11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Milanda Pərviz Şahbazov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin görüşü olub

2 İyul 2024 14:52
Milanda Pərviz Şahbazov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin görüşü olub

Bakı, VOA

Energetika naziri Pərviz Şahbazov Milanda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini ilə görüşüb. Görüşdə enerji sahəsində və Azərbaycanın COP29-a, İtaliyanın G7-yə sədrliyi çərçivəsində əməkdaşlığın geniş spektri müzakirə edilib.

Nazirlikdən VOA -ə verilən məlumata görə, Azərbaycanla İtaliya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasından və əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İtaliya ilə münasibətlərin hərtərəfli inkişafına önəm verdiyi vurğulanıb. İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması, indiyə kimi Avropaya tədarük edilmiş 37,9 milyard kubmetr qazın 30 milyard kubmetrdən çoxunun bu ölkəyə nəqli və İtaliyanın qazla təchizatında Azərbaycanın ilk üçlükdə qərarlaşması müsbət məqamlar kimi qeyd olunub. Bu il Italiyaya qaz tədarükünün 9,6 milyard kubmetr proqnozlaşdırıldığı, TAP-ın 2026-cı ildən ötürücülük gücünün 1,2 milyard kubmetr genişlənməsinin isə enerji təhlükəsizliyi və dekarbonizasiya məsələlərində əməkdaşlığımızı gücləndirəcəyi bildirilib.

"Ansaldo Energia" şirkəti ilə hazırda inşa olunan 1280 MVt-lıq elektrik stansiyasının və azad edilmiş ərazilərdə yarımstansiyaların avadanlıqlarla təchizatı üzrə əməkdaşlıqdan da bəhs olunub və bərpa olunan enerjinin tədarükü perspektivləri dəyərləndirilib. İtaliyanın "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" vasitəsilə Azərbaycandan "yaşıl enerji"nin təchiz edilməsinə marağı ifadə edilib.

Milanda Pərviz Şahbazov və İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirinin görüşü olub
Məqalədə: #Pərviz Şahbazov #Milan

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.