5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Beşiktaş Atalantanın Hücumçusunu Transfer Etmək İstəyir

Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb. Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

25 Avqust 2025 14:12
Beşiktaş Atalantanın Hücumçusunu Transfer Etmək İstəyir

BAKI, AzerVoice, Fərid Mikayılov

Beşiktaş, İtaliyanın Atalanta klubundan hücumçu El Bilal Toure-ni icarəyə götürmək üçün danışıqlara başladığını açıqlayıb.

AzerVoice xəbər verir ki, bu barədə klubun KAP-a göndərdiyi açıqlamada bildirilir.

“Futbolçu El Bilal Toure-nin müvəqqəti transferi üçün oyunçu və Atalanta klubu ilə danışıqlara başlanılmışdır”- deyə bildirilib.

Klub 23 yaşlı forvardın bu gün Bakı vaxtı ilə saat 15:45-də İstanbulda olacağını bildirib.

Ötən mövsümü Almaniyanın Ştutqart klubunda icarə əsasında keçirən Toure 17 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

2001-ci il oktyabrın 3-də Fil Dişi Sahilində dünyaya gələn El Bilal Toure beynəlxalq arenada Mali millisinin heyətində çıxış edir.

O, peşəkar karyerasına Fransanın Reyms klubunda başlayıb və iki mövsümdə 64 oyuna 9 qol vurub. Daha sonra İspaniyanın “Almeriya” klubunda 21 matçda 7 dəfə fərqlənərək Avropa klublarının diqqətini cəlb edib.

2023-cü ilin yayında Atalantaya transfer olunan gənc hücumçu klub tarixinin ən bahalı futbolçularından biri olub. Oyun üslubunda sürət, pres gücü və fiziki dayanıqlılığı ilə seçilən Toure, Mali milli komandası ilə 25 oyunda 9 qol vuraraq komandasına mühüm töhfələr verib.

Məqalədə: #Türkiyə #İtaliya #Atalanta #Beşiktaş #Trendyol Superliqası #İtaliya Birinci Futbol Liqası (A Seriyası) #Türkiyə Super Liqası #El Bilal Toure

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38
Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib
Suriya

Türkiyə Suriyanın kimyəvi silah probleminin həlli üzrə səylərini dəstəkləyib

4 Sentyabr 11:56
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.