5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Yeni Konsepsiya ölkəmizdə mədəniyyət siyasətinin uzunmüddətli strateji çərçivəsini müəyyən edən əsas planlaşdırma sənədidir.

30 Yanvar 2026 21:17
“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası təsdiq edilib. Yeni Konsepsiya ölkəmizdə mədəniyyət siyasətinin uzunmüddətli strateji çərçivəsini müəyyən edən əsas planlaşdırma sənədidir.

AzerVoice xəbər verir ki, yanvarın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Konsepsiya ilə bağlı media nümayəndələri üçün bilgiləndirmə sessiyası keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini akademik Rafael Hüseynov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri kulturoloq, professor Fuad Məmmədov və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan mədəniyyəti və yeni Konsepsiya ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra tədbir Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə davam edib.
Çıxışlarda qeyd olunub ki, Konsepsiya milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir.

Sənəddə mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji resurs kimi təqdim olunur. Konsepsiya mədəniyyət sahəsində vahid idarəetmə yanaşmasının tətbiqini, institusional islahatların aparılmasını və nəticəyönlü fəaliyyət mexanizmlərinin formalaşdırılmasını prioritet istiqamətlər kimi müəyyən edir.

Bildirilib ki, Konsepsiyanın əsas istiqamətlərindən biri Azərbaycan dilinin milli mədəniyyətin əsas birləşdirici amili kimi inkişafı və beynəlxalq səviyyədə mövqeyinin gücləndirilməsidir. Sənəddə dilin yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin, mədəni yaddaşın və strateji mədəni siyasətin əsas dayağı olduğu vurğulanır. Eyni zamanda davranış mədəniyyəti və bilgi mədəniyyətinin inkişafı sağlam, dialoqa açıq və bilik əsaslı cəmiyyətin formalaşdırılması baxımından mühüm prioritet kimi müəyyən edilir; bu sahələr mədəniyyətin gündəlik həyat, ictimai münasibətlər və qərar qəbuletmə proseslərində rolunun artırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının 2026–2030, 2031–2035 və 2036–2040-cı illəri əhatə edən üç mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. Hər mərhələ üzrə konkret dövlət proqramları və tədbirlər planları icra olunacaq.

Daha sonra Mədəniyyət Konsepsiyasını hazırlayan İşçi qrupunun üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Biznes hüququ komitəsinin sədri Nazlı Əhmədova sənədlə bağlı təqdimat edib. Təqdimatda Konsepsiyanın əsas istiqamətləri, prioritet sahələri və icra mexanizmləri barədə ətraflı məlumat verilib, mədəniyyətin cəmiyyətin həyatında rolunun artırılması ilə bağlı məqamlar vurğulanıb.

Tədbir çərçivəsində media nümayəndələrinin sualları cavablandırılıb, Konsepsiyanın tətbiqi ilə bağlı ictimai maraq doğuran məqamlara aydınlıq gətirilib.

Azərbaycan mədəniyyəti 2040 konsepsiya mədəniyyət siyasəti milli kimlik strateji inkişaf Azerbaycan kültürü 2040 konsepti kültür politikası kimlik strateji Azerbaijan culture 2040 concept cultural policy national identity strategy Культура Азербайджана 2040 концепция культурная политика идентичность Culture Azerbaïdjan 2040 concept politique culturelle identité Aserbaidschan Kultur 2040 Konzept Kulturpolitik Identität Cultura Azerbaiyán 2040 concepto política cultural Cultura Azerbaigian 2040 concetto politica culturale Cultura Azerbaijão 2040 conceito política cultural ثقافة أذربيجان 2040 مفهوم سياسة ثقافية فرهنگ آذربایجان ۲۰۴۰ مفهوم سیاست فرهنگی 阿塞拜疆 文化 2040 概念 文化政策 アゼルバイジャン 文化 2040 構想 아제르바이잔 문화 2040 개념 अज़रबैजान संस्कृति 2040 अवधारणा آذربائیجان ثقافت 2040 تصور আজারবাইজান সংস্কৃতি 2040 ধারণা Budaya Azerbaijan 2040 konsep Budaya Azerbaijan 2040 konsep วัฒนธรรมอาเซอร์ไบจาน 2040 แนวคิด Văn hóa Azerbaijan 2040 khái niệm Azerbeidzjan cultuur 2040 concept Kultura Azerbejdżanu 2040 koncepcja Культура Азербайджану 2040 концепція Cultura Azerbaidjan 2040 concept Πολιτισμός Αζερμπαϊτζάν 2040 έννοια תרבות אזרבייג׳ן 2040 קונספט Azerbajdzjan kultur 2040 koncept Aserbajdsjan kultur 2040 konsept

“Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası ilə bağlı media nümayəndələri üçün sessiya keçirilib
Məqalədə: #Azərbaycan Milli İncəsənət Muzeyi #Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası #Azərbaycan Mədəniyyəti – 2040 Konsepsiyası mediaya təqdim olundu #Mədəniyyət siyasətinin uzunmüddətli yol xəritəsi açıqlanıb #Azərbaycan Mədəniyyəti – 2040ın əsas hədəfləri izah edildi #Bakıda yeni Mədəniyyət Konsepsiyası üzrə bilgiləndirmə sessiyası #Azərbaycan mədəniyyətinin 2040 vizyonu ictimaiyyətə təqdim edildi #Mədəniyyət sahəsində strateji islahatlar gündəmdə #Azerbaycan Kültürü 2040 Konsepti tanıtıldı #Bakü’de kültür politikası için yeni vizyon #Azerbaycan’ın kültür yol haritası açıklandı #Kültür alanında 2040 hedefleri duyuruldu #Azerbaycan kültüründe stratejik dönüşüm #Medyaya Azerbaycan Kültürü 2040 sunuldu

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31
Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks
Mədəniyyət

Cübranın daxili dünyası və qadınlar - Ruhani ucalıq, yoxsa kompleks

25 Avqust 20:05

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.