14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

"Mavi Vətən", "Yeniçərilər" və "F-35" - Ərdoğanın NATO sammitindəki mesajları

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısının yekununda keçirdiyi mətbuat konfransında ölkəsinin müdafiə siyasəti, ABŞ ilə hərbi əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət və NATO daxilində əməkdaşlıqla bağlı bir sıra mühüm açıqlamalar verib.

9 İyul 2026 06:00
"Mavi Vətən", "Yeniçərilər" və "F-35" - Ərdoğanın NATO sammitindəki mesajları

BAKI,VOA Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçılarının 36-cı Zirvə toplantısının yekununda keçirdiyi mətbuat konfransında ölkəsinin müdafiə siyasəti, ABŞ ilə hərbi əməkdaşlıq, Yaxın Şərqdəki vəziyyət və NATO daxilində əməkdaşlıqla bağlı bir sıra mühüm açıqlamalar verib.

Ərdoğan bildirib ki, "Mavi Vətən" konsepsiyası Türkiyə üçün strateji əhəmiyyət daşıyır və Ankara bu anlayışdan istifadə etməyə davam edəcək. Onun sözlərinə görə, Türkiyənin daxili suları, ərazi suları, kontinental şelfi və müstəsna iqtisadi zonadakı hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident NATO liderlərinin qarşılanması zamanı çıxış edən Osmanlı dövrünün hərbi musiqi kollektivi – Mehter ansamblının böyük maraq doğurduğunu da qeyd edib. O bildirib ki, bir çox lider bu çıxışı yüksək qiymətləndirib və tarixi ənənələrə maraq göstərib.

Ərdoğan zirvə iştirakçılarına ingilis dilində hazırlanmış "Cəsarət siyasəti: Ərdoğan və Türkiyənin yüksəlişi" adlı kitabı hədiyyə etdiyini də açıqlayıb.

ABŞ ilə münasibətlərə toxunan Türkiyə Prezidenti bildirib ki, Vaşinqtonun Ankaraya tətbiq etdiyi sanksiyaların böyük hissəsi artıq aradan qaldırılıb və bu istiqamətdə hazırda problem görmür.

O, ABŞ Prezidenti Donald Trampın Türkiyəyə F-35 qırıcılarının satışı məsələsinə müsbət yanaşdığını bildirib. Ərdoğanın sözlərinə görə, təyyarələr Türkiyəyə təhvil veriləcəyi halda, bu, ABŞ-ın verdiyi vədə sadiq qaldığını göstərəcək.

Türkiyə Prezidenti İsrail və Yunanıstanın Ankaranın F-35 proqramına qayıtmasına qarşı çıxmasını da tənqid edərək bildirib ki, bu mövqenin onun üçün heç bir əhəmiyyəti yoxdur və Türkiyənin müdafiə ehtiyaclarını qarşılamaq hüququ var.

Ərdoğan NATO daxilində müdafiə sənayesi sahəsində tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılmasına çağırıb. O qeyd edib ki, Türkiyə 2030-cu ilədək müdafiə xərclərinin ümumi daxili məhsulun 5 faizinə çatdırılması hədəfinə nail olmaq üçün zəruri addımları atır.

Onun sözlərinə görə, ölkə "Polad Günbəz" hava və raketdən müdafiə sistemi layihəsi üçün əlavə 24 milyard ABŞ dolları ayırıb. Prezident bildirib ki, bu sistem NATO-nun bölgədəki müdafiə imkanlarının gücləndirilməsinə mühüm töhfə verəcək.

Yaxın Şərqdəki vəziyyətə də toxunan Ərdoğan Türkiyənin Hörmüz boğazının yenidən tam fəaliyyət göstərməsi üçün səylərini davam etdirdiyini bildirib.

"Biz Hörmüz boğazının müharibə gölünə çevrilməsini istəmirik", – deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan həmçinin Qəzza zolağındakı humanitar vəziyyətin NATO Zirvəsində də gündəmə gətirildiyini bildirib. Onun sözlərinə görə, Türkiyə Qəzzada baş verənləri Yaxın Şərq üçün böyük humanitar fəlakət hesab edir və bölgədə sülhün və sabitliyin ən qısa zamanda bərpa olunmasının vacibliyini müdafiə edir.

Məqalədə: #Rəcəb Tayyib Ərdoğan #Türkiyə müdafiə sənayesi #Ankara NATO sammiti #NATO Dövlət və Hökumət Başçıları Zirvəsi #Ərdoğan NATO sammiti #Ərdoğan açıqlamaları #Türkiyə NATO Zirvəsi #Türkiyənin müdafiə siyasəti #Mavi Vətən doktrinası #Mavi Vətən konsepsiyası #Türkiyənin dəniz hüquqları

Mövzu üzrə digər xəbərlər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik
ArabAZ analitika: Geosiyasi təhlillər

Bakı və Ər-Riyad arasında strateji körpü - Qarabağdan yaşıl enerjiyə uzanan böyük müttəfiqlik

09:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
ArabAZ analitika: Geosiyasi təhlillər

Tramp İran məsələsində Venesuela variantını istisna etmir

13 Sentyabr 21:59
Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?
ArabAZ analitika: Geosiyasi təhlillər

Əsalə Nəsrinin Dəməşqdəki konsertlərinə qarşı çıxan qruplar hansı iddiaları irəli sürürlər?

13 Sentyabr 08:42
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
ArabAZ analitika: Geosiyasi təhlillər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq

12 Sentyabr 18:28

Son Xəbərlər

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
11:38
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
11:33
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
11:20
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
11:17
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
İraq qırıcıları Diyalada İŞİD sığınacağını məhv edib
11:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.