8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Misirdən Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

14 Fevral 2024 09:30
Misirdən Türk limanlarına daşınan yüklərin həcmi açıqlanıb (ÖZƏL)

Bakı. AzerVoice:

2023-cü ilin yanvar-dekabr aylarında Misirdən Türkiyə limanlarına 21 milyon 471 min 398 ton yük daşınıb.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 635 min 611 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 18 milyon 849 min 491 ton yük çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilərlə Türkiyə limanlarına 166 min 386 ton yük çatdırılıb. 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarına Misirdən 1 milyon 673 min 51 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 391 milyon 717 min 308 ton yük qəbul edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 29 milyon 299 min 350 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 362 milyon 417 min 958 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 66 milyon 735 min 403 ton transit yük daşınıb.

2023-cü ilin dekabr ayında Türkiyə limanları 36 milyon 375 min 497 ton yük qəbul edib.

Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 739 min 933 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 33 milyon 635 min 564 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 238 min 880 ton transit yük daşınıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Məlumata əsasən, bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Özəl #Misir #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

5 Sentyabr 18:53
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

5 Sentyabr 03:00
Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək
ArabSport

Əbu-Dabidə ilk dəfə beynəlxalq peşəkar sumo yarışları keçiriləcək

4 Sentyabr 12:38
Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir
Misir

Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

3 Sentyabr 16:48

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.