7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan qazıntı və yaşıl yanacaq arasında sinerjini uğurla həyata keçirir – Pərviz Şahbazov

5 İyun 2024 12:05
Azərbaycan qazıntı və yaşıl yanacaq arasında sinerjini uğurla həyata keçirir – Pərviz Şahbazov

Bakı. AzerVoice :

Bakıda keçiriləcək COP29 tədbirində Qobustanda 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə apreldə elan edilmiş ilk açıq beynəlxalq tenderin nəticələri məlum olacaq.

AzerVoice xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov 29-cu Bakı Enerji Forumunda çıxışında deyib.

Nazir iyunun 4-də "Masdar" və SOCAR arasında toplam 1 qiqavatt gücündə 1 milyard ABŞ dolları dəyərində layihələrə start verildiyini xatırladıb və 2027-ci ilədək Azərbaycanın ümumi enerji balansında "yaşıl" enerjinin payının 33 faiz təşkil edəcəyini qeyd edib.

"Həmçinin "Acwa Power" ilə enerji saxlama sistemlərinin yaradılmasını müzakirə edirik. Bundan başqa, üzərimizə "yaşıl" hidrogen ixracı üzrə üçün beynəlxalq öhdəliklər götürmüşük", - deyə nazir bildirib.

O qeyd edib ki, 2024-cü ilin sonunadək Azərbaycandan Avropaya "yaşıl" enerjinin nəqli üçün dəhlizinin (Xəzər dənizində külək stansiyaları) texniki-iqtisadi əsaslandırması hazır olacaq və müvafiq birgə müəssisənin ofisi Buxarestdə fəaliyyət göstərəcək.

"Həmçinin Naxçıvan vasitəsilə Türkiyə və Avropaya "yaşıl" enerji tədarükü imkanını nəzərdən keçiririk. Bundan başqa, Mərkəzi Asiya ölkələrindən "yaşıl" enerji dəhlizi ola bilər", - deyə nazir qeyd edib.

Nazir həmçinin işğaldan azad edilmiş ərazilərdə "yaşıl" enerji layihələrinin həyata keçirilməsinin vacib olduğunu bildirib.

"Bu bölgələrdə ümumiyyətlər qazıntı yanacağından istifadə olunmayacaq. Bərpa olunan enerji mənbələrindən (BEM) əldə olunan enerji nəinki bu ərazilərin enerji ehtiyacını 100 faiz qarşılayacaq, həm də Azərbaycanın qonşu bölgələrinə də ötürülə bilər", - deyə nazir bildirib.

Onun fikrincə, işğaldan azad edilmiş ərazilərdə bu BEM layihələri bütün Azərbaycan ərazisində BEM üzrə fəaliyyət qaydalarını hazırlamağa kömək edəcək.

Nazir COP29-un uğurla həyata keçiriləcəyinə və bütün BMT ölkələri ilə "yaşıl" enerji üzrə dərin qarşılıqlı fəaliyyətə əmin olduğunu bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. gər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

Məqalədə: #Pərviz Şahbazov #COP29 #Bakı Enerji Forumu

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
D-8 enerjiyə balanslı yanaşmağa çağırır
İqtisadiyyat

D-8 enerjiyə balanslı yanaşmağa çağırır

1 İyun 20:16
Azərbaycan və Özbəkistan energetika nazirləri arasında görüş keçirilib
İqtisadiyyat

Azərbaycan və Özbəkistan energetika nazirləri arasında görüş keçirilib

1 İyun 18:07
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.