6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İsrailin “E1” məskunlaşma planına beynəlxalq qınaq və etiraz

BMT baş katibinin sözçüsü Stefan Düjarrik qərarı beynəlxalq hüquqa zidd və BMT qətnamələrinə qarşı olduğunu bildirərək qəti şəkildə qınayıb. O qeyd edib ki, məskunlaşma fəaliyyəti “iki dövlətli həll” imkanlarını ciddi şəkildə sarsıdır:

21 Avqust 2025 15:00
İsrailin “E1” məskunlaşma planına beynəlxalq qınaq və etiraz

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi – Birləşmiş Millətlər Təşkilatı (BMT) və bir sıra Qərb dövlətləri İsrail hökumətinin işğal olunmuş Şərqi Qüdsdə və İordan çayının qərb sahilində məskunlaşmaları genişləndirməyi nəzərdə tutan “E1” layihəsini təsdiqləməsini kəskin şəkildə pisləyib.

BMT baş katibinin sözçüsü Stefan Düjarrik qərarı beynəlxalq hüquqa zidd və BMT qətnamələrinə qarşı olduğunu bildirərək qəti şəkildə qınayıb. O qeyd edib ki, məskunlaşma fəaliyyəti “iki dövlətli həll” imkanlarını ciddi şəkildə sarsıdır:
“İsrail hökumətini bütün məskunlaşma fəaliyyətlərini dayandırmağa və beynəlxalq hüquqa tam riayət etməyə çağırırıq” – deyə Düjarrik vurğulayıb.

Planın detalları

İsrail hökumətinin təsdiqlədiyi “E1” planı təxminən 3400 yeni məskunlaşma vahidinin inşasını nəzərdə tutur. Layihəyə əsasən, Maale Adumim məskunlaşması genişləndiriləcək və Qüdsə birləşdiriləcək. Bununla da İordan çayının qərb sahilinin şimalı ilə cənubu bir-birindən ayrılacaq. Beynəlxalq ictimaiyyət hesab edir ki, bu addım gələcəkdə coğrafi baxımdan bütöv bir Fələstin dövlətinin yaradılmasını mümkünsüz edəcək.

Qərbdən sərt reaksiyalar

İtaliya xarici işlər naziri Antonio Tayani qərarı “qəbuledilməz və beynəlxalq hüquqa zidd” adlandıraraq, iki dövlətli həllin pozulacağı barədə xəbərdarlıq edib.

Böyük Britaniya xarici işlər naziri Devid Lami planı “Fələstini iki yerə böləcək addım” kimi qiymətləndirib və İsrail hökumətini qərardan imtina etməyə çağırıb.

Almaniya Xarici İşlər Nazirliyi “E1” planını “beynəlxalq hüququn açıq-aşkar pozulması” kimi dəyərləndirib.

Niderlandın XİN rəhbəri Kaspar Fildkamp planın “işğal olunmuş əraziləri iki hissəyə böləcəyini və Fələstin dövlətinin yaranmasını mümkünsüz edəcəyini” bildirib.

İsrailli hüquq müdafiə təşkilatı “Sülh indi” isə “E1” planını “iki dövlətli həllə ölümcül zərbə” adlandırıb.

Müşahidəçilər hesab edir ki, İsrailin bu addımı Böyük Britaniya, Fransa və Avstraliyanın BMT Baş Assambleyasının sentyabr sessiyasında Fələstini dövlət kimi tanıyacaqlarını açıqlamasına cavab ola bilər.

Planı irəli sürən maliyyə naziri, ifrat sağçı siyasətçi Betsalel Smotriç bildirib ki, : “Fələstin dövlətinin ləğvi şüarlarla deyil, əməllərlə həyata keçirilir.” O, baş nazir Benyamin Netanyahunu işğal olunmuş bütün ərazilərdə İsrail suverenliyini tam tətbiq etməyə çağırıb.

Beynəlxalq hüquqa görə, İsrailin məskunlaşma fəaliyyəti – istər hökumət tərəfindən təsdiqlənmiş, istərsə də qeyri-qanuni hesab edilən məskunlaşmalar – tamamilə qanunsuzdur. Hazırda İordan çayının qərb sahilində təxminən 3 milyon fələstinli və 500 min israilli məskunlaşan yaşayır.

Məqalədə: #Fələstin #Səmavi dinlərdə QÜDS #QÜDS #İordan çayının qərb sahili #Stefan Düjarrik #İsrailin Fələstin siyasəti #Betsalel Smotriç planları #Fələstin liderliyi böhranı #Ərəb ölkələrinin Fələstin planı #Fələstin humanitar yardımı #Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) #Antonio Tayani #Betsalel Smotriç #Birləşmiş Millətlər Təşkilatı #İsrailin E1 məskunlaşma planı

Mövzu üzrə digər xəbərlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Yaxın Şərq

Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb

5 Sentyabr 20:34
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
Yaxın Şərq

İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib

5 Sentyabr 18:07

Son Xəbərlər

Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
İslam Alimlərinin Riyaziyyat, Astronomiya və Coğrafiya Sahəsində Töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini  ölkə ordusuna yox İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox İsrailə təhvil verib
11:52
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
11:40
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
Məclis ənənəsi Körfəz xalqlarının həyatında niyə bu qədər vacibdir?
11:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.