7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Sabiha Gökçen hava limanında sərnişindaşıma 40 milyon nəfəri keçib (ÖZƏL)

2025-ci ilin oktyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 40 milyon 70 min 923 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 17 milyon 683 min 391 nəfər, beynəlxalq reyslər üzrə isə 23,9 faiz artaraq 22 milyon 387 min 532 nəfər təşkil edib.

12 Noyabr 2025 15:27
Sabiha Gökçen hava limanında sərnişindaşıma 40 milyon nəfəri keçib (ÖZƏL)

BAKI, AzerVoice, Nailə Babazadə

2025-ci ilin oktyabr ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 40 milyon 70 min 923 nəfər olub.

Bu barədə AzerVoice -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 8 faiz artaraq, 17 milyon 683 min 391 nəfər, beynəlxalq reyslər üzrə isə 23,9 faiz artaraq 22 milyon 387 min 532 nəfər təşkil edib.

2025-ci ilin oktyabr ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artaraq 444 min 642 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin oktyabr ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 136 min 543 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 20,8 faiz artaraq, 308 min 99 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2025-ci ilin oktyabr ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin oktyabr ayı ilə müqayisədə 13 faiz artaraq, 227 min 449 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 4 faiz artaraq, 96 min 569, beynəlxalq reyslər üzrə isə 21,1 faiz artaraq 130 min 880 olub.

2025-ci ilin oktyabr ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 211 milyon 111 min 374 nəfər, yük daşınması isə 4 milyon 325 min 634 ton təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.

Məqalədə: #Sabiha Gökçen Hava limanı #sərnişin #sərnişin daşıma #Nəqliyyat #yük daşıma #Nəqliyyat vasitələri #Türkiyə yük daşımaları #Türkiyədə hava nəqliyyatı 2025 #Türkiyənin hava limanlarında sərnişin və yük daşınması #Hava yük daşımaları #Sərnişin rekordu #Sərnişin sayı

Mövzu üzrə digər xəbərlər

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in nəqliyyat qarşılıqlı əlaqəliliyinə dair Strategiyasının hazırlanmasını təklif edib

1 Sentyabr 12:18
ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov
Qırğızıstan

ŞƏT ölkələri dünya əhalisinin 40 faizindən çoxunu və qlobal ÜDM-in təxminən üçdə birini birləşdirir — Japarov

1 Sentyabr 09:08
Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)
Türkiyə

Sabiha Gökçen Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur - 28 milyondan çox sərnişin (ÖZƏL)

18 Avqust 15:00
İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)
Türkiyə

İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 48 milyondan çox sərnişin (ÖZƏL)

18 Avqust 11:58

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
Əbu-Dabi Kitab Sərgisində ilk dəfə görkəmli əmirlikli şəxsə xüsusi mükafat veriləcək
15:05
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.