8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Con Cons Ağ Evdə keçiriləcək tarixi turnirdə iştirak edə bilər

UFC-nin canlı əfsanəsi Con Cons ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə 2026-cı ildə Ağ Evdə keçirilməsi planlaşdırılan tarixi turnirdə iştirak etməyə hazır olduğunu bəyan edib.

17 İyul 2025 14:25
Con Cons Ağ Evdə keçiriləcək tarixi turnirdə iştirak edə bilər

BAKI,AzerVoice

UFC-nin canlı əfsanəsi Con Cons ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə 2026-cı ildə Ağ Evdə keçirilməsi planlaşdırılan tarixi turnirdə iştirak etməyə hazır olduğunu bəyan edib.

AzerVoice xəbər verir ki, döyüşçü, həmin gecədə titul uğrunda amerikalı idmançının döyüşməsinin daha simvolik və anlamlı olacağını bildirib.

“İstərdim ki, Ağ Evdəki bu turnirdə ilin sonunda titul kəmərinə sahib olan idmançı ilə döyüşüm. Hazırda bu kəmər Tom Aspinalla məxsusdur, amma ilin sonunda kimin çempion olacağı bəlli deyil. Belə bir gündə amerikalının titul uğrunda döyüşməsi uyğun olardı. Bu, tarixi hadisə olacaq. Heç nəyi söz verə bilmərəm, amma həmin gecə turnirin iştirakçı siyahısında olacağıma dair güclü hissim var”- deyə o bildirib.

Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl 2026-cı ildə UFC turnirlərindən birinin Ağ Evdə keçirilə biləcəyini açıqlayıb. Prezidentin favoritlərindən biri hesab edilən Con Consun bu tədbirdə yer alması gözlənilir.

37 yaşlı amerikalı döyüşçü Con Cons MMA karyerasına 2008-ci ildə başlayıb. O, UFC tarixində iki çəki dərəcəsində – yarım-yüngül (2011–2015, 2018–2020) və ağır çəki (2023–2025) üzrə dünya çempionu olub.

Con Consun ümumi peşəkar döyüş statistikası 28 qələbə və 1 məğlubiyyətdən ibarətdir. Tək məğlubiyyəti isə mübahisəli diskvalifikasiya nəticəsində qeydə alınıb. Sonuncu döyüşünü 2024-cü ilin noyabrında UFC 309 turnirində keçirmiş və Sitipe Mioçiçi üçüncü raundda nokautla məğlub edərək titulunu qorumuşdu.

Daha sonra o, karyerasını bitirdiyini elan edərək çempion kəmərini təhvil vermişdi. Lakin Trampın açıqlamasından sonra Cons UFC-yə qayıtdığını bəyan edib.

MMA dünyasının digər ulduzları da Con Consun döyüşçü kimi əvəzolunmaz statusunu dəfələrlə vurğulayıblar. Rusiya əsilli keçmiş UFC çempionu Həbib Nurməhəmmədov onu “tarixdəki ən böyük döyüşçü” adlandırmışdı.

Məqalədə: #Donald Tramp #Ağ Ev #UFC #Dana White #UFC xəbərləri

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
ArabSport

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç

7 Sentyabr 08:07

Son Xəbərlər

Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
Suriya və Almaniya səhiyyə layihələrinin icrasını sürətləndirir
12:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.