7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Azərbaycan-İtaliya futbol tərəfdaşlığı: Qarabağ və Udinezedən mühüm razılaşma

14 May 2025 14:26
Azərbaycan-İtaliya futbol tərəfdaşlığı: Qarabağ və Udinezedən mühüm razılaşma

BAKI, AzerVoice

Azərbaycan təmsilçisi Qarabağ Futbol Klubu İtaliyanın tanınmış və köklü klublarından biri olan Udineze ilə rəsmi əməkdaşlığa başlayıb.

AzerVoice xəbər verir ki, tərəflər arasında bir müddətdir davam edən danışıqlar artıq strateji tərəfdaşlıq formatına keçib.

Əməkdaşlığın ilkin mərhələsində əsas diqqət akademiyalararası bilik və təcrübə mübadiləsinə yönəldilib. Razılaşmaya əsasən, Qarabağ FK-nın akademiya üzvləri dövri olaraq Udineze klubunun təlim-məşq toplanışlarında iştirak edəcəklər. Bu, gənc futbolçuların Avropa səviyyəsində inkişafı, texniki və taktiki baxımdan biliklərinin artırılması üçün mühüm fürsət kimi dəyərləndirilir.

Bu strateji tərəfdaşlığın qurulmasında Qarabağ FK-nın prezidenti Tahir Gözəlin şəxsi təşəbbüsü və İtaliya klubunun sahibi Pozzo ailəsi ilə olan dostluq münasibətləri həlledici rol oynayıb.

Tərəflər arasında əməli əməkdaşlıq yay fasiləsindən sonra yeni mövsümün əvvəlində başlayacaq. Bu çərçivədə Qarabağ FK Akademiyasının üzvləri İtaliyaya göndəriləcək. Əməkdaşlıq yalnız futbolçularla məhdudlaşmayacaq gələcəkdə məşqçilər və klub idarəçiləri arasında qarşılıqlı təcrübə mübadiləsi, departamentlər üzrə bilik paylaşımı və birgə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, Udineze klubu ötən ilin noyabrında Bakıda Qarabağ FK və Avropa Klublar Assosiasiyası (ECA) tərəfindən COP29 Sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) dəstəyi ilə yaradılan iqlim alyansı ilə bağlı bəyannaməni imzalayan klublardan biridir.

Bu əməkdaşlıq Qarabağ FK-nın beynəlxalq arenada daha aktiv mövqeyə yiyələnməsi və gənc futbolçularının qlobal səviyyədə inkişafına xidmət edən mühüm addım kimi qiymətləndirilir.

Məqalədə: #BMT #COP 28 #Qarabağ FK #Udineze #Qarabağ - Udineze əməkdaşlığı #Tahir Gözəl

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

4 Sentyabr 20:41
Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

4 Sentyabr 13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.