7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

bp-nin regional rəhbərliyində dörd yeni təyinat olub

1 İyul 2024 15:51
bp-nin regional rəhbərliyində dörd yeni təyinat olub

Bakı, VOA

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə biznes rəhbərliyinə dörd yeni təyinat olub.

VOA "bp-Azerbaijan" şirkətinə istinadən verdiyi məlumata görə, hər bir yeni təyinat BP-nin regionda təhlükəsiz və etibarlı əməliyyatlarının davamlılığını təmin etmək, eləcə də şirkətin öz yerli əməkdaşlarını və işçi heyətini inkişaf etdirmək öhdəliyinin bir hissəsidir.

Leyla Məmmədova bp-nin AGT regionunda insanlar və korporativ mədəniyyət (İKM) üzrə vitse-prezidenti təyin edilib.

L.Məmmədova bu vəzifədə bp-nin London ofisinə Qrupun İKM tərkibində əməliyyat modeli və təşkilati struktur üzrə rəhbər vəzifəsinə təyin olunmuş Elnarə Məmmədovanı əvəz edib.

Leylanın sənaye, beynəlxalq insan resursları və insan ehtiyatlarının idarə edilməsi üzrə 23 ildən artıq peşəkar təcrübəsi var. O, 2001-ci ildən bp-də işləyir və karyerası ərzində şirkət daxilində müxtəlif İKM vəzifələrində çalışıb, o cümlədən, Azərbaycanda və Böyük Britaniyada tərəfdaşlıq üzrə vəzifələr, bp-nin Gürcüstan və Rusiyadakı qlobal ofislərində İKM üzrə rəhbər , eləcə də sonuncu iş yeri kimi şirkətin həllər üzrə qlobal bölümünün İKM üzrə vitse-prezidenti.

Leyla, Personal və Kadr İnkişafı üzrə İxtisaslaşmış İnstitutun (CIPD) üzvüdür və insan resurslarının idarə edilməsi üzrə magistr diplomuna malikdir.

  1. Rassel Morris AGT regionunda quyular üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Cim O'Lirini əvəz edib.

Rasselin bp-də quyular sahəsində 25 illik iş təcrübəsi var. O, qlobal miqyasda, o cümlədən, Böyük Britaniya, Əlcəzair, Liviya, Avstraliya, Misir, AGT və Asiya-Sakit Okean regionlarında çoxsaylı yüksək rəhbər vəzifələrdə işləyib. Bu təyinatdan əvvəl Rassel bp Qrupunun quyular sahəsi üzrə vitse-prezidenti olub.

Rassel dərin texniki bilikləri olan, əməyin təhlükəsizliyinə xüsusi önəm verən,, həmçinin inklüziv liderliyi və mentorluğu ilə tanınan bir mütəxəssisdir.

Rasselin mexanika və dəniz mühəndisliyi üzrə fərqlənmə diplomlu dərəcəsi və biznesin idarə olunması üzrə fərqlənmə ilə magistr diplomu var.

  1. Mətt Kirkham AGT, Yaxın Şərq və Şimali Afrikada layihələr üzrə vitse-prezident təyin edilib. O, bu vəzifədə Kahal Kellini əvəz edib.

Mətt bp-də 13 il, ümumilikdə isə enerji sənayesində 26 ildən artıq iş təcrübəsinə malikdir. Bu təcrübəyə Braziliya, Sinqapur, Avstraliya, İndoneziya və ABŞ-da müxtəlif təyinatlar daxildir. Bundan əvvəlki vəzifəsində Mətt Asiya-Sakit Okean regionunda layihələr üzrə vitse-prezident olub.

Məttin Texas A&M Universitetinin mexanika mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi var.

  1. Dən Sparks AGT regionunda geologiya və işlənmə üzrə vitse-prezident vəzifəsinə təyin edilib. O, bu vəzifədə Roşni Musaini əvəz edib.

Dənin 25 illik sənaye təcrübəsi var, əsasən də yeraltı resurslar xüsusilə də çətin çıxarıla bilən ehtiyatların işlənməsi sahəsində. Dən Kanada, Braziliya, ABŞ, Böyük Britaniya, Norveç, İndoneziya, Avstraliya və Hindistan kimi ölkələrdə dənizdə və digər yataqlarda hasilat əməliyyatları, quyular və geologiya sahələri üzrə müxtəlif vəzifələrdə çalışıb . Bu təyinatdan əvvəl Dən Asiya-Sakit okean və Hindistan regionlarında geologiya və işlənmə üzrə vitse-prezident olub.

Uzun illər Şimali Amerikada quruda və dünyanın digər yerlərində yetkin neft və qaz yataqlarında təcrübəsi olan Dən hasilatda olan yataqların yeni həyat potensialını üzə çıxarmağı xüsusilə xoşlayır.

Dənin neft-qaz mühəndisi ixtisası üzrə dərəcəsi var və o, Kanadanın Alberta şəhərində lisenziyalaşmış peşəkar mühəndisdir.

bp-nin regional rəhbərliyində dörd yeni təyinat olub bp-nin regional rəhbərliyində dörd yeni təyinat olub
Məqalədə: #bp #təyinat

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı
İqtisadiyyat

Cəbrayılda Şəfəq layihəsi çərçivəsində ilk günəş paneli quraşdırıldı

22 Aprel 12:34
Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb
Siyasət

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb

18 Mart 23:33
bp və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq haqqında Saziş imzaladı
İqtisadiyyat

bp və Azərbaycan Deflimpiya Komitəsi Yerli Tərəfdaşlıq haqqında Saziş imzaladı

6 Mart 12:14

Son Xəbərlər

Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
Bu gün ABŞ-ın məşhur ləqəbi “Uncle Sam” yarandı
06:00
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.