Bakı. AzerVoice:
İstanbulda, "İstanbul hazır geyim və moda sərgisi" keçirilib.
AzerVoice-un məlumatına görə, İstanbul Hazır Geyim və Geyim İxracatçıları Birliyi (İHKİB) tərəfindən İstanbul Ticarət Palatası (İTO) ilə əməkdaşlıq və Nazirliyin dəstəyi ilə təşkil edilən İstanbul Hazır Geyim və Moda Sərgisi (İstanbul Fashion Connection-IFCO) keçirilib.
Avropanın ən böyük hazır geyim sərgisi olan İstanbul Sərgi Mərkəzində keçirilən tədbirin açılışında çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat IFCO-nun ikinci ilini tamamladığını və üç yaşı tamam olduğu üçün beşinci sərgisini təşkil etdiyini bildirib.
Yarmarkanın səkkiz salonda 600 iştirakçı, ölkə daxilində və xaricdən cəmi 30 min ziyarətçinin olacağına diqqət çəkən Bolat qeyd edib ki, Milan, Paris və Londondan sonra İstanbul moda mərkəzinə çevrilir.
Bolat, Türkiyənin istehsal, təchizat, logistika, ticarət, enerji və yarmarka mərkəzinə çevrildiyini vurğulayıb. Bolat bildirib ki, bu mənzərə Türkiyə iqtisadiyyatının son 21 ildə güclü təməllər üzərində necə irəlilədiyini və inkişaf etdiyini açıq şəkildə göstərir.
Ticarət naziri Bolat, tekstil və geyim sektorunun ixracatda əhəmiyyətli bir sahə olduğunu ifadə edərək, Türkiyə sənayesini alovlandıran sektorun əvvəlcə tekstil, sonra isə hazır geyim olduğunu vurğulayıb. Türkiyənin pambıq istehsal edən ölkə olmasının üstünlüyü ilə 100 ildə tekstil sahəsində əhəmiyyətli nailiyyətlər əldə etdiyini ifadə edən Bolat qeyd edib ki, sektorun ən böyük töhfəsi məşğulluq, əlavə dəyər və vergi gəlirlərinin artmasıdır.
Aytac Süleymanova
Twitter: a_alieva_