8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Oyunlarımızı Xankəndində keçirmək istərdik - Qurban Qurbanov

21 Dekabr 2023 16:38
Oyunlarımızı Xankəndində keçirmək istərdik - Qurban Qurbanov

Bakı. AzerPress:

Xankəndi stadionunda meydana çıxdığımız üçün çox sevincliyəm. İllərlə bu günün həsrətində olmuşuq.

AzerPress xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində Xankəndidə I Liqa təmsilçisi MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Prezident İlham Əliyevə və Azərbaycan Ordusuna minnətdarlığını bildirən 51 yaşlı mütəxəssis şəhidlərin qəhrəmanlığı sayəsində Xankəndidə olduqlarını vurğulayıb:

“Xalqımıza hər zaman sağlam və xoşbəxt yaşamağı arzulayıram”.

O, meydanda maraqlı və gərgin mübarizənin getdiyini söyləyib:

“Qolun son saniyələrdə vurulması matçı daha maraqlı etdi. Son saniyəyədək mübarizə aparan MOİK komandasını təbrik edirəm. Açığı, rəqibdən bu cür əzmkar oyun gözləmirdim. Qapımız qarşısında bir neçə qol epizodları yaxaladılar. MOİK-in belə mübarizə aparması gələcəyə ümid verir. Onlar da bu gün tarixə düşdülər. Oyunçularımızda həyəcan hiss olunurdu. Bu səbəbdən özlərini tam göstərə bilmədilər”.

Təcrübəli baş məşqçi kubok matçlarının hamısını Xankəndidə keçirmək istədiklərini etiraf edib: “Finala kimi irəliləsək, burada oynamağı planlaşdıra bilərik. Gələcəkdə bu istiqamətdə addımlar atılacaq. Prezident İlham Əliyev bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşasına başlanılacağını bildirdi. Bu məsələyə belə diqqət ayırdığına görə dövlət başçısına təşəkkür edirəm. Böyük məmnuniyyətlə orada oynayarıq".

Riçard Almeydanın zədələnməsi barədə də danışan Q. Qurbanov braziliyalı yarımmüdafiəçinin başından xəsarət aldığını qeyd edib.

Qeyd edək ki, “Qarabağ” 1/4 finalda “Sabah” klubu ilə üz-üzə gələcək.

Oyunlarımızı Xankəndində keçirmək istərdik - Qurban Qurbanov
Məqalədə: #Qarabağ #Qurban Qurbanov

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03
Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi?  - "Kingdom Arena"da böyük matç
ArabSport

Simone İnzaqinin qələbə seriyası davam edəcəkmi? - "Kingdom Arena"da böyük matç

7 Sentyabr 08:07

Son Xəbərlər

Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
Energetika naziri Pərviz Şahbazovla Əlcəzair Xalq Demokratik Respublikasının dövlət naziri və karbohidrogenlər naziri Mohamed Arkab arasında videokonfrans formatında görüş keçirilib
17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
16:48
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
Qəzza Kino Akademiyası Venesiya Film Festivalında fəaliyyətə başlayıb
16:42
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
Dəməşqdə səhiyyə və tibbi təhsilin gələcəyi müzakirə olunub
16:28
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
"Hizbullah" Netanyahunun tələsinə düşəcəkmi? - Beyrutun önündəki üç ssenari
16:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.