14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib

Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

25 Noyabr 2025 11:32
Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib

BAKI,AzerVoice

24 noyabr 2025-ci il tarixində Astanada (Qazaxıstan) “Əcdadlar və sədalar: Türk musiqi alətlərinin hazırlanması ənənələri və müasir yanaşmalar” mövzusunda Beynəlxalq simpozium keçirilib.

AzerVoice xəbər verir ki, simpozium Astanа şəhər Akimliyinin və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkil etdiyi “Dünya Musiqisi” (“Әлем Әуені”) Beynəlxalq İncəsənət Festivalı çərçivəsində baş tutub.

Simpoziumun məqsədi türk xalqlarına məxsus musiqi aləti hazırlanması ənənələrinin hərtərəfli öyrənilməsi, qədim texnologiyalar ilə müasir innovativ yanaşmalar arasındakı əlaqələrin müəyyənləşdirilməsi, həmçinin ustalarla alimləri, ifaçılarla tədqiqatçıları bir araya gətirən elmi-praktik əməkdaşlıq platformasının yaradılması olub.

Simpoziumun açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iştirakçılara müraciətlə ənənə ilə müasirliyin vəhdətinin yeni tədqiqatlara, texnoloji yanaşmalara və beynəlxalq elmi əməkdaşlığa geniş imkanlar yaratdığını diqqətə çatdıraraq simpoziumu bu sahədə mütəxəssisləri bir araya gətirən mühüm platforma kimi dəyərləndirib.

Daha sonra Fondun prezidenti simpoziumun plenar iclaslarında moderator qismində çıxış edərək iştirakçılara – Qazaxıstan Respublikası Parlamentinin Senat deputatı, akademik Darxan Kıdırali; Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Mədəniyyət Komitəsinin Sədri Erlan Dakenov; Astanа şəhəri akiminin müavini Eset Bayken; Qazaxıstan Respublikasının UNESCO və ICESCO işləri üzrə Milli Komissiyasının Baş katibi Janar Şaymenova; “Macar İrsi Evi”nin baş məsləhətçisi, Macarıstanın əməkdar artisti Akoş Qreqor – növbə ilə söz verib.

Simpozium çərçivəsində “Tək Səda: Türk musiqi alətlərinin araşdırılması və beynəlxalq əməkdaşlıq” adlı dəyirmi masa təşkil olunub. Müzakirədə türk xalqlarının musiqi irsinin tədqiqi və bu sahədə institusional əməkdaşlığın genişləndirilməsi istiqamətləri diqqət mərkəzində olub.

Tədbir zamanı Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birgə nəşr olunan “Türkdilli Ölkələrin Milli Musiqi Alətləri” kitabının təqdimatı keçirilib, nəşr böyük maraq doğurub. Dörd dildə hazırlanmış bu kitab türk musiqi irsinin beynəlxalq səviyyədə tanıdılması və elmi cəhətdən sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə kimi yüksək dəyərləndirilib.

Simpoziumun yekunu olaraq tədbir iştirakçıları tərəfindən türk xalqlarının musiqi aləti hazırlığı irsinin qorunması, tədqiqi və gələcək nəsillərə ötürülməsi ilə bağlı birgə Qətnamə qəbul edilib. Sənəddə musiqi alətlərinin vahid elmi bazasının yaradılması, ənənəvi ustalıq məktəblərinin sistemli şəkildə araşdırılması, təhsil proqramlarında musiqi aləti hazırlanmasına dair xüsusi kursların tətbiqi, eləcə də rəqəmsal arxivləşdirmə, 3D modelləşdirmə və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi kimi prioritet istiqamətlər vurğulanıb.

Qətnamə eləcə də türk musiqi irsinin YUNESKO və İSESKO çərçivəsində beynəlxalq səviyyədə daha geniş tanıdılması üçün ortaq təşəbbüslərin inkişaf etdirilməsini nəzərdə tutur və bu istiqamətdə Türk Xalqlarının Musiqi Aləti Ustalarının birgə Assosiasiyasının yaradılması imkanının araşdırılması barədə razılıq ifadə edir.

Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib Türk musiqi alətlərinin araşdırılmasına həsr olunmuş nüfuzlu beynəlxalq simpozium keçirilib
Məqalədə: #Qazaxıstan #Astana #Türk Dövlətləri Təşkilatı (TDT) #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dövlətləri #Türk dünyası

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Tarixdə bu gün - 14 sentyabr
Tarixdə bu gün - 14 sentyabr
00:01
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
13 Sentyabr 22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
13 Sentyabr 21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
13 Sentyabr 21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
13 Sentyabr 20:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.