11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Cevdet Yılmaz: Azərbaycan böyük siyasi çağırışlara baxmayaraq iqtisadi artımı təmin edib

Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib. Bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib.

23 Dekabr 2025 10:57
Cevdet Yılmaz: Azərbaycan böyük siyasi çağırışlara baxmayaraq iqtisadi artımı təmin edib


BAKI, AzerVoice

Azərbaycan böyük siyasi çağırışlara baxmayaraq iqtisadi artımı təmin edib.

AzerVoice xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumunda çıxış edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz bildirib.

Onun sözlərinə görə, Azərbaycan üzləşdiyi ciddi siyasi problemlərə və işğal altında olan ərazilərini azad etmək üçün göstərdiyi böyük fədakarlıqlara baxmayaraq, paralel şəkildə iqtisadiyyatını da böyütməyi bacarıb və bu gün mövcud inkişaf mərhələsinə çatıb. C. Yılmaz qeyd edib ki, Bakıda müşahidə olunan ümumi mənzərə və forumun keçirildiyi məkanda formalaşmış infrastruktur Azərbaycanın müstəqillikdən bu günədək keçdiyi inkişaf yolunu rəqəmlərdən əvvəl aydın şəkildə göstərir.
Vitse-prezident bildirib ki, Azərbaycan 2024-cü ildə 4,1 faiz iqtisadi artım göstəricisi ilə regionda seçilən iqtisadiyyatlardan biri olduğunu nümayiş etdirib. O, iki ölkə arasında ticarət dövriyyəsinin ötən il təxminən 8 milyard dollara çatdığını vurğulayaraq, bunun əhəmiyyətli göstərici olduğunu qeyd edib.

C. Yılmaz əlavə edib ki, bu il ticarət dövriyyəsində neft qiymətlərinin azalması və digər amillər səbəbindən müvəqqəti zəifləmə mümkündür, lakin bunun davamlı xarakter daşımayacağını bildirib. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycan və Türkiyə prezidentləri tərəfindən müəyyən edilən 15 milyard dollarlıq ikitərəfli ticarət hədəfinə nail olmaqdır.

Vitse-prezident qeyd edib ki, bu hədəfə işgüzar dairələrin fəal iştirakı ilə nail olunacağına inanılır. O, həmçinin Azərbaycanla Preferensial Ticarət Sazişinin təkmilləşdirildiyini və sənədin 2024-cü ildə qüvvəyə mindiyini xatırladaraq, bunun ikitərəfli ticarətə əlavə impuls verəcəyini bildirib. Bununla yanaşı, Azad Ticarət Sazişinin imzalanması imkanlarının araşdırılması məqsədilə işlərə başlanıldığını və bu istiqamətdə danışıqların davam etdiyini vurğulayıb.

Məqalədə: #Türkiyə #Azərbaycan #Cevdet Yılmaz #Bakı #II Azərbaycan–Türkiyə İnvestisiya Forumu

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.