsilə və Misirin Qəzzada atəşkəs vasitəçiliyi ilə bağlı koordinasiyası çərçivəsində aparılır.

Qahirə, Qəzza zolağında israillilərin törətdiyi müharibə cinayətlərindən – öldürmə, aclıq və mühasirədən – qəzəblə yanaşı, İsrailin təxribatlarından, xüsusilə də Qəzza sakinlərini sərhədə sıxışdıraraq Misir ərazisinə qaçmağa məcbur etmə cəhdlərindən, məcburi köçürmə ssenarisini irəli sürməsindən, həmçinin Qəzzaya yardımın qarşısının alınmasına görə Misiri ittiham etmək istəyindən narazıdır. Bundan əlavə, İsrailin atəşkəs danışıqlarında göstərdiyi sərt mövqe və sərhəd bölgələrini işğal etməsi, iki ölkə arasındakı sülh müqaviləsinin “yaxşı qonşuluq prinsipləri”ni pozur.

Son vaxtlar Qahirənin İsrail əleyhinə sərt bəyanatlar verməsi diqqət çəkir. Son nümunə isə Misir Xarici İşlər Nazirliyinin ötən cümə axşamı verdiyi açıqlama olub. Nazirlik, Rəfah keçid məntəqəsinin bağlanması və Qəzzaya yardımların qarşısının alınması ilə bağlı iddiaları təkzib edib. Nazirliyə görə, bu iddialar Misirin Fələstin məsələsindəki rolunu məqsədli şəkildə təhrif edir və İsrailə beynəlxalq təzyiqlərin azalması üçün “pulsuz hədiyyə” verir.

Misirin sabiq xarici işlər naziri və Misir Xarici Əlaqələr Şurasının rəhbəri Məhəmməd əl-Orabi bildirib ki, Qahirə hazırda İsraillə “soyuq sülh” siyasəti yürüdür, münasibətlər ən aşağı səviyyədə və yalnız zərurət olduqda saxlanılır. Onun sözlərinə görə, İsrail regionun qaydalarını pozub və təkcə Misir üçün deyil, bütün dünya üçün yükə çevrilib. Lakin Orabi, Misirin İsraillə münasibətləri tamamilə kəsməsi və əlaqələri dayandırması fikrini real saymır, çünki bu, nə Qəzzaya qarşı hücumları, nə də bölgəyə yönəlik təhdidləri dayandıracaq.

Keçən ay İsrail mediası Misirin Tel-Əvivə Rəfahdakı hərbi planlardan imtina etməsi üçün xəbərdarlıq etdiyini yazıb. Qəzzaya dair vasitəçilikdə iştirak edən misirli təhlükəsizlik heyəti İsrailin yeni hərbi yayılma xəritəsinə qarşı çıxıb və bu planların Misirin milli təhlükəsizliyinə təhdid olduğunu vurğulayıb. Misir, İsrailin sərhəddə “çadır şəhəri” layihəsini “insani mina” kimi qiymətləndirir, çünki plana əsasən yüz minlərlə fələstinli qaçqın buraya köçürüləcək. İddialara görə, Misirin Sinayda hərbi qüvvə yerləşdirməsi də Tel-Əvivə mesaj xarakteri daşıyıb və İsrailin pozuntuları açıq təhlükə yaratsa, Qahirə sülh müqaviləsinə yenidən baxa bilər.

Misir Xarici Əlaqələr Şurasının üzvü Rəha Əhməd Həsən isə deyib ki, iki ölkə arasında münasibətlər hazırda soyuq, gərgin və aşağı səviyyədədir. Misir səfirini İsraildən geri çağırıb, hazırda yalnız Tel-Əvivdə və Qahirədə işləri idarə edən müvəqqəti işçilər var. Əlaqələr yalnız təhlükəsizlik koordinasiyası və Qəzzaya dair vasitəçi missiyaları çərçivəsində davam edir.

“Əl-Əhram” Siyasi və Strateji Araşdırmalar Mərkəzinin eksperti Məhəmməd Səid İdris isə bildirib ki, Misir–İsrail münasibətləri hazırda donmuş vəziyyətdədir, amma hələ tam qırılmayıb. Onun sözlərinə görə, yalnız birbaşa hərbi toqquşma baş verərsə, münasibətlərin tam kəsilməsi gündəmə gələ bilər.

Məqalədə: #Qəzza #Misir #Əbdülfəttah əs-Sisi #Qahirə #misir xəbərləri #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Ərəb dövlətləri və Qəzza #HƏMAS və Qəzzanın gələcəyi #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzza böhranı və Qərbin mövqeyi #Əbdülfəttah əs-Sisi Giorgia Meloni görüşü #Sisi və Əl-Əzhər arasında əvvəllər hansı fikir ayrılıqları olub? #Sisi Netanyahu əlaqələri #Əbdülfəttah Sisi Tramp münasibətləri

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
22:27
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.