12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

Şeybani Livana qapıdan daxil olur

Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.

14 Oktyabr 2025 09:00
Şeybani Livana qapıdan daxil olur

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Suriya xarici işlər naziri Əsəd Şeybani rəsmi səfərlə Beyruta səfər edib. O, Livana Rafiq Hariri Beynəlxalq Hava Limanından daxil olmağı seçərək “yeni Suriyanın” Livan dövlətinə, onun suverenliyinə və müstəqilliyinə hörmətini bir daha nümayiş etdirmək istəyib. Livanda hər detalın - gəliş anından gedişə qədər - simvolik mənası var.

“İki ölkədə bir xalq” dövrü bitib, “iki dövlətdə iki xalq” mərhələsi başlayıb. Lakin sərhədlərin hər iki tərəfində yaranmış yaraların sağalması və keçmişin təmizlənməsi üçün təkcə hökumətlər deyil, bütün cəmiyyətlərin birgə səyləri tələb olunur.

Suriya və Livan arasında hələ də çoxsaylı mürəkkəb və həssas məsələlər mövcuddur, eyni zamanda ortaq maraqlar da az deyil. Xarici işlər naziri Əsəd Şeybani və ədliyyə naziri Məzhar əl-Veysinin Beyruta səfəri, 2024-cü il 8 dekabrda Əsəd rejiminin devrilməsindən sonra başlayan normallaşma prosesinin davamıdır. Həmin vaxt Livanın baş naziri Nəcib Miqati Dəməşqə səfər etmiş və Suriya prezidenti Əhməd əş-Şəraa ilə görüşmüşdü. Ardınca Livanın növbəti baş naziri Nəvaf Salam da Dəməşqdə əş-Şəraa ilə görüş keçirmişdi. Hər iki prezident bir neçə dəfə beynəlxalq və ərəb sammitlərinin kənarında da görüşmüşdülər.

Suriya-Livan münasibətlərinin həssaslığı onların arasında mövcud olan bütün “həssas mövzuların” həssaslığını belə üstələyir. Şeybaninin Beyrut görüşlərində tez-tez səslənən ifadə “iki dövlət arasında ən yaxşı münasibətlərə çatmaq üçün siyasi iradə” idi.

Livandakı suriyalı məhbuslarla bağlı məsələ həll yolundadır və nəticələr mərhələli şəkildə görünəcək. Sərhədlərin nəzarət altına alınması hər iki tərəf üçün ortaq maraqdır. Livan, beynəlxalq və ərəb ictimaiyyəti qarşısında silah və narkotik qaçaqmalçılığının qarşısını almaq öhdəliyi daşıyır. Bu, həm də İsrailin “Hizbullah”a qarşı son müharibəsinin dayandırılması üçün əsas şərtlərdən biri idi.

Suriya üçün də sərhədlərin nəzarətə alınması mühüm əhəmiyyət kəsb edir. Yeni Suriya dövləti anlayır ki, İran və onun müttəfiqi “Hizbullah” Əsəd rejiminin devrilməsi ilə silah qaçaqmalçılığı və narkotik ticarətindən əsas maliyyə mənbəyini itirib.
Livanda itkin düşmüş şəxslər və iki Əsəd dövründə törədilmiş sui-qəsdlər kimi məsələlər hələ də ağrılıdır. Lakin hər iki tərəfdə bütün bu maneələrin həlli üçün “siyasi iradə” mövcuddur.

Suriyə-Livan Ali Şurasının fəaliyyətinin dayandırılması xəbəri, Şeybaninin gəlişindən öncə Dəməşqdən verilən müsbət siqnal kimi qarşılandı. Bu şura artıq çoxdan bitmiş bir dövrə aid idi və onun ləğvi təbii addım sayılır.

Şeybani Livan prezidentləri Mişel Aun və Nəvaf Salam, həmçinin iki ölkə münasibətlərinə məsul baş nazir müavini Tariq Mitri və Livanın xarici işlər naziri ilə görüşlər keçirib. Bu, “dövlətdən dövlətə” səfər idi və əsasən icra hakimiyyətlərinə aid məsələlər müzakirə olunub.

Bununla belə, bəzi siyasi dairələr Şeybaninin Livan parlamentinin sədri Nəbih Bərri ilə görüşməməsini müxtəlif cür yozmağa başladılar.
Livanın bəzi siyasi dairələri xırda detallarda ilişib qalarkən, Suriya bu dəfə ehtiyatla hərəkət edir və təxribatlara düşməməyə çalışır. Prezident Əhməd əş-Şəraa daha əvvəl demişdi:

“Hizbullahın bizə qarşı törətdiyi hücumlar nəticəsində Suriyada yaranmış yaralardan keçdim, amma Livanda heç bir tərəfi qızışdıracaq bəyanatlar vermədim. Mən bütün tərəflərə bərabər məsafədə dayanmağa çalışdım.”

“Yeni Suriya Livanı idarə etmək və ya ona dərs vermək istəmir. Ən doğru yol evlərə qapıdan daxil olmaqdır; ideyaların uğurlu olması üçün onları müvafiq tərəflərlə müzakirə etmək lazımdır.”-deyə əş-Şəraa bildirmişdi.

Beləcə, Şeybani Beyruta “qapıdan” daxil oldu. Dəməşq “Suriya-Livan münasibətlərində ağ səhifə açmaq və keçmişin mənfi xatirələrini silmək” niyyətini elan etdi. İndi bu iradə hər iki dövlət tərəfindən paylaşılır.

Lakin Livan siyasəti Suriyanın bu yeni başlanğıcını öz daxili çəkişmələrinə qurban etməməli, “yeni münasibətlərin” qarşısını xırda hesablamalarla kəsməməlidir. Çünki bu münasibətlərin bərpası uğrunda həm suriyalılar, həm də livanlılar həyatlarını qurban veriblər.

Məqalədə: #Livan #Beyrut #Suriya #Hizbullah #Dəməşq #Yaxın Şərq #SEPAH #Nəvaf Salam #Əsəd əl-Şeybani #Rafiq Hariri Beynəlxalq Hava Limanı #Mişel Aun

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
İran və Oman XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
21:42
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
Yəməndə döyüşlər güclənib, 76 mindən çox insan didərgin düşüb
21:05
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
İran nüvə proqramı ilə bağlı ABŞ-yə ittiham irəli sürüb
21:03
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
İran və Oman Hörmüz məsləhətləşmələrinin nəticələrini Körfəz ölkələrinə təqdim edəcək
21:00
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
Omanın bank sektorunun aktivləri 48,7 milyard riala çatıb
20:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.