12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

ABŞ-İsrail-İran müharibəsi: Sonrakı mərhələdə bizi nə gözləyir?

Hazırda davam edən genişmiqyaslı ABŞ-İsrail-İran müharibəsinin nəticələri ilə bağlı suallara cavab vermək asan deyil. İranın itkiləri hər keçən gün artır və Tehran rejiminin dözümlülük qabiliyyəti ciddi sınaq qarşısındadır. Müharibənin bu və ya növbəti mərhələsində nələrin baş verəcəyi isə rejimin daxili birliyini nə dərəcədə qoruya biləcəyindən asılıdır.

19 Mart 2026 12:00
ABŞ-İsrail-İran müharibəsi: Sonrakı mərhələdə bizi nə gözləyir?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

Hazırda davam edən genişmiqyaslı ABŞ-İsrail-İran müharibəsinin nəticələri ilə bağlı suallara cavab vermək asan deyil. İranın itkiləri hər keçən gün artır və Tehran rejiminin dözümlülük qabiliyyəti ciddi sınaq qarşısındadır. Müharibənin bu və ya növbəti mərhələsində nələrin baş verəcəyi isə rejimin daxili birliyini nə dərəcədə qoruya biləcəyindən asılıdır.

Analitiklərə görə, İran sisteminin "sərt nüvəsi"ni təşkil edən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), ordu, kəşfiyyat strukturları və "Bəsic" qüvvələrinin monolit birliyi rejimin sağ qalması üçün "sehrli açar" rolunu oynayır. Bu nüvə daxilində müharibənin idarə olunması ilə bağlı yarana biləcək hər hansı ciddi ixtilaf və ya parçalanma rejimin daxildən çökməsinə yol aça bilər.

Müctəba Xamenei sınağı və ideoloji bütövlük

Yeni Ali rəhbər Müctəba Xameneinin seçilməsi prosesi rejimin bu sınaqdan keçdiyini göstərsə də, bu, heç də asan olmayıb. Məlumatlar göstərir ki, sistemin ən radikal qanadı bu keçidi təmin etmək üçün maksimum təzyiq göstərib.

Ekspertlər hesab edir ki, İran rejimini yalnız hava zərbələri və raket hücumları ilə devirmək olduqca çətindir. Çünki bu, dərin ideoloji köklərə və ölkə daxilində geniş tərəfdar kütləsinə malik olan bir sistemdir. Hətta sistemdə müəyyən dəyişikliklər baş versə belə, mövcud ideoloji amilin təsirlərinin tamamilə yox olması real görünmür.

Əgər rejimin "sərt nüvəsi" bu ağır zərbələrə rəğmən öz bütövlüyünü qoruya bilsə, İran bu raunddan böyük itkilərlə, lakin tam məğlub olmadan çıxa bilər. Bu vəziyyətdə ABŞ-İsrail koalisiyası qələbə elan edəcək.

Eyni zamanda İranın regional təsir imkanları və hərbi potensialı (xüsusilə nüvə və raket sahəsində) kəskin zəifləyəcək. Lakin İran regionda bir faktor kimi qalmağa davam edəcək.

Səhv hesablamalar və qaçırılan fürsətlər

Müharibənin qaçılmaz olduğu öncədən proqnozlaşdırılırdı. Lakin həm mühafizəkar, həm də islahatçı qanad daxil olmaqla, İran rəhbərliyi beynəlxalq vəziyyəti düzgün qiymətləndirə bilmədi. Qəzza müharibəsindən sonra yaranan yeni reallıq, Donald Trampın prezident seçilməsi və Vaşinqtonun İsrailə verdiyi misilsiz dəstək Tehran üçün "fırtınanın gəlişi" idi.

İran rəhbərliyi bu fırtınadan qorunmaq üçün "əyilməyi" bacarmadı, daha doğrusu əyilmədi. Əgər Tehran vaxtında Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılığa gəlsəydi, nüvə obyektlərini tam təftişə açsaydı və proqramının sülh məqsədli olduğunu sübut edən "günahsızlıq sertifikatı" alsaydı, bu genişmiqyaslı müharibədən yayınmaq və onilliklər ərzində qurduğu hərbi imkanları qoruyub saxlamaq mümkün olardı. Lakin yanlış siyasi hesablamalar İranı bu ağır və dağıdıcı müharibənin mərkəzinə sürüklədi.

Məqalədə: #SEPAH #SEPAH raket bölməsi #SEPAH casusları #Sepah və Suriya #SEPAH və Xamenei əlaqəsi #SEPAH və terror maliyyələşməsi #Müctəba Xamenei liderliyi #Bəsic #Bəsic və Ali Rəhbər #Müctəba Xamenei rəqabəti #Xameneidən sonra kim gəlir? Müctəba Xamenei və Əli Rza Ərafi arasında böyük rəqabət

Mövzu üzrə digər xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

18:28
Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?
Pakistan

Türkiyə, Səudiyyə və Pakistan paktı - Husilərə qarşı birgə müdafiə bəndi işə düşəcəkmi?

12:53
Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi
ArabAZ analitika: Geosiyasi təhlillər

Allah adına edlən cinayətlər - Husilərin narkotik, zorakılıq, qaçırılma və işgəncə şəbəkəsi

12:23
Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransızların qura bilmədiyi dövləti indi kimlər istəyir?

11:23

Son Xəbərlər

Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
Qəzzada son 48 saatda azı 10 fələstinli həlak olub
19:46
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
Pezeşkian və Murmu İran-Hindistan əlaqələrini müzakirə ediblər
19:42
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
Misir Prezidenti beynəlxalq dəniz yollarının açıq saxlanmasına çağırıb
19:21
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
Yəmən Səudiyyənin neft kəmərinə hücumu pisləyib
19:01
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
Bəhreyn Hörmüz danışıqlarına qatılmayacaq
18:58
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.