7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev

O bildirib ki, COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir.

12 Noyabr 2024 17:58
COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev

Bakı, AzerVoice

COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb.

AzerVoice xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev "Öhdəliklərdən fəaliytətə: İtki və Zərərlərə Cavab Verən Fondun fəaliyyətinin optimallaşdırılması" mövzusunda tədbirdə deyib.

O bildirib ki, COP29-un iştirakçısı olan bütün ölkələr əldə olunan razılaşmaların icrası, eləcə də insan həyatlarının xilası məqsədilə vəsait sərf etməkdən çəkinməməlidir.

"COP29 bizim üçün yaşıl dünya naminə həmrəylik məqsədlərinə nail olmaq üçün əsas açar olacaq. Əgər bu gün biz təbiətin və bəşəriyyətin xilası üçün tədbirlər görməsək, bu qərarsızlığın nəticələri gələcəkdə çox ciddi problemlər yaracacaq"

İtki və Zərərlərə Cavab Verən Fondun icraçı direktoru İbrahima Şeyx Diong deyib ki, COP29 Prezidentliyi istər bu tədbirin davam etdiyi müddətdə iqlim dəyişikliyi təsirlərinin qarşısının alınması üçün tədbirləri diqqətdə saxlamalıdır.

"Biz bu tədbirdən iqlim dəyişikliyi ilə mübarizə sahəsində inqilabi yeniliklər gözləyirik. Ümid edirəm ki, mən Bakını nəticəsiz tərk etməyəcəyəm"

İtki və Zərərlərə Cavab Verən Fondun İdarə Heyətinin həmsədri Jan-Kristof Donnelyenin sözlərinə görə isə, COP29-da tərəflərin konstruktiv müzakirələr aparması və iqlim maliyyəsi sahəsində irəliləyişə hərtərəfli kömək edəcək.

"Mən bu mötəbər tədbirə göstərilən diqqətə görə bütün dünya ictimaiyyətinə təşəkkür edirəm. Hər bir ölkə anlamalıdır ki, iqlim maliyyəsinin təminatı asan məsələ olmasa da mütləq şəkildə öz həllini tapmalıdır"

Daha sonra İtki və Zərərlərə Cavab Verən Fond ilə Dünya Bankı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

İmzalanan növbəti sənəd isə Filippinin Ətraf Mühit və Təbii Ehtiyatlar Nazirliyi ilə İtki və Zərərlərə Cavab Verən Fond arasında tərəfdaşlıq müqaviləsi olub:

Filippinin Ətraf Mühit və təbii ehtiyatlar naziri Mariya Antonia Yulo Loysaqa iqlim fəaliyyətində hər bir dövlətin fəallığını vacib sayıb:

"UNFCCC katibliyi ilə keçirilən görüşlərdə çox məhsuldar müzakirələr apardıq. Bakıya böyük ümidlərlə gəlmişik. Hesab edirik ki, iqlim dəyişikliyinin qarşısının alınması ilə bağlı məqsədlərə nail olmaq təkcə Filippinin və ya hansısa başqa bir dövlətin işi deyil. Burada hər bir ölkə fəal olmalıdır. İndiki məqamda COP29 tədbirini təşkil edilməsi iştirakçı dövlətlərin arasında mühüm perspektivlər açır".

COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev COP29 çərçivəsində üç mühüm sənəd imzalanıb - Muxtar Babayev
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
Səudiyyə Ərəbistanı regional təhlükəsizlik və dəniz yollarının qorunmasını müzakirə edib
09:54
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.