7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İnkişaf etmiş ölkələrin mövqeyi Bakıda iqlim razılaşmasını az qala pozacaqdı - COP29 prezidenti

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib.

26 Noyabr 2024 11:37
İnkişaf etmiş ölkələrin mövqeyi Bakıda iqlim razılaşmasını az qala pozacaqdı - COP29 prezidenti

Bakı, AzerVoice

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev sənayecə inkişaf etmiş ölkələrin maliyyə öhdəliklərinin artırılmasına qarşı çıxış etməsinin Bakıda keçirilən iqlim sammitini az qala pozduğunu bildirib.

AzerVoice xəbər verir ki, bu barədə o, "The Guardian" qəzetində dərc olunan məqaləsində yazıb.

"COP29-un bitməsinə iki gün qalmış Qlobal Cənubdan olan ölkələr – inkişaf etməkdə olan 100-dən çox dövlət sənayecə inkişaf etmiş ölkələrin 250 milyard dollar məbləğində töhfəsini nəzərdə tutan maliyyə paketini rədd etdi", – deyə o, "The Guardian" qəzetində dərc olunan məqaləsində qeyd edib.

O əlavə edib ki, inkişaf etməkdə olan bazarlar və kiçik ada dövlətləri iqlim dəyişikliyində məsuliyyət daşımır və bir çoxları bu ilkin rəqəmi qeyri-kafi hesab edərək qəbul etmədi.

Bununla belə, zəngin ölkələrin müqavimətinə baxmayaraq, Azərbaycan tərəfi məbləğin 300 milyard dollara qədər artırılmasına nail olub. Lakin Muxtar Babayevin sözlərinə görə, hətta bu mühüm irəliləyiş iqlim dəyişikliyinin fəlakətli təsirlərini önləmək üçün tələb olunan 1 trilyon dollar həcmində minimal məbləğə çatmaq üçün kifayət etmir.

"Razılaşdırılmış 300 milyard dollar, əvvəlki gün təklif olunan 250 milyard dollardan irəliyə doğru bir addımdır və bu artım tamamilə danışıqlar qrupumuzun əzmkarlığı sayəsində əldə edildi", – deyə o vurğulayıb.

Prezident sənayecə inkişaf etmiş ölkələri danışıqların əvvəlki mərhələlərində "təəssübkeşlik" göstərməkdə tənqid edib.

Muxtar Babayev, həmçinin, Qlobal Cənub ölkələrinin maliyyə təkliflərinin gec açıqlanmasından narazı olduğunu qeyd edib.

"Bu yanaşma haqlı olaraq prosesə gerçək bir görünüş verdi", – deyə o bildirib.

Braziliyanın Belen şəhərində keçiriləcək COP30 sammiti ərəfəsində COP29 prezidenti Bakıda əldə edilən razılaşmanın yalnız yolun başlanğıcı olduğunu qəbul edib.

"Bakıda əldə edilən razılaşmalar antropogen iqlim dəyişikliyinin təsirlərini yavaşlatmağa kömək edəcək, lakin bu kifayət deyil. Kim ödəməlidir sualı ətrafında müzakirələr davam edir. Biz hərəkətləri nə qədər gecikdirsək, xərclər bir o qədər çoxalır", – deyə M.Babayev yekunlaşdırıb.

Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.