12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

"İraq İranın son qalasıdır. Bu qala da yıxılsa, İranın bölgəyə təsir mexanizmləri xeyli zəifləyəcək. Bu gün şiə İslam dünyasına nəzər saldıqda iki böyük məktəbin olduğunu görərik.

22 Avqust 2025 11:17
Baku
İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək - Rufiz Hafizoğlu

ArabAZ

"Önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq və İran şiəliyi öz yerini İraq şiəliyinə verəcək"

AzerVoice xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rufiz Hafizoğlu son günlər İran rejiminə qarşı İraqda yüksələn etiraz dalğalarının səbəbini şərh edərkən deyib.

"İraq İranın son qalasıdır. Bu qala da yıxılsa, İranın bölgəyə təsir mexanizmləri xeyli zəifləyəcək. Bu gün şiə İslam dünyasına nəzər saldıqda iki böyük məktəbin olduğunu görərik. Onlardan biri şiə məzhəbi adı altında fars millətçiliyinin dominantlığına çalışan İran məktəbidir. Digəri isə Sistaniyə bağlı İraq şiə və qismən də Livan şiə məktəbləridir. İran İraqı özünün arxa bağçası elan edib. İraq isə artıq bezib. Ölkədəki Həşdi Şabi təşkilatı ordu içində bir ordu, dövlət içində dövlətdir", deyə Rufiz Hafizoğlu qeyd edib.

Həmsöhbətimiz bildirir ki, son zamanlar ABŞ-ın ölkədəki silahlı "müqavimət” təşkilatlarının tərksilah edilməsi üçün Bağdada təzyiqləri də artıb:

"İsraillə İran arasındakı 12 günlük müharibədə İraqdakı şiə qruplaşmalarının heç biri səslərini çıxarmadı. Bu da onu göstərir ki, region ölkələri artıq bıçağın sümüyə dirəndiyini başa düşməyə başlayıblar. Belədə isə İraqda İran əleyhinə təbliğat güclənməkdə davam edəcək".

Ekspertin fikrincə, İran şiəliyi bölgə və İslam dünyası üçün yad, parçalayıcı məzhəb faktorudur:

"İraq şiəliyi isə daha loyal, fərqli, konstruktiv, danışıqlara getməyi bacaran məzhəbdir. İllər öncə Məhəmməd bin-Salmanla hazırda seçkiləri boykot edən Müqtəda Əs-Sədrin bir görüşü olub. Hələ o vaxt şüarlar səslənirdi ki, ərəblər İraq şiəliyinə dəstək verəcəklər. Düşünürəm ki, gedən proseslərin nəticəsi olaraq önümüzdəki illərdə şiə qarşıdurmasının şahidi olacağıq. Söhbət heç bir halda müharibədən, şiə məzhəblərinin bir-birini qırmasından getmir. Amma siyasi nüfuz, təsir dairəsini genişləndirmək istiqamətində İran şiəliyi yerini İraq şiəliyinə verəcək. Bu da əslində ideoloji parçalanmanın nəticəsidir və o daha da genişlənəcək".

Qeyd edək ki, Livandan sonra İraq da İran əleyhinə genişmiqyaslı təbliğata başlayıb. İlk olaraq, bəzi millət vəkilləri çıxış edərək bildiriblər ki, İran artıq ölkənin daxili işlərinə müdaxilə etməyi dayandırmalıdır. İraq ordusu da bəyanat yayaraq vurğulayıb ki, İran ölkə daxilində silahlı qruplaşmalar formalaşdırmaqla kifayətlənmir, həm də İraqı özünə aid olmayan regional münaqişələrə sürükləyir.

Ardınca, İraq polisi rəsmi bəyanatla çıxış edərək, sübutlar əsasında bəzi iranlıların ölkəyə ibadət məqsədilə deyil, narkotik maddə satmaq və gəncləri zəhərləmək üçün gəldiklərini bildirib.

İraq din xadimləri isə İran vətəndaşlarını Hüseyn və Abbas ziyarətgahlarında din adı altında İran təbliğatı aparmaqda, xarici ölkələrə qarşı lənətlər səsləndirməkdə və siyasi şüarlar yaymaqda ittiham ediblər. Bu səbəbdən, İran bayraqları ilə İraq ərazisində yürüşlərə rəsmi şəkildə qadağa qoyulub.

İraqın baş naziri Məhəmməd Şiə əl-Sudani də vəziyyətin ciddiliyinə toxunaraq bildirib ki, zəvvar adı ilə ölkəyə daxil olan şəxslər müqəddəs şəhərlərdə narkotik satışı ilə məşğul olurlar. Baş nazirin sözlərinə görə, bəzi iranlı qadınlar siğə adı altında cinsi xidmət göstərir və bu yolla qazanc əldə edərək ölkədən ayrılırlar.

Hazırda isə Sistaniyə bağlı şiə tələbələr bir sıra şəhərlərdə etiraz aksiyaları keçirirlər. Onlar Ayətullah Xameneini sərt şəkildə tənqid edir və onu Şiə dünyasının nüfuzuna xələl gətirməkdə ittiham edirlər.

Məqalədə: #Rufiz Hafizoğlu #Məhəmməd Şia Əl-Sudani #Ayətulla Ruhulla Xomeyni #Şiə hakimiyyəti #Şiə islamçılar #Məhəmməd Şiya əs-Sudani hökuməti #Məhəmməd Şiə əs-Sudani Həşd mövqeyi #Ayətullah Xamenei və İran siyasəti #Ayətullah Xamenei təyinatları #İraq etirazları #İran məzhəb ideologiyası #İran rejimi əleyhinə təbliğat #İran-İraq şiə nüfuz savaşı

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
ABŞ-nin hərbi təcavüzü davam edir - İsmayıl Bəqai
20:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.