7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan 2024-cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir - WEF reytinqi

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum – WEF) hazırladığı 2024-cü ilin energetik keçid İndeksinə (Energy Transition Index, ETI) görə, Müstəqil Dövlətlər Birliyindən (MDB) olan bütün dövlətləri üstələyib.

11 Yanvar 2025 12:21
Azərbaycan 2024-cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir - WEF reytinqi

Bakı, AzerVoice

Azərbaycan Ümumdünya İqtisadi Forumunun (World Economic Forum – WEF) hazırladığı 2024-cü ilin energetik keçid İndeksinə (Energy Transition Index, ETI) görə, Müstəqil Dövlətlər Birliyindən (MDB) olan bütün dövlətləri üstələyib.

AzerVoice xəbər verir ki, Azərbaycan 120 ölkə arasında ümumilikdə 60.3 bal toplamaqla 38-ci yerdə qərarlaşıb və bununla da bütün MDB ölkələrini və qonşu dövlətləri geridə qoyub. Qonşuları arasında Azərbaycan Ermənistandan (79-cu yer, 52.7 bal), Gürcüstandan (56-cı yer, 56.3 bal), Türkiyədən (59-cu yer, 55.8 bal) və İrandan (102-ci yer, 49.0 bal) üstün olub.

Azərbaycan eyni zamanda, Mərkəzi Asiyadan Qazaxıstan (98-ci yer, 50.1 bal), Qırğızıstan (80-ci yer, 52.7 bal) və Tacikistan (71-ci yer, 53.6 bal) kimi ölkələri geridə qoyaraq, bir daha Xəzər dənizi regionunda lider olduğunu təsdiqləyib.

Qeyd edək ki, Özbəkistan və Türkmənistan reytinqə daxil edilməyib.

WEF göstəricilərinə əsasən, dünya üzrə orta göstərici 56.5 bal olub ki, bu da Azərbaycanın reytinqindən kifayət qədər aşağıdır.

Reytinqin liderləri isə Şimali Avropa ölkələri olub: İsveçrə 78.4 bal göstəricisi ilə reytinq cədvəlinə başçılıq edir. İkinci yerdə 75.2 balla Danimarka qərarlaşıb. Üçüncü yerdə isə 74.6 balla Finlandiya mövqe tutub.

Onu da qeyd edək ki, 2024-cü il üzrə enerji keçid indeksi ölkələrin tərəqqisini müqayisə etməyə və izləməyə imkan verən vahid metodologiya əsasında onların enerji sistemlərinin kompleks şəkildə qiymətləndirilməsini təmin edir.

ETİ ölkələri başlıca olaraq iki əsas meyar əsasında qiymətləndirir: Sistemin effektivliyi və keçidə hazırlıq səviyyəsi.

Sistemin effektivliyi meyarına enerji əlçatanlığı, təhlükəsizlik və dayanıqlılıq kimi aspektlər daxildir. Keçidə hazırlıq meyarı isə bir sıra faktorları, o cümlədən nizamlanma, siyasi bağlılıq, maliyyələşmə, investisiyalar, innovasiyalar, infrastruktur və təhsil kimi faktorları təhlil edir. Ölkənin yekun balı bu iki meyar üzrə nəticələrin məcmusu əsasında (müvafiq olaraq 60 və 40 faiz çəki ilə) müəyyənləşir.

WEF məlumatlarına görə, ölkələrin böyük əksəriyyəti enerji keçidində irəliləyiş nümayiş etdirir. Şimali Avropa dövlətləri reytinqə başçılıq edirlər, Çin, Braziliya kimi ölkələr isə əvvəlki illərlə müqayisədə öz mövqelərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar.

Azərbaycan 2024-cü il Enerji keçidi indeksi üzrə MDB ölkələri arasında liderdir - WEF reytinqi
Məqalədə: #Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
11:00
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
BƏƏ və Kolumbiya iqtisadi və parlament əməkdaşlığını genişləndirir
10:51
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
BƏƏ-də su böhranına qarşı yeni nəsil liderlər hazırlanacaq
10:43
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
10:03
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.