10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir

Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir. Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak edirlər.

11 Fevral 2026 16:56
Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Fevralın 11-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir.

AzerVoice xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında keçirilən iclasda mədəniyyət naziri Adil Kərimli, kollegiyanın üzvləri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, komitənin üzvləri, müvafiq ali təhsil ocaqlarının, yaradıcılıq təşkilatlarının rəhbər və nümayəndələri, tanınmış mədəniyyət xadimləri, nazirliyin tabe qurumlarının rəhbərləri iştirak edirlər.

Mədəniyyət naziri Adil Kərimli çıxış edərək ötən il ərzində nazirliyin fəaliyyəti haqqında, həyata keçirilən islahatlar, reallaşdırılan layihələr barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, il ərzində Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası istiqamətində sistemli fəaliyyət həyata keçirilib. Mədəniyyət sahəsinin idarəolunması, müəssisələrin fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun qurulması sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üzrə işlər davam etdirilməsinin zəruriliyi vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 yanvar 2026-cı il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası haqqında danışan Adil Kərimli bildirib ki, bu tarixi sənəd milli kimliyə əsaslanan, qlobal çağırışlara cavab verən və mədəniyyəti cəmiyyətin həyat tərzinin ayrılmaz hissəsi kimi dəyərləndirən müasir mədəniyyət modelinin formalaşdırılmasını hədəfləyir. Konsepsiyada mədəniyyət yalnız irsin qorunması kontekstində deyil, eyni zamanda insan kapitalının inkişafı, davranış və bilgi mədəniyyətinin gücləndirilməsi, mədəni və yaradıcı sənayenin iqtisadi potensialının artırılması, rəqəmsallaşma və mədəniyyət diplomatiyasının genişləndirilməsi baxımından strateji yol xəritəsidir.

Nazir qarşıya qoyulan hədəflərə çatmaq üçün vahid komanda şəklində fəaliyyətin vacibliyini qeyd edib, hər kəsə uğurlar arzulayıb.

Sonra beynəlxalq mədəni əməkdaşlıq, kitabxanalar, rəqəmsallaşma, Böyük Qayıdış və muzeylər mövzusu üzrə nazir müavini Fərid Cəfərovun, incəsənət, konsert müəssisələri və teatr fəaliyyəti barədə nazir müavini Murad Hüseynov və Naxçıvan Muxtar Respublikasında mədəniyyət sahəsində ümumi vəziyyətlə bağlı NMR mədəniyyət nazirinin müavini, nazir vəzifəsini icra edən Həsən Seyidovun çıxışları dinlənilib.

İclasda həmçinin mədəni irslə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, kino sahəsi və yaradıcı sənayelər üzrə Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Rəşad Əzizov, mədəniyyət təhsili ilə bağlı nazirin müşaviri Cəsarət Valehov və Heydər Əliyev mərkəzlərinin fəaliyyəti ilə bağlı Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynov hesabat məruzəsi ilə çıxış ediblər.

Çıxışlar müvafiq sahələr üzrə fəaliyyətin nəticələrini əks etdirən slayd-təqdimatla müşayiət olunub.

Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilir
Məqalədə: #Azərbaycan #Bakı #Mədəniyyət Nazirliyi #Adil Kərimli

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
İsrail qüvvələri Suriyanın Dəra bölgəsinə daxil olub
18:53
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
18:50
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
Britaniyada keçmiş somalili qaçqın Starmerin yerinə namizəd olub
18:45
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
Qətərin əmək naziri diplomatik missiyası başa çatan Türkiyə səfirini qəbul edib
18:40
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
Böyük Britaniya Yəməndə döyüşlərin dayandırılmasını tələb edir
18:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.