6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Orta Dəhlizlə Çindən Türkiyəyə yüklərin daşınma müddəti 15 günə qədər qısalıb

Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edən Çin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədər qısalıb.

7 Avqust 2025 12:01
Baku
Orta Dəhlizlə Çindən Türkiyəyə yüklərin daşınma müddəti 15 günə qədər qısalıb

BAKI, Azervoice

Çindən Türkiyəyə Orta Dəhliz marşrutu üzrə hərəkət edən Çin–Avropa yük qatarlarının çatma müddəti 15 günə qədər qısalıb.

Azervoice-in Türkiyə Prezident Administrasiyası yanında Kommunikasiya İdarəsinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ənvər İskurt İstanbulda keçirilən Avropaya qatarların yola salınması və qarşılanması mərasimində bildirib.

Tədbir çərçivəsində Çindən gəlmiş iki yük qatarı Polşanın Lodz şəhərinə və Macarıstanın paytaxtı Budapeştə yola salınıb.

"Qatarlardan biri Sincan bölgəsində yerləşən Alatav keçidi vasitəsilə 508 ton yükü Çinin Çendu şəhərindən Orta Dəhliz marşrutu ilə Türkiyənin Qars şəhərinə çatdırıb.

Xəzər dənizindəki hava şəraiti və uzunmüddətli gömrük prosedurları səbəbindən bu marşrutla yükdaşıma əvvəllər 20 gündən çox vaxt aparırdı. Çatdırılma müddətinin 15 günə endirilməsi Çin, Türkiyə və Avropa üçün mühüm addımdır", - deyə nazir müavini vurğulayıb.

Ə.İskurt bildirib ki, növbəti hədəf Alatavla Qars arasındakı marşrut üzrə çatdırılma müddətini 10 günə endirməkdir.

Qeyd edək ki, 2015-ci ildə Türkiyə ilə Çin arasında Orta Dəhliz layihəsinin Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Məqalədə: #Türkiyə #Çin #Orta Dəhliz #yük daşıma #yük qatarı #Çindən yük daşıma #Türkiyə yük daşımaları #Beynəlxalq yük daşımaları #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Türkiyə limanlarının yük qəbulu 2025 #Hava yük daşımaları #Türkiyə traktor və yük maşını statistikası

Mövzu üzrə digər xəbərlər

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb
Digər Dövlətlər

ABŞ İrana qarşı yeni sanksiyalar çərçivəsində Türkiyədəki bankı hədəfə alıb

4 Sentyabr 20:30
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

4 Sentyabr 16:38

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.