5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib

Bildirilib ki, tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar keçirilib.

29 Oktyabr 2025 16:31
Şəkidə İƏT-in İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası keçirilib

BAKI,AzerVoice

Oktyabrın 29-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəkidə İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası işinə başlayıb.

AzerVoice xəbər verir ki, bu barədə Turizm Agentliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə təşkilata üzv ölkələrdən ekspertlərin, o cümlədən dövlət qurumlarının təmsilçilərinin iştirakı ilə İpək Yolu turizmi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib, Azərbaycanda və üzv dövlətlərdə İpək Yolu irsi mövzusu üzrə təqdimatlar keçirilib.

Tədbirin gündəliyinə işçi qrupun fəaliyyəti və məqsədləri, tarixi İpək Yolunun turizm potensialından istifadə, İpək Yolu təşəbbüsü üzrə gənclərin və tələbələrin mübadiləsi proqramları, üzv ölkələr arasında müştərək turizm paketlərinin yaradılması, birgə brendinq və təbliğat təşəbbüsləri, eləcə də İƏT-in İpək Yolu üzrə onlayn platforması və illik forumunun təşkili, üzv ölkələrdə İpək Yolu irsinin qorunması, bu irsin turizmin davamlı inkişafında əhəmiyyəti və digər məsələlərin müzakirəsi daxil edilib.

Görüşdə Azərbaycanda İpək Yolu turizminin inkişaf konsepsiyası, Azərbaycanda İpək Yolu üzrə qastronomik təcrübələr, həmçinin Azərbaycan və Özbəkistan arasında cari ilin aprel ayında imzalanmış “İpək Yolu turizmi sahəsində Anlaşma Memorandumu”nda nəzərdə tutulan tədbirlər haqqında təqdimatlar keçirilib.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatının İpək Yolu üzrə İşçi Qrupu 2025-ci ilin 24-27 fevral tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının İran İslam Respublikasının Tehran şəhərində təşkil Turizm Komitəsinin toplantısı çərçivəsində yaradılıb.

Məqalədə: #Azərbaycan #İqtisadi Əməkdaşlıq Təşkilatı #Şəki #Dövlət Turizm Agentliyi

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.