11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

20 May 2025 09:53
Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib

BAKI, AzerVoice

Azərbaycan Respublikasının əməkdar artisti Səidə Şərifəliyeva Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Dünyanın Musiqisi” adlı beynəlxalq festivalda ölkəmizi təmsil edib.

Bu barədə AzerVoice-ə Azərbaycanın Türkmənistandakı Səfirliyindən məlumat verilib.

Türkmənistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Türkmənistandakı Səfirliyinin dəstəyi ilə ölkəmizin də təmsil olunduğu bu nüfuzlu tədbir klassik musiqi sahəsində müxtəlif milli musiqi məktəblərini əhatə edən ifaçılar arasında yaradıcılıq əlaqələrinin qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və klassik musiqi sənətinin təbliği məqsədini daşıyıb.

Tədbirdə opera ifaçıları, klassik musiqi alətlərinin ifaçıları, həmçinin trio, kvartet və kvintetlərdən ibarət musiqi kollektivləri iştirak ediblər.

Azərbaycanı layiqincə təmsil edən Səidə Şərifəliyevanın ifaları tədbir iştirakçıları və təşkilatçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Onun ifasında səsləndirilən klassik musiqi nümunələri Azərbaycanın zəngin mədəniyyətini və musiqi ənənələrini nümayiş etdirərək, ölkəmizin incəsənət sahəsindəki yüksək potensialını bir daha ortaya qoyub.

İfaçının həmçinin, Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə və bütün dünyada doğumunun 140 illiyi qeyd olunan dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərindən təqdim etdiyi nümunələr tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Əməkdar artist Səidə Şərifəliyevanın ifasında səsləndirilən Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası” və Türkmənistanın məşhur vokalisti Mənsur Şərifovla birgə ifa etdiyi “Əsgərlə Gülçöhrənin” dueti xüsusi olaraq rəğbətlə qarşılanıb.

Konserti izləyən Azərbaycanın Türkmənistandakı Səfirliyinin kollektivi və onların ailə üzvləri tədbirin sonunda Səidə Şərifəliyeva ilə görüşüb, ona gül dəstələri təqdim ediblər.

Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib Azərbaycanın əməkdar artisti Türkmənistanda beynəlxalq tədbirdə ölkəmizi təmsil edib
Məqalədə: #Azərbaycan #Aşqabad #Türkmənistan #Mədəniyyət Nazirliyi #Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi #Dünyanın Musiqisi adlı beynəlxalq festival

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.