7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir

20 İyun 2024 10:18
“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir

Bakı. VOA

Bu gün (20 iyun) hər il COP-dan öncə keçirilən "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" Qlobal Sammitinin sonuncu günü keçirilir.

VOA-in məlumatına görə, 3 gün davam edən sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də, "məlumatlılıqdan fəaliyyətə" birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyən etməkdir.

Tədbirin sonuncu günündə Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Dr. Nadir Zeynalov iqlim və insan sağlamlığı mövzusunda çıxış edəcək. Eləcə də COP26, COP27, COP28 və COP29 təmsilçiləri arasında COP Davamlılıq Dialoqu baş tutacaq. Həmçinin, iqlim və sağlamlığın kəsişməsində yerləşən ən önəmli məsələlərə dair COP məsləhətçi dəyirmi masaları keçirililəcək.

Xatırladaq ki, dünən, tədbirin ikinci günündə ÜST-nin İqlim və Sağlamlıq Elçisi Vanessa Kerri, dünyada səhiyyə sahəsində ən böyük donor olan Qlobal Fondun icraçı direktoru Peter Sands, Dünya Bankının Sağlamlıq, Qidalanma və Əhali üzrə Qlobal Direktoru Juan Pablo Uribe, COP29 Məsləhət Şurasının üzvü, Malavinin keçmiş prezident Coys Banda, "Malyariya son" təşkilatının baş direktoru Martin Edlund, Dünya Bankının İqlim və Sağlamlıq üzrə Qlobal Proqram Rəhbəri Tamer Rabie və digər məruzəçilər çıxış edib.

Qeyd edək ki, sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Abu Dabidə baş tutmuş sammitin uğuruna əsaslanır. "Sağlamlıq Günü"nü COP28 gündəliyinin ayrılmaz hissəsi kimi rəsmi olaraq ilk dəfə ötən il Abu Dabidəki sammitdə elan edilmişdi. Builki Qlobal Sammit özəl sektordan, QHT-lərdən, qlobal maliyyə institutlarından və ali təhsildən 200 təşkilatı və 44-dən çox ölkəni təmsil edən 270-ə yaxın liderdən ibarət müxtəlif qrupları bir araya gətirib.

2020-ci ildə iqlim dəyişikliyi və onun insan sağlamlığı üzərində yaratdığı pronlemlərə yeni həll yollarının tapılmasını sürətləndirmək üçün fəaləyiyyətə başlayan "Sağlam Gələcəklərin Proqnozlaşdırılması" təşəbbüsü, dünya miqyasında ən həssas icmalara diqqət yetirməklə, iqlim dəyişikliyi kontekstində qlobal sağlamlıq qazanclarını qorumağa və genişləndirməyə çalışır.

“Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitinin sonuncu günü keçirilir
Məqalədə: #COP29 #Sağlam Gələcəklərin Proqnozlaşdırılması

Mövzu üzrə digər xəbərlər

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub
Siyasət

Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

18 İyul 20:43
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb
İqtisadiyyat

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova Azərbaycanın İqlim Məsələləri üzrə nümayəndəsi Muxtar Babayevlə görüşüb

9 May 18:54
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

4 May 19:22
Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

4 May 18:03

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.