11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Gemlik limanı 2 min 590 gəmi qəbul edib. Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 703, digər ölkələrin bayraqları altında üzən min 887 gəmi qəbul edib. Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.

22 Oktyabr 2025 13:50
Türkiyənin Gemlik limanı 2 mindən çox gəmi qəbul edib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin yanvar-sentyabr ayında Türkiyənin Gemlik limanı 2 min 590 gəmi qəbul edib.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Gemlik limanı Türkiyə bayrağı altında üzən 703, digər ölkələrin bayraqları altında üzən min 887 gəmi qəbul edib.

Qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanları 31 milyon 463 min 269 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 411 min 316 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 29 milyon 51 min 953 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 582 min 543 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 307 milyon 854 min 459 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 21 milyon 675 min 355 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 286 milyon 179 min 104 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 66 min 576 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin sentyabr ayında Türkiyə limanları 5 min 801 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 146 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 655 olub.

2025-ci ilin yanvar - sentyabr ayında Türkiyə limanları 47 min 630 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 777, Türkiyə bayrağı altında olan gəmilər isə 30 min 853 olub”, - deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #Gemlik limanı #Türkiyə gəmiləri #Türkiyə liman tranziti #Türkiyə limanları yükləmə #2025 Türkiyə limanlarına daxil olan gəmi sayı #Türkiyə limanları və beynəlxalq gəmiçilik

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10 Sentyabr 10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
Qlobal cihaddan lokal əmirliklərə: "Əl-Qaidə"nin 25 illik transformasiyası necə baş verdi
09:00
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
BƏƏ Əlcəzairin diplomatik əlaqələri kəsmək qərarına münasibət bildirdi
08:00
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
Yəmən hökuməti hərəkətə keçdi - Qərb sahilində hərbi birləşmələr yenidən qruplaşdırılır
07:49
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını təcili toplantıya çağırdı - Husi terrorçularının hücumlarına qəti cavab tələb edilir
07:43
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.