8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

“HƏMAS”-ın Qahirə danışıqlarında müəyyənləşdirdi beş əsas hədəf hansılardır

Fələstinli HƏMAS hərəkatının nümayəndə heyəti bazar günü Misirin paytaxtı Qahirəyə çatacaq, burada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsraillə dolayı danışıqlar aparılacaq. Görüşlərin məqsədi ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının icra detalları üzərində razılığa gəlməkdir.

6 Oktyabr 2025 08:00
“HƏMAS”-ın Qahirə danışıqlarında müəyyənləşdirdi beş əsas hədəf hansılardır

BAKI, AzerVoice

Fələstinli HƏMAS hərəkatının nümayəndə heyəti bazar günü Misirin paytaxtı Qahirəyə çatacaq, burada ABŞ, Misir və Qətərin vasitəçiliyi ilə İsraillə dolayı danışıqlar aparılacaq. Görüşlərin məqsədi ABŞ prezidenti Donald Trampın Qəzza müharibəsinə son qoymaq planının icra detalları üzərində razılığa gəlməkdir.

HƏMAS rəhbərliyi ümumilikdə planı müsbət qarşılayıb, lakin bəzi bəndlərin dəqiqləşdirilməsini və texniki izahını tələb edir. Hərəkat danışıqlar zamanı müzakirə olunacaq beş əsas məqsədi müəyyənləşdirib.

Girovların təhvil verilmə vaxtı

HƏMAS nümayəndə heyəti girovların 72 saat ərzində təhvil verilməsinin mümkün olmadığını vurğulayacaq. Bildirilir ki, hərəkat üzvləri və digər fələstinli fraksiyalar hazırda sağ qalan girovların və həlak olanların cəsədlərinin müəyyənləşdirilməsi üzərində işləyirlər.

HƏMAS həmçinin qeyd edib ki, bəzi cəsədlər İsrailin dağıtdığı evlərin xarabalıqları altında qalıb və onların çıxarılması üçün ağır texnikaya ehtiyac var.

Hərəkat girovların təhvil verilməsi zamanı hərbi parad və ya kütləvi tədbir keçirilməyəcəyinə dair öhdəlik götürəcək.

İsrail ordusunun mərhələli çıxarılması

HƏMAS İsrail qoşunlarının geri çəkilməsi üçün aydın vaxt cədvəli tələb edəcək. Təşkilat ABŞ və digər vasitəçilərdən təminat istəyir ki, İsrail razılaşmadan sonra öhdəliklərini pozmasın.

İlkin mərhələdə HƏMAS yanvar ayında əldə olunan əvvəlki razılaşma üzrə təyin edilmiş mövqelərə geri çəkilməyi istəyir.

Müharibənin tam dayandırılması

Təşkilat üçün ən mühüm bəndlərdən biri davamlı atəşkəs və müharibənin yekunlaşdırılmasıdır. HƏMAS ABŞ və beynəlxalq vasitəçilərdən bu məsələ ilə bağlı açıq və yazılı təminat almaq niyyətindədir ki, İsrail sonradan hərbi əməliyyatlara yenidən başlamasın.

Silah məsələsi

HƏMAS nümayəndə heyəti silahların təhvil verilməsi prosesinə dair aydın mexanizm hazırlanmasını istəyəcək.Təşkilat bildirir ki, silahlar yalnız razılaşdırılmış fələstinli quruma, ərəb ölkələrinin iştirakı ilə və fələstinli fraksiyaların ortaq qərarı əsasında təhvil verilə bilər.

Yenidənqurma və humanitar yardım

Son bənd Qəzzanın bərpası və beynəlxalq yardımın təmin edilməsi ilə bağlıdır. HƏMAS xüsusilə ABŞ-dan bərpa planının dərhal icrasına dair açıq təminat gözləyir.

Bu çərçivədə tibbi və təhsil müəssisələrinin dağıntılarının dərhal aradan qaldırılması, humanitar yardımın məhdudiyyətsiz şəkildə bölgəyə daxil olması və bərpa işlərinin dərhal başlanması tələb edilir.

Qahirə danışıqları HƏMAS və İsrail arasında münaqişənin sonlandırılması istiqamətində ən kritik mərhələ kimi qiymətləndirilir. Tərəflərin razılığa gəlməsi, Qəzzada iki ildən çox davam edən müharibəyə son qoymaq üçün real şans hesab olunur.

Məqalədə: #Donald Tramp #HƏMAS #Qahirə #Trampın Qəzza planı #Trampın siyasətləri #İsrail cinayətləri #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #HƏMAS girovları #Donald Tramp və Qəzza planı #HƏMAS və İslami Cihad #HƏMAS-ın mövqeyi #Ərəb Sammiti Qahirə 2025 Qəzza planı #Türkiyənin Qahirə Böyükelçisi Salih Mutlu Şen #Qahirə və Tehran #Qahirə Konfransı #İsrail terror hücumu #İsrail terroru #İsrail ordusunun mərhələli çıxarılması

Mövzu üzrə digər xəbərlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Digər Dövlətlər

Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib

7 Sentyabr 21:41
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Yaxın Şərq

Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır

7 Sentyabr 18:37
Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib
Fələstin

Qətər nümayəndəsi Misirdə Qəzzaya göndəriləcək yeni yardımları təftiş edib

6 Sentyabr 20:41

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.