9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraq böyüməsində əhəmiyyətli rol oynayıb. “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

29 Sentyabr 2025 15:30
İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır

Bakı. AzerVoice

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “White Hill Capital” vençur fondu arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis edilməsi məqsədilə Təsis Müqaviləsi imzalanıb. “White Hill Capital” Mərkəzi Avrasiya regionunda vençur kapital yatırımları ilə onlarla startapın miqyaslanaraq böyüməsində əhəmiyyətli rol oynayıb. “INMerge” İnnovasiya Sammiti çərçivəsində əldə edilən razılaşma əsasında fondun Azərbaycandakı fəaliyyətinin genişlənməsi dəstəklənəcək.

AzerVoice xəbər verir ki, müqavilənin imzalanma mərasimində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Azərbaycan ekosisteminə yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal mühitə inteqrasiyasını sürətləndirəcək: “Biz İRİA olaraq startaplarımızın vençur maliyyələşmə mexanizmlərinə çıxışı üçün yeni imkanlar yaratmağa davam edirik. Bu gün bu istiqamətdə növbəti addımı atdıq. “White Hill Capital” vençur fondu regional yatırımları ilə öz effektivliyini sübut edib və biz istərdik ki, Azərbaycan ekosistemi də bu fondun resurslarından yaxın perspektivdə mümkün qədər faydalansın”.
“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov çıxış edərək Azərbaycan ekosisteminin yüksək potensialını və məhz buna görə də investorlar üçün artan cəlbediciliyini vurğulayıb. O qeyd edib ki, “White Hill Capital”ın Azərbaycan bazarına daxil olması fondun investisiya portfelinin perspektivli yatırımlarla genişlənməsinə, digər tərəfdən isə Azərbaycanda vençur maliyyələşməsi mühitinin diversifikasiyasına xidmət edəcək.
Tədbirin yekununda “White Hill Capital” vençur fondunun yatırımları nəticəsində böyüyən Azərbaycanın “Push30” və Tacikistanın “Zypl” startaplarının təqdimatları baş tutub. Startap nümayəndələri fondun maliyyə dəstəyi modeli və fond tərəfindən edilən yatırımların startapların miqyaslanmasına verdiyi əhəmiyyətli töhfə haqqında ətraflı məlumat paylaşıblar.
Qeyd edək ki, “White Hill Capital” 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.

İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır İRİA-nın tərəfdaşlığı ilə Azərbaycanda yeni vençur maliyyələşmə şirkəti yaradılır
Məqalədə: #Azərbaycan #Qazaxıstan #Tacikistan #startap #Maliyyələşdirmə #Pto- lomeyin <

Mövzu üzrə digər xəbərlər

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

12:34
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
İqtisadiyyat

Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub

12:12
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.